Posts

Showing posts from 2020

Səfi xan Muğanlı

Image
Səfi xan Muğanlı Səfi xan Muğanlı    —  Şahsevən elinə  mənsub olan  Cavad xanlığının  dördüncü xanı, sərkərdə. Rus hərb tarixçisi P.Butkov isə  1796 -cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir.  Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir.

Muğanlı Məhəmmədsalah xan

Image
Məhəmmədsalah xan Muğanlı Məhəmmədsalah xan və ya Qalaqayınlı Məhəmmədsalah xan — Şahsevən elinə mənsub olan xan, sərkərdə. Məhəmmədsalah xan tarix kitablarında Qalaqayınlı Məhəmmədsalah xan kimi tanınır. Cavad xanlığının hökmdarı Həsən xan Muğanlının oğludur. O dövrdə xanlıqlar diplomatik nikahdan istifadə edirdlər. O, öz qızları Xeyrənisəni Lənkəran xanı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanı Mustafa xana ərə vermişdir. Xeyrənisənin Mir Abdulla bəy, Cavad bəy və Хanlar bəy adlı оğlanları, Nisə хanım və Zəhra хanım adlı qızları olmuşdur. Pəricahan xanım 1789-cu ildə ərə getmişdir. 1795-ci ildə vəfat edib, Qurd kəndində (Qarayazı) dəfn еdilib . Teymuraz bəy (1794-1842) adlı oğlu olmuşdur, Qurd kəndində (Qarayazı) dəfn еdilib. 1820-ci ilə qədər Qəbristan mahalı ona məxsus olmuşdur. Teymuraz bəy də 1829-ci ildə İsmayıl bəyin qızı Hacıxanım xanım (vəfatı 1847-ci il, Qarayazıda dəfn еdilib) ilə, 1833-cü ildə isə Ağarazi bəyin qızı Dürrətünisa xanım (vəfatı 1852-ci il, Qarayazıd...

Həsən xan Muğanlı

Image
Həsən xan Muğanlı Həsən xan XVIII əsrin ikinci yarısında Muğanın, Cavad ərazisinin hakimi olmuşdu. El içində Həsən xanla bağlı bir deyim var: Dünya, fanisən, fani, Səndə olan canlar hanı? Həsən xan deyirdi Muğan mənimdi, Muğan durur, bəs Həsən xan hanı? Həsən xan bəzi mənbələrdə "Talе Həsən xan", "Tala Həsən xan" kimi xatırlanır. Həsən xan 1768-ci ildən Fətəli xan Qubalıın vassalı olmuşdu. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Hətta 1769-cu ildə Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin ləğv edilməsinə xüsusi xidmət göstərmişdir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi. Bir çox döyüşlərə qatılmış, Quba xanının tərəfini tutmuşdu. Qub...

Cavad xanlığı

Image
Bir çox  Azərbaycan xanlıqları  kimi  Nadir şah Əfşarın  ölümündən sonra yaranmışdır. İndiki  Azərbaycan Respublikasının  ərazisində  Qarabağ xanlığı  ilə  Şamaxı xanlığının  və  Salyan sultanlığının  arasında yerləşirdi. Cavad xanlığı  1747 -ci ildə yaradılmışdır. Mərkəzi Cavad qalası idi. Cavad xanlığının mərkəzi  Araz çayının  kəsişdiyi nöqtədə,  Kür çayının  sol sahilində və  Şamaxının  cənub-qərbində yerləşən  Cavad  qala şəhəridir. Çulkova görə  "Cavadın bu əsas ərazisi böyük yaşayış yeridir". Xanlıq qərbdə Qarabağ və  Qaradağ xanlığı ,şimalda Şamaxı xanlığı,cənubda  Talış xanlığı ,şərqdə isə  Salyan sultanlığı  ilə əhatə olunmuşdur. Muğan  əsasən Cavad xanlığına aid idi.  Q.B.Abdullayevin yazdığına görə  "Cavad xanlığı nisbətən kiçik idi və əslində sultanlığın ölçüsünü aşmırdı". Cavad xanlığı  könüllü surətdə  Quba xan...