Thursday, April 18, 2024

“Kitab əl-Buldan” (Ölkələr kitabı) kitabında Yaqubinin (ö. 898) Azərbaycanı təsviri

“Kitab əl-Buldan” (Ölkələr kitabı) kitabında Yaqubi (ö. 898) Azərbaycanı təsvir edərkən Arazın hər iki yanındakı şəhərləri Azərbaycan şəhərləri adlandırır.

Bu artıq bilmirəm neçənci örnəkdir paylaşıram, dostlar, Azərbaycan adı həmişə Arazın hər iki yanına aid olmuş bir deyimdir. Fərqi yoxdur, türklərlə bağlı oldu-olmadı.

Doğrusu mənim üçün elə bir fərqi də yoxdur, Azərbaycan adı Arazın quzeyinə aiddir, ya yox. Olmasa belə nəsə dəyişəsi deyil, çünki.

Burda sadəcə məsələ odur ki, bizdə bəzi kəsimlər var, bizi aşağılamağı, bizə aid hər şeyi danmağı "bombalıq" zənn edirlər. 

Bir şeyi də qeyd edim, tarixdə “Azərbaycan” deyilərkən sırf Arazın güneyinin qəsd edildiyi misallar da var. Ancaq əldə yalnız onları bayraq edib digər verilənləri görməzdən gəlmək doğru deyil.

Demək istədiyim budur ki, 1918-də Azərbaycan adının Cümhuriyyətə verilmiş olması hansısa 3-4 nəfərin şəxsi təşəbbüsü yox, tarixi ardıcıllığın məntiqi nəticəsi idi.

Oxumaq üçün (s. 105-106): https://www.avetruthbooks.com/2023/07/the-works-of-ibn-wadih-al-yaqubi-an-english-translation-vol-1-2018.html

No comments:

Post a Comment