Tuesday, January 7, 2025

Azərbaycan türklərinin əcdadlarının axını

Azərbaycan türklərinin yaşadığı Quzey, Güney Azərbaycana və Türkiyənin şərq hissəsində əsl türk axınları nə vaxt baş veriblər. Bəzi hamıya dəxlisiz türk deyən fantaziyalı tarixçilərimizdən fərqli olaraq mən həqiqəti deyirəm. 

Axınlar: 

İLK AXIN: İlk türkdilli tayfaların Qafqaz ərazisinə nüfuz etməsi eramızın birinci minilliyinin əvvəllərində başlamışdır. V və VI əsrlərdə Hun/Bulqar/Savir/ Barsil tayfalarının kütləvi köçü.

İKİNCİ AXIN: VII-X əsrlərdə Azərbaycan tarixində xəzər türklərinin rolunu da xatırlaya bilərik. Onların axınları olub Qəbələyə, hətta Şəmkir ərazisində IX əsrdə islam dinini qəbul etmiş xəzərlər də məskun salmışdılar 

ÜÇÜNCÜ AXIN: Rəvvadilər dövləti ən böyük qüdrətə və çiçəkləyən vaxt, yəni Vəhsudanın hakimiyyəti dövründə, oğuzların istilası ilə üst-üstə düşdü. 1028-ci ildə Məhmud Qəznəvinin rəvvadilərə vurduğu ağır zərbədən sonra təxminən 2000 oğuz ailəsi Vəhsudanın icazəsi ilə Azərbaycana köçərək burada məskunlaşdı. Bundan qısa müddət sonra Azərbaycana yeni oğuz tayfaları gəlməyə başladı.

DÖRDÜNCÜ AXIN: XI əsrdə bu əraziləri Səlcuqlar fəth etdilər. Ən güclü axınlar məxz bu vaxtdan bəri başlayır. Kalan oğuz-türkmən tayfaları məskun salır. Onların varisləri – Eldənizlər, və də yaxud Azərbaycan Atabəyləri olub — 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi türk dövləti idi.

BEŞİNCİ AXIN: XIII əsrdə Xarəzmşahlar imperiyası bu əraziləri dövlətinə birləşdirdi. Çingiz Xan monqol düzənliyinə döndükdən sonra Cəlaləddin İrana dönüb, İraqdan Azərbaycan bölgəsinə daxil olmuş və 1225-ci ildə Atabəyliklərindən olan Eldənizliləri məğlub edərək Təbrizi almışdır. Cəlaləddin Azərbaycandan hərəkət edərək Gürcüstanı işğal etmiş və Cənubi Qafqazdan Şərqi Anadoluya qədər torpaqlarını genişləndirmişdir. Onlar Bəydili boyundan idilər. Amma onların bu ərazidə qalması uzun çəkmədi, Xarəzmşahlar dövləti Çingiz xanın monqolları tərəfindən süquta uğradıldı. Xarəzmşah-Anuştəkinlər sülaləsinin son nümayəndəsi gələcək Misir sultanı Kutuz idi ki, o, monqolları dayandıraraq qərb müsəlman dünyasını onların vəhşi yürüşlərindən xilas etdi.

ALTINCI AXIN: Türk-monqol dövlətçiliyi. 1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. Monqol işğalı dövründə İlxanilər dövlətinin kargüzarlıq işlərində şərqi türkcə dilinin işlədilməsi və uyğurların heyvan təqvimi türklərin İranda təsirinin təkcə dayanmaması, həm də güclənməsini, 1925-ci ildə Qacarlar sülaləsinin süqutuna qədər davam etməsini göstərir. Təəccüblü deyil ki, monqollar İslamı qəbul etdikdən sonra farslara yox, mədəni cəhətdən daha yaxın olduqları türklərə assimilyasiya oldular. Monqollardan sayca üstün və müsəlman olan türkmənlər ümumi köçəri həyat tərzi sayəsində monqolları tez bir zamanda əritdilər. Əslində, monqolların islamlaşması türkləşmənin bir aspekti idi.

YEDDİNCİ AXIN: Teymurilər İmperiyasının dövrünə təsadüf edir. Əsası türkləşmiş monqol boyu olan barlasların nümayəndəsi Əmir Teymur tərəfindən qoyulmuş türk dövləti bəzi türk tayfalarını Azərbaycanda yerləşdirib.

Və sonda, Qaraqoyunlu və Ağqoyunlu dövrlərində Anadoludan Azərbaycana türkmanların köçü başlayır və davam edərək öz pik nöqtəsinə Səfəvilərin dövründə çatır. Yəni, demək istəyirəm ki, Qaraqoyunlu, Ağqoyunlu türkmanlarından süqutundan sonra da Səfəvilər dövlətinin vaxtında da Anadoludan böyük miqyasda köçlər başlandı. Bu köçlərin I Abbasın ölümünə (1037/1628) qədər davam etdiyini yaxşı bilirik. Dövləti quran və onun əsas dayağı olan qızılbaşlar, uzun müddətdir Azərbaycanda, Arranda və Şirvanda yaşayan türk elementi ilə birlikdə adı çəkilən vilayətlərdə üstünlük təşkil edən əhaliyə çevrildi.

Bizim millətin dövlətçiliyi də bu cür sıralama ilə gedir: Səlcuqlar - Azərbaycan Atabəyləri - Elxanilər - Qaraqoyunlu - Ağqoyunlu - Səfəvilər - Əfşarlar - Qacarlar!

Təəccüblü deyil ki, monqollar İslamı qəbul etdikdən sonra farslara yox, mədəni cəhətdən daha yaxın olduqları türklərə assimilyasiya oldular. Türkmənlər, monqollardan sayca üstün və müsəlman olaraq, ümumi köçəri həyat tərzi sayəsində monqolları tez bir zamanda əritdilər. Əslində, monqolların islamlaşması türkləşmənin bir aspekti idi.

Fuat Köprülünün fikrincə, monqol işğalları dövründən başlayaraq müstəqil Azərbaycan "dialekti"nin formalaşması və onun ümumi Səlcuq dil mühitindən ayrılması prosesi başlayır. Zəki Vəlidi Toğanın qeyd etdiyi kimi, İlhanilər dövründə Azərbaycan dili/dialekti normaları oquz-türkmən, kipçak və şərqi Türküstan türk dillərinin təsiri altında formalaşırdı. Toğan yazır ki, İbn Mukanna, İlhanilər dövlətinin monqol və türk dillərinin lüğətini hazırlayarkən, türkmən dili və Şərqi Türküstan türkcəsindən əlavə "bizim ölkənin türk dili"ni də qeyd edir. Azərbaycanlı tədqiqatçı Şahin Mustafayevə görə, bir çox mütəxəssislər, o cümlədən P. Melioranski, B. Çobanzadə və A. Cəfəroğlu, bu adla Azərbaycan dilinin qeyd edildiyinə inanırlar.

Şərqi türk dilinin başqa bir təsiri çin heyvan təqvimi olmuşdur ki, bunun uyğur versiyasını monqollar mənimsəyərək fəth edilmiş bütün ərazilərdə təqdim etmişdilər. Heyvan dövrünün 12 ili üçün adlar monqol dilinə tərcümə edilsə də, türk adları öz əhəmiyyətini qoruyub saxlamışdır. Məsələn, Rəşid əd-Dinin tarixi əsərində on iki illik heyvan təqviminin illərinin adları 54 dəfə rast gəlinir, 26 dəfə türk dilində, 34 dəfə monqol adları istifadə edilmiş, 13 halda isə adın türk və ya monqol mənşəli olub olmadığını dəqiq müəyyən etmək mümkün deyil, çünki hər iki dildə eyni cür səslənir. Yalnız 2 ad fars dilində verilir. Bu halda ay adları yalnız türk dilində idi. Monqol dövründən sonra İranda türk-monqol heyvan təqvimi hicri ilə yanaşı Qacarlar sülaləsinin süqutuna qədər istifadədə qalmışdı

Monqol imperiyasının hər yerində türklər monqollar tərəfindən fəth edildikdən sonra Çingizilər dövlətlərinin, o cümlədən Hulakülər dövlətinin hərbi qüvvəsinin ayrılmaz bir hissəsinə çevrildilər. Monqol və türk elementlərinin asan birləşməsi ümumi köçəri irsinə və Daxili Asiyadakı minillik simbioza görə baş verdi. Müəyyən dövrlərdə türk əhalisi və onların hərbi fraksiyası monqol elementindən üstün idi.

Hulakülər dövlətində monqollar uyğur yazısı və uyğur katiblərinin və yazıçıların köməyi ilə rəsmi yazı və kargüzarlıq sistemini yaratdılar. Buna görə də, İranın əsas türk əhalisinin qərbi türk (oquz) dilində danışmasına baxmayaraq, Hulakülər dövründə İranda şərqi türk dilində mətnlər yaranmışdır. Bu, İran kargüzarlığında uyğur və digər şərqi türk yazıçılarının işlədiyini təsdiq edir. Buna qədər Səlcuq hökmdarları İranda rəsmi məqsədlər üçün ərəb və fars dilindən istifadə edirdilər və İranda ilk türk mətnləri məhz monqol kargüzarlığı fəaliyyəti ilə əlaqədar yaranmışdır. Monqol dövründə fars dilinə türk mənşəli rəsmi ifadələr daxil olmuşdur.

Məlum olduğu kimi, monqol sənədləşmə sistemi uyğur nümunəsinə əsaslanırdı, belə ki, imperiya fərmanları türk "sözümüz" ifadəsinin tərcüməsi olan "üge manu" sözləri ilə başlayırdı və "bizim sözümüz" mənasını verirdi. Əgər fərman yüksək rütbəli bir səlahiyyətli şəxs tərəfindən verilmişdisə, əvvəlcə hökmdar xanın adı, sonra isə səlahiyyətli şəxsin adı və türk dilində 'söz' yazısı ("sözi") qeyd edilirdi.

… yarlïġïndïn, … sözi

[Xan] əmr etdi, [səlahiyyətli şəxsin] sözü

Hələ uzun müddət monqol dilinin yox olmasından sonra, "sözüm(üz)" ifadəsi Qaraqoyunlu, Ağqoyunlu və Teymurlular dövründə fars sənədlərində istifadə edilirdi.

Hunların (Savirlər/türklər) Qafqaza nüfuz etməsinin 3 mərhələsini müəyyən etmişdir. Birinci dövr Bolqar tayfalarının kiçik qruplarının Şərqi Ön Qafqaza nüfuz etməsi ilə xarakterizə olunur. Hunların Şərqi Ön Qafqaza erkən nüfuz etməsini L. N. Qumilyov və A. P. Novoseltsev də qəbul edir.


© Ağayar Samir