Posts

Showing posts from May, 2024

Sabirabad şəhərinin tarixi

Müəlliflər: 1) "Suqovuşan" Ədəbi Məclisinin rəhbəri, Sabirabad rayonunda nəşr olunan "Muğanın səsi" qəzetinin redaktoru Elçin Nəsib 2) İctimai fəal,diaspora üzvü Hafiz Cəfərli 19-cu əsrin 80-ci illərində ilk rus köçkünləri Muğan düzündə görünməyə başladılar. Əvvəlcə əkinçilik üçün dövlətə məxsus torpaq sahələrini icarəyə götürürdülər, köçkünlərin sayı artmağa başlayanda isə bu torpaqların onlara icazə verilməsi üçün hökumətə müraciət edirdilər. Beləliklə, Muğan üzərində tədricən ilk rus kəndləri və qəsəbələri görünməyə başladı. Hökumət köçkünlərə maddi dəstək verməklə yanaşı, onların mənəvi ehtiyaclarını da qarşılayırdı. Pravoslav kilsələrinin tikintisinə ehtiyac yarandı. Muğanda ilk rus kəndlərindən biri Kür və Arazın qovuşduğu yerdə yerləşən Cavad qəzasının Petropavlovka kəndi olmuşdur. Əvvəllər buranı 1747-ci ildə yaranmış Cavad xanlığının mərkəzi olan Cavad şəhəri tuturdu. 1768-ci ildə Quba xanlığından asılı vəziyyətə düşdü. 1778-ci ildə şəhər Quba xanı Fətəli x...

Təbukda Peyğəmbərə (s.ə.a) sui-qəsd hadisəsi və münafiqlərin adları

  Təbuk səfəri bir neçə səbəbdən islam tarixinin ən diqqətə layiq hadisələrindəndir. Bu hadisəni yaddaqalan edən şeylərdən biri Hz.Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) İmam Əli   (əleyhis-səlam)   haqqında   "Ey Əli! Mənim sənə olan nisbətim, Harunun Musaya olan nisbəti kimidir. Yalnız bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur."   buyurmasıdır. Bu ğəzvə İmam Əlinin  (əleyhis-səlam)  iştirak etmədiyi yeganə ğəzvə idi. Lakin bunu İmam Əli  (əleyhis-səlam)  özü istəməmişdir, Peyğəmbərin  (sallallahu əleyhi və alihi və səlləm)  qərarı idi. Məqsədi onu Mədinədə saxlamaq idi ki, ordunun ğəzvədə olduğu müddətdə şəriəti qoruyub saxlasın və pusquda gözləyən "münafiqlərə" qarşı sipər olsun. Rum imperatoru Heraklius müqəddəs Mədinə şəhərinə hücum etməyi planlaşdırmışdı. Bu xəbərlər fonunda, yolda olan ordunun Mədinəyə girişinin qarşısını almaq üçün hazırlıqlar görülmüşdü. Əvvəlki müharibələrdən fərqli olaraq, hansı ki, ölkə da...