Monday, November 6, 2023

Qalaqayın

"Qalaqayın" tarixi ərazi adının mənası müxtəlif versiyalarda dilə gətirilmişdir. Bunlardan ilki adından göründüyü kimi "möhkəm qala" mənasını ehtiva edir. Çünki,cənubdan hücumlar olurdu və qalanı dayanıqlı,möhkəm olduğuna görə bu cür adlandırırmışlar. Bu qala orta əsrlərdə istehkam qalası rolunu oynayırmış. Ola bilsin ona görə bu adı veriblər. 

11-ci əsrdə qəznəvilər tərəfindən sıxışdırılan səlcuqlular qərbə doğru,Azərbaycana,indiki İrana,Anadoluya,İraqa və s. yayıldılar. Mərkəz Azərbaycan olduğundan möhkəmlənmişdilər orda. Şimali Muğanda (Kür-Araz qovşağına yaxın) məskunlaşmışdılar. Sonralar Osmanlı bəyliyini quracaq nəsil də bu ərazidə yaşamışdır. Türklərə aid tarix kitabında əks olunub. Qayı boyu da məskunlaşan oğuz səlcuqluların tərkibində idi. Osmanlı xanədanı da özünü bu boya aid edirdi. Ehtimala görə Qalaqayın adı "Qayının qalası" mənasını verir.

Amma nəzərinizə çatdıraq ki,Qalaqayın adlı yerin tarixi tarixi kitablardan və arxeoloji qazıntılardan gəldiyimiz nəticəyə görə 3-cü əsrdən başlanır. Bu dövr Sasanilər dövlətinin (226-651) hakim olduğu dövrdür. Və bu yerlərdə ari (iran) dilləri (rəsmi pəhləvi dili) geniş istifadə olunurdu. Başqa bir ehtimala görə "Qalaqayın" adının mənası irani dillərdən "kalak" "şəhər", "ayin" isə "qanun-qayda" və ya "region" mənasını verir. 

Rusların sosial dayaq yaratmaq üçün böyük planları olub Muğanda. Kür-Araz qovşağının sağ sahilində, yəni Qalaqayında (indiki Sabirabad (keçmiş adı Petropavlovka) şəhəri də Qalaqayında qurulub) "Yekaterinasord" adlı şəhər yaratmaq istəyirmişlər. Demək bu qala-şəhərdə ancaq rus ordusu olacaqmış və erməni, gürcü qızları ilə evləndiriləcəkmişlər. Beləliklə, mələz nəsil törəyəcəkdi, beləliklə demoqrafik vəziyyət təmiz dəyişəcəkdi. Hətta Rusiyadan gələcək bənnalar, işçilər, maliyyə də müəyyənləşdirilmişdi. Yekaterinanın qəfil ölümündən sonra Çar Pavel ordunu Qafqazdan geri çağırır. Bundan sonra Yekaterinanın ən yaxın hərbiçiləri aradan götürülür, təqaüdə göndərilir. Bu plan da tarixə qovuşur. Bu şəhər planı onların ürəyincə idi. Yekaterinanın dövründəki hərbi yürüş kompaniyasında rus ordusu Qalaqayın ərazisində düşərgə salmışdı. Çoxlu balıq tuturdular, ov ovlayırdılar. Münbit çəmənlik ordunun atları üçün sərfəli idi. Üstəlik, cənuba doğru yürüş edə, işğalçılıq kompaniyasının davam etdirilməsində köməklik edəcəkdi.

No comments:

Post a Comment