Thursday, April 18, 2024

“Kitab əl-Buldan” (Ölkələr kitabı) kitabında Yaqubinin (ö. 898) Azərbaycanı təsviri

“Kitab əl-Buldan” (Ölkələr kitabı) kitabında Yaqubi (ö. 898) Azərbaycanı təsvir edərkən Arazın hər iki yanındakı şəhərləri Azərbaycan şəhərləri adlandırır.

Bu artıq bilmirəm neçənci örnəkdir paylaşıram, dostlar, Azərbaycan adı həmişə Arazın hər iki yanına aid olmuş bir deyimdir. Fərqi yoxdur, türklərlə bağlı oldu-olmadı.

Doğrusu mənim üçün elə bir fərqi də yoxdur, Azərbaycan adı Arazın quzeyinə aiddir, ya yox. Olmasa belə nəsə dəyişəsi deyil, çünki.

Burda sadəcə məsələ odur ki, bizdə bəzi kəsimlər var, bizi aşağılamağı, bizə aid hər şeyi danmağı "bombalıq" zənn edirlər. 

Bir şeyi də qeyd edim, tarixdə “Azərbaycan” deyilərkən sırf Arazın güneyinin qəsd edildiyi misallar da var. Ancaq əldə yalnız onları bayraq edib digər verilənləri görməzdən gəlmək doğru deyil.

Demək istədiyim budur ki, 1918-də Azərbaycan adının Cümhuriyyətə verilmiş olması hansısa 3-4 nəfərin şəxsi təşəbbüsü yox, tarixi ardıcıllığın məntiqi nəticəsi idi.

Oxumaq üçün (s. 105-106): https://www.avetruthbooks.com/2023/07/the-works-of-ibn-wadih-al-yaqubi-an-english-translation-vol-1-2018.html

Sünni tarixçilərin Şah İsmayılı günahlandırması

"Ümumi olaraq sünni tarixçilər, şiəlik üzərindən Şah İsmayılı günahlamaqda və türk dünyasını ikiyə böldüyünü iddia etməkdədirlər.


Bu iddia haqqsızdır. Şah İsmayıl, məzhəbi baxımdan zatən ikiyə bölünmüş bir Türklük təslim almışdır. Onun etdiyi şey, Farsları şiələşdirmək olmuşdur. Kitabda geniş izah etdiyimiz üzrə Şah İsmayıl öz çağını aşan bir Türklük şüruna sahibdir. Etdikləri ilə İranın Azərbaycan mərkəzli bir Türk dövləti olaraq yüksəlməsini təmin etmişdir.


Bir Türk dövləti quran və bu dövlətin yüzlərlə il Türk qalmasını təmin edən biri, necə Türklüyə zərər vermiş olar ki! Əsasən Osmanlı torpaqlarında yaşayan (Şərqi Anadolu) Türklərin böyük qismi Qızılbaş yaxud Bəktaşi, yəni şiə idi. Hətda bu müsbət 4/5 yəni 80% olduğuna dair dönəmdən qalan bəzi köçürmələr (Qaynaqlar) vardır.

İranda yaşayan Türklərində çox böyük bir qismi Qızılbaşdı. Gerçəkdə Türklüyə zərər verən isə Osmanlının siyasətləri olmuşdur.


Birincisi: Kürd tayfalarını Batumdan Cənuba doğru bir xətt şəklində məskunlaşma etmiş, Türkman torpaqlarını Kürd tayfalarına təslim edərək Türkman boylarını Kürt tayfalarının himayəsinə girməyə məcbur etmişdir. nəticədə Cənub-Şərq Anadoluda Türklük və Türkcə zəifləmişdir.


İkincisi, Türk sünniliyi ilə əlaqəsi olmayan Əməvi zehniyyətini Osmanlı dini düşüncəsində dominant qalmış, beləcə Türklük şüurunu sıxışdırmışdır. Ərəblik və Farslıq Osmanlıda etibar qazanmış Qızılbaşlıqla eyniləşdirilən Türklük alçaldılmış, Devşirmələrin (Türk olmayanlar) əli ilə Türkmanlar dəfələrlə qətliama məruz buraxılmışdır".


Qaynaq:

Ali Rıza Özdemir, "Türk Hakanı Şah İsmail" s.234-235


P.s türkmanlar tərəfindən Anadoluda 80 civarı üsyan olub. Bu üsyanlarda öldürülən türkman əhalinin sayını minimum olaraqca təxmin etmək mümkündür. Azərbaycanda Osmanlı tərəfindən öldürülən və yerlərindən qovulan türkmanlarsa bəlkə də 500 minə yaxındır.

---

Bir də çox deyilir ki, guya Osmanlı ilə burdakı bizə aid dövlətlərin orduları vuruşanda iki türk ordusu bir-biri ilə savaşıb: bu kökündən səhvdir. Osmanlı ordusu bir-neçə böyük Avropa səfəri (Viyana üzərinə yürüş kimi) xaric etnik türkləri hərbi xidmətə almayıb. Bütün ordu qapıkulu sistemi əsasında müsəlman olmayan xalqlardan dolanırdı.

Saxta "alban tarixi"

Şəkildə gördükləriniz Roma tarixçisi Prokopiusun “Savaşlar tarixi” kitabındandır. Kitabın “Qot müharibələri” hissəsini oxusanız qarşınıza aşağıdakı hissələr çıxacaq.

Bu bizə niyə maraqlıdır? Çünki, orada biz hamımıza yaxşı tanış olan “alban” sözünü görə bilirik. Kitab boyu “Albani” adı üç mənada işlənir; bölgə (ölkə), xalq və şəhər adı kimi. Demək Albani adlı şəhər Roma şəhərindən şərqdə yerləşirmiş. Eyni adlı xalq isə İtaliyanın şimalında məskunlaşıbmış.

Hə, Prokopius Qafqazı nəzərdə tutaraq “Albaniya” sözünü işlədir. Ancaq məsələ ondadır ki, oranı müstəqil bir dövlət kimi yox. Adi bir region kimi təsvir edir. Necə ki, bu gün Şirvan və ya Qarabağ Azərbaycan Respublikası içində ayrıca dövlət yox bir bölgə, region adıdır.

Bundan başqa həmişə qeyd etdiyim kimi, “Albaniya” adı yerli xalqlar tərəfindən bilinməyən bir sözdür. Yəni nə ərəblər, nə irandillilər, nə də ermənilər bu adı bilmirlər. 

Burda erməni məsələsinə xüsusilə toxunmaq lazımdır. Bu gün Azərbaycan tarixşünaslığının “Albaniya dövləti” haqqında bildiyi az qala hər şey "erməni qaynaqları"na əsaslanır. Problem ondadır ki, həmin erməni qaynaqlarında heç bir “alban” xalqı və ya dövlətindən bir dəfə olsun bəhs edilmir. Erməni yazılarında “Aluank” olaraq keçən sözü bəzi alimlərimiz öz beyinlərində necəsə “Alban” sözü ilə eyniləşdiriblər.

Təbii ki, bundan dolayı coğrafi anlayış olaraq Albaniya və Aluank anlayışlarının əhatə etdiyi sərhədlərə görə də xeyli tutarsızlıqlara düşürlər. Bu məqsədlə çox araşdırmalar aparıb, kitablar yazıb Albaniyanın sərhədlərin bacardıqca böyütmək istəyirlər. 

Məsələni uzatmadan... Tam əminliklə deyə bilərik ki, “Albaniya” ifadasi bölgəyə avropalılar-latınlar tərəfindən verilmiş addır. Çünki avropa mənşəli (latın-qrek) qaynaqlardan başqa bu ad heç yerdə keçmir. Xüsusən İtaliyada da qədim zamanlardan “Alban” adı ilə bağlı çox saylı yer adlarının olması bu iddianı gücləndirir.

Üstəlik latınlar bu adı təkcə bizim ölkəmizə də yox, Britaniya üçün də, Alp dağları üçün də işlədiblər. Mənası nədir desəniz, Albus Dambldor adında da görünən kimi “alba” latınca “ağ” deməkdir. Görünür buna görə əsasən dağlıq regionlar üçün işlədiblər bu adı.

Beləliklə ölkəmizlə və xalqımızla yaxından və ya uzaqdan heç bir əlaqəsi olmayan bu adın hələ də israrla bizə yamanmasındakı məqsəd nədir anlamıram. Sovet dönəmində 3 əsas Qafqaz xalqı üçün uydurulan 3 vassal – kölə dövləti konsepsiyasının hələ də Azərbaycan xalqına aid edilməsinin mənası yoxdur.

Sovetlərin məqsədi bəlli idi. İberiya, Armeniya, Albaniya hər üç dövlət fikir verirsinizsə tarixin heç bir dönəmində nəinki dünyəvi heç ümumiyyətlə ciddi regional güc belə olmayıb. Ömürləri boyu yalnız vassallıq, xidmətçi və vergi tarlası rolunu oynayıblar. Bu üç dövlətcik və bu dövlətciklərin xalqları haqqında da heç bir normal, tutarlı, detallı məlumat yoxdur.

Ən vacibi Albaniya daxil bu üç dövlətcik və xalqdan bu günə çatan heç bir normal yazı nümunəsi yoxdur. Ortalığa alban yazısı olaraq çıxarılanların nə qədər etibarsız olduğunu və onların albanlara məxsus olduğunu isbatlamağın mümkün olmadığını əvvəllər yazmışam.

Qısası belə bir geydirmə tarixlə Sovet bu üç xalqa həm aşağılıq kompleksini aşılayırdı, həm də lazım gələndə, “siz busunuz da” deyib baltalaya bilirdi. Fikir versəz günü bu gün də bu mövqe aktuallığın qoruyur.

Gürcü və erməni xalqlarını anlamaq olar, uzun illər boyu qonşu  xalqlara (yəni, bizə) tabe olublar. Bəs bizə nə düşüb ki, bu gop tarixindən belə ürəkdən yapışmışıq?!


© Jafar Jafarli

Səfəvilər məzhəbçi idilərmi? - Faktlara nəzər yetirək

Səfəvilər məzhəbçi idilərmi? - Faktlara nəzər yetirək


I hissə


Tarix elmləri doktoru, professor Anar İsgəndərov yazır: “Səfəvi tarixi Azərbaycan tarixinin xüsusi bir dövrüdür. Bu dövlət Azərbaycan tarixində uzunmüddətli fasilədən sonra, ilk dəfə olaraq, yaxşı mənada “böyük dövlət” (buna imperiya da demək olar) düşüncə tərzini bizə qaytardı. 

Amudəryadan Sırdəryaya, Fəratdan Dəcləyə, Şimali Qafqazdan İran körfəzinə qədər geniş əraziləri özündə ehtiva edən nəhəng dövlət quruldu. Səfəvilər böyük bir imperiya yaratdılar. Amma bu imperiya, digərlərindən fərqli olaraq, heç bir xalqın dini inanclarına, milli dəyərlərinə toxunmadı, ölkədəki etnik rəngarəngliyi pozmadı. 

Dövlətin paytaxtında hansı qanunlar işləyirdisə, ucqarlarda, qeyri-müsəlman, qeyri-türk vilayətlərində də həmin qanunlar tətbiq olunurdu. Səfəvi dövləti haqqında nə qədər yazılsa, yenə də azdır. Bu dövlət Vətən tarixinin ən uzunömürlü sütunlarından biri olmuşdur”.


Lakin təəssüf ki, bəzən Şah İsmayılı və Səfəviləri məzhəbçilikdə, dini ayrı-seçkilik siyasətində ittiham edənlər də olur. Tarix onların yazdıqlarını və dediklərini təsdiq edirmi? Faktlara diqqət yetirək:


1.📍 Şeyx Cuneyd Səfəvi (1429–1460) şiə olduğu halda, Qaraqoyunlu hökmdarı şiə Cahan şah Baranlının (1397–1467) deyil, Ağqoyunlu hökmdarı sünnü Həsən padişah Bayandurun (1423–1478) yanına getmiş, onunla qohumluq və dostluq münasibətləri qurmuşdu. Məzhəbçi dini lider belə seçim edərdimi? Sözsüz ki, yox!


2.📍 Şeyx Cuneyd Səfəvi 1459-cu ildə Ağqoyunlu hökmdarı Həsən padişahın bacısı Xədicə bəyimlə ailə qurmuşdu. Bu nikah bağlananda Şeyx Cuneydin şiə olduğu hamıya bəlli idi. Özü əhli-sünnə etiqadında olan Həsən padişah Şeyx Cuneydi məzhəbçi və sünnü düşməni hesab etsəydi, sevimli bacısını ona verərdimi? Sözsüz ki, yox!


3.📍 Şeyx Heydər Səfəvinin (1460–1488) də şiə olduğunu bilən Həsən padişah təxminən 1483-cü ildə onu öz qızı Aləmşahbəyim xatunla (1460–1522) evləndirmişdi. Müdrik və çox ağıllı hökmdar olmuş Həsən padişah Şeyx Heydəri qatı məzhəbçi kimi tanısaydı, qızını ona verərdimi? Sözsüz ki, yox!


4.📍 1488-ci ildə baş vermiş Təbərsəran döyüşündə Şeyx Heydər Səfəvi Ağqoyunlu sərkərdəsi Süleyman Bəyçioğlu (?–1492) ilə qarşı-qarşıya gəlmişdi. “Şeyx nizəsi ilə o dəyərsizi at üstündən yerə salıb qara torpaqla bir etdi. Bəyçioğlu onu tanıyıb yalvardı ki, qanından keçsin. Sultan Heydər də kifayətlənib onu qətlə yetirmədi”. Tarixdən məlumdur ki, məzhəb savaşlarında “din naminə qətl” prinsipinə həmişə riayət olunmuşdur. Şeyx Heydər fanatik məzhəbçi olsaydı, düşmən ordusunun sərkərdəsinə rəhm edərdimi? Sözsüz ki, yox!


5.📍 1500-cü ildə baş vermiş Cabanı döyüşündə Şah İsmayıl Səfəvi Şirvanşah Fərrux Yəssarı (1441–1500) məğlub edib Şamaxı şəhərinə daxil olmuşdu. Amma o, bu şəhərdə nə kütləvi qətliam törətmiş, nə də zor gücünə əhalinin məzhəbini dəyişdirmişdi. Bəllidir ki, Səfəvilər dövlətinin sonunadək, yəni XVIII əsrin birinci yarısında da Şamaxı camaatının əksəriyyəti əhli-sünnə etiqadında idi. Şah İsmayıl radikal məzhəbçi olsaydı, yerli əhali ilə belə mülayim rəftar edərdimi? Sözsüz ki, yox!


6.📍 1501-ci ildə Şah İsmayıl Səfəvinin qoşunu Bakı şəhərini mühasirəyə almışdı. Şirvanşahın Bakıdakı qarnizonuna Fərrux Yəssarın gəlini rəhbərlik edirdi. Həmin qadının əmrilə Şah İsmayılın elçisi və sülh tərəfdarı olan şəhər darğası Əbülfəth ağa vəhşicəsinə qətlə yetirilmiş, onların cəsədləri təhqir edilmişdi. 


Buna baxmayaraq, Bakı şəhərini birbaşa hücumla ələ keçirmiş qızılbaşlar orada kütləvi qırğın törətməmiş, zorakılığa yol verməmişdilər. Şah İsmayıl fanatik məzhəbçi olsaydı, belə bir humanizm nümayiş etdirərdimi? Sözsüz ki, yox!


Ardı var...


Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Monday, April 15, 2024

Təzahür haqqında nəyi bilmək lazımdır?

Düşüncə gücü: Təzahür haqqında nəyi bilmək lazımdır?

Yazan:Canər Cem Martı

Son illər “manifestasiya" sözünü çox eşitmişik.  Dilimizdə "təzahür" mənasını verən bu söz xüsusilə məşhurlar və ya təsir qoyanlar tərəfindən çox istifadə edilir. Belə olduqda insanlar bu sözün mənası və necə edildiyi ilə maraqlanmağa başlayırlar. Bu səbəbdən təzahür mənasını verən bu terminin nə olduğunu və necə edildiyini açıqladıq. Təzahür nədir və 5 addımda necə edilir?

Manifestasiya nədir?

Təzahür sözünün çox fərqli tərifləri var. Ancaq ən sadə izahat; düşüncə, hiss və inanc vasitəsilə baş verməsi istədiyiniz şeyə diqqət yetirməkdən ibarətdir ki, o, gerçəkləşsin. Bu o deməkdir ki, nəyə diqqət yetirsəniz, real həyatda ona sahib ola bilərsiniz. Başqa sözlə desək, düşünsəniz, gerçəkləşər.  Bütün bu proses təzahür adlanır.

Məsələn, yeni bir iş tapmaq istəyirsinizsə və tam olaraq hansı işi və hansı saatda istədiyinizə qərar verdiniz və diqqətinizi cəmlədinizsə, bu mövzuda duyğu və düşüncələriniz güclü olacaq.  Buna diqqət yetirdikdən sonra meditasiya edərək və ya hədəfinizi vizuallaşdırmağa çalışaraq buna nail ola bilərsiniz. İndi təzahürün nə olduğunu başa düşdüyünüz üçün gəlin onun necə işlədiyini izah edək...

Manifestasiya (təzahür) necə işləyir?

Cazibə qanunu kimi, düşüncələriniz və enerjiniz gerçəkliyinizi yarada biləcək bir təzahürdür. Daim neqativsənsə və pis fikirləşirsənsə, mənfi enerjini cəlb edirsən və təzahür etdirirsən. Təzahür edərkən ediləcək ilk şey düşüncələrinizə və hisslərinizə nəzər salmaqdır. Mənfi hiss edirsiniz? Fikirləriniz neqativlərlə doludur? Əgər belədirsə, əvvəlcə həyatınızda istəmədiyiniz şeylərdən zehninizi təmizləməlisiniz. Təzahür etməzdən əvvəl zehninizi təmizləmək və müsbət düşüncələrə sahib olmaq çox vacibdir.

Təzahür yalnız düşüncələrinizlə işləmir, həm də hərəkət forması olmalıdır. Məsələn, əgər iş axtarırsınızsa, yalnız sizə uyğun olan işlərə müraciət edib müsahibə götürməlisiniz. Siz həmçinin işinizlə bağlı fikir və hisslərinizi vizuallaşdırmağa çalışmalısınız. Bu, özünüzü daha pozitiv və motivasiyalı hiss etməyə kömək edəcək.  Bu yolla daha asan hərəkətə keçəcək və hədəflərinizin həyatınıza əks olunmasını təmin edəcəksiniz.

5 addımda manifestasiya necə edilir?

Bunu bacarmaq əla olardı.  Buna görə də biz sizə 5 addımda necə təzahür edəcəyinizi izah etdik.

1) Məqsədlərinizi təyin edin

İlk addım məqsəd qoymaqdır. Ən çox nəyə nail olmaq istədiyinizə əmin olun. Bu, aşiq olmaq, işə düzəlmək, sağlamlığınızı yaxşılaşdırmaq və ya sevdiyiniz bir məşğuliyyətdə mükəmməlliyə nail olmaq ola bilər. Nəyə nail olmaq istədiyiniz tamamilə sizə bağlıdır!

Özünüzə aşağıdakı sualları verməlisiniz:

*Həmişə arxasınca getmək istədiyin bir şey nədir?

*Həyatınızın bu anında ən çox nə istəyirsiniz?

2) Hədəflədiyiniz şeyi dilə gətirin

Həqiqətən nə istədiyinizi müəyyən etdikdən sonra etməli olduğunuz tək şey onu ifadə etməkdir. Bəzi insanlar görmə lövhələri yaratmağı, bu barədə yazmağı, dua etməyi və sevdikləri ilə və ya terapevtlə öz məqsədlərini müzakirə etməyi sevirlər.  Ən əsası nəyə nail olmaq istədiyinizi zahirən ifadə etmək və nəticədə həyatınızın necə dəyişəcəyini təsəvvür etməkdir.

Özünüzə aşağıdakı sualları verməlisiniz:

*Bu məqsədə çatanda həyatım necə olacaq?

*Məqsədimə çatanda özümü necə hiss edəcəm?

3) Fəaliyyət planı hazırlayın

Təzahür edərkən düşüncələrinizə və düşüncə tərzinizə çox diqqət yetirsəniz də, məqsədinizə çatmaq üçün lazım olan konkret hərəkətlər haqqında düşünmək də çox vacibdir.  Ən böyük hədəf belə daha kiçik, daha sadə addımlara bölünə bilər.  Məsələn, karyera dəyişikliyi etmək istəyirsinizsə, ilk addım yeni bir sənayeni araşdırmaq və ya bu sahədə təcrübəli biri ilə danışmaq ola bilər.

Özünüzə aşağıdakı sualları verməlisiniz:

*Bu məqsədə çatmaq üçün atmalı olduğum ilk kiçik addım nədir?

*Öyrənməli olduğum yeni bacarıqlar varmı?

*Məsləhət ala biləcəyim mütəxəssisləri tanıyırammı?

4) Fikrinizi tənzimləyin

Bu addımda maarifləndirməni həyata keçirmək çox vacibdir. İndi hədəflərinizi təzahür etdirərkən müsbət və minnətdar olmalısınız. Cazibə qanununu xatırlayırsınız, elə deyilmi?  Yaxşı əhval-ruhiyyə əldə etmək üçün ilk növbədə yaxşı titrəmə,həyəcan yaymaq lazımdır. Bu, düşüncə tərzinizi düşünmək və anlamaq üçün vaxt sərf etməyinizi tələb edir. Əgər kifayət qədər olmadığını düşünürsənsə və özünə güvənmirsənsə, əvvəlcə daha dərinə enib niyə belə düşündüyünü öyrənməlisən.  Sonra bu düşüncələrdən qurtulmalı və daha yaxşı və sağlam düşüncələr yaratmalısınız.

Bunu öz düşüncələrinizi idarə etmək kimi düşünün.  Düşüncələrinizi hədəflərinizin gerçəkləşməsinə xidmət edəcək şəkildə istiqamətləndirmək çox vacibdir.

Özünüzə aşağıdakı sualları verməlisiniz:

*İstədiyimə layiq olduğuma tam inanmaq üçün nə etməliyəm?

*Düşüncələrimi necə idarə edə bilərəm?

5) Açıq fikirli olun

Bəzən fürsət yaranır və deyirsən: “Budur! Bu, tam olaraq istədiyim şeydir!”  düşünürsən. Amma bu cür şeylər həmişə səndən qaçır, elə deyilmi?

Diqqətinizi tam cəmlədiyiniz və düzgün düşüncə tərzinə sahib olsanız belə, məqsədinizi təzahür etdirmək çox çətin ola bilər.  Ona görə də doğru fürsət gələndə bunun işləyəcəyinə inanmalısan.  Həmçinin, gözlərinizi açıq saxlayın. Çünki bəzən “mükəmməl fürsət” gözlədiyinizdən fərqli görünür!

Qısaca olaraq manifestasiya (təzahür)

Təzahür, şüurun vacibliyini vurğulayan məqsəd qoyma təcrübəsidir. Fikirləriniz reallığınızı formalaşdırır.  Mənfi düşünmək və həyatınızdakı çətinliklərə diqqət yetirmək irəliləyiş əldə etməyinizə mane olur.  Ancaq beyninizi mənfi düşüncələrdən təmizləməyə başlasanız, gələcək uğurunuz üçün daha inamlı və ümidli hiss edəcəksiniz.  Bütün bu pozitivlik və özünə inam sizə ən çox istədiyiniz şeyləri cəlb etməyə kömək edir.

Sunday, April 14, 2024

Manifestasiya (ifadə etmək) nədir və necə edilir?

Manifestasiya (ifadə etmək) nədir və necə edilir?

Gəlin sizi "təzahür" ilə tanış edək. Son zamanların ən məşhur anlayışlarından biri olan təzahür istəklərimizi həyatımıza cəlb etmək üçün istifadə edə biləcəyimiz təsirli bir üsuldur.  Həyatımızı formalaşdırmaq və arzularımızı həyata keçirmək üçün istifadə edə biləcəyimiz bu texnika haqqında ətraflı məlumat almaq və necə tətbiq olunduğunu öyrənmək üçün oxumağa davam edə bilərsiniz.

İstəklərinizi necə ifadə edə bilərsiniz?

“Bir şeyi 40 dəfə desən, olar” deyimini bəlkə də eşitmisən... Yaxud da “Ağılıma nə gəldi, başıma gəldi” cümləsini əvvəllər dəfələrlə demisən.  Əslində, bu iki cümlənin mahiyyəti budur ki, bu şeylər düşüncənin gücü ilə gerçəkləşə bilər. Təzahür oxşar tərifə malikdir.  Düşüncələrin və duyğuların enerjiyə çevrildiyini və ətrafımızdakı reallığa təsir etdiyini izah edən bu anlayışı qısaca “fikirlərimizi çəkirik” kimi ümumiləşdirə bilərik.

Məqsədlərimizə çatmaq üçün bir vasitə olmaqdan əlavə, təzahür həm də ağıl və kainat arasındakı dərin əlaqəni kəşf etmək və gücləndirmək üçün vacib bir açardır. İstər təzahür sənəti, istər düşüncə gücü, istərsə də özünü həyata keçirən bir peyğəmbərlik kimi təyin etsəniz də, fərqi yoxdur.  İstədiyiniz hər şeyi cəlb etmək üçün manifestasiyadan istifadə edə bilərsiniz. Etməli olduğunuz şey içinizdəki bu gücü kəşf etmək və onu necə təzahür etdirəcəyinizi öyrənməkdir. Bunun üçün istifadə edə biləcəyiniz bir çox təzahür edən təcrübələr var və onların hamısını asanlıqla tətbiq edə biləcəyinizə əmin olun. Arzularınıza çatmaq və bütün məqsədlərinizi həyata keçirmək istəyirsinizsə, burada faydalana biləcəyiniz açıq-aşkar təcrübələr bunlardır:

1)Təsdiqlərin gücünü dərk edin

Sözlər sehrlidir və ağzınızdan çıxan hər şey əslində “mümkün” reallığı ehtiva edir. Ona görə də ağzınızdan çıxan hər şeyə çox diqqətli olmaq lazımdır.  Məqsədlərinizə çatmaq və arzularınıza çatmaq istəyirsinizsə, onları müsbət şəkildə ifadə etməlisiniz.  Manifestasiya texnikasının ən güclü təcrübələrindən biri təsdiqləmələrdir. Təsdiqlərin gücündən istifadə edərək istədiyinizi həyatınıza cəlb edə bilərsiniz.  Bunu edərkən, mənfi ifadələrdən qaçınmaq üçün diqqətli olun. “Hər gün məqsədlərimə doğru irəliləyirəm, daha yaxşısına nail oluram...” kimi cümlələr söyləməyi vərdiş halına gətirə bilərsiniz.

2)Görmə lövhəsi hazırlayın

Görmə lövhəsi xəyallarınızı konkretləşdirməyin ən təsirli yollarından biridir.  İstəklərinizi nəzərdən keçirin və həyatınıza cəlb etmək istədiyiniz şeyləri konkret şəkildə bir araya gətirdiyiniz bir lövhə yaradın. Vizyon (görüntü) lövhəsində istədiyiniz rənglərdən, şəkillərdən və müxtəlif növ materiallardan istifadə edə bilərsiniz. Sizi ən çox motivasiya edəcək sözləri yaza, görmək istədiyiniz ölkənin ən məşhur yerlərinin fotoşəkillərini yapışdıra və ya xəyal etdiyiniz evi təsvir edə bilərsiniz. Hazırladığınız görmə lövhəsini tez-tez görə biləcəyiniz bir yerə asmağı unutmayın ki, hər dəfə gördüyünüz zaman sizə lazım olan ilham və motivasiyanı tapa biləsiniz.

3) Gündəlii yazmağa başlayın.

Gündəlik saxlamaq həm müntəzəm yazı vərdişini inkişaf etdirərək daxili dünyanızı kəşf etməyə, həm də hədəflərinizi aydınlaşdırmağa kömək edə bilər. Özünüzü daha yaxşı tanımaq, həqiqətən istədiyinizi tapmaq, qarşınızdakı maneələri müəyyən etmək, uğurlarınıza diqqət yetirmək, işinizi təhlil etmək və ya zehninizdəki məhdudlaşdırıcı düşüncələrdən xilas olmaq üçün yazının gücündən faydalana bilərsiniz. Hər gün özünüz üçün bir müddət təyin edə bilərsiniz və o vaxtdan gündəlik tutmaq və istəklərinizi qeyd etmək üçün istifadə edə bilərsiniz.

4)Meditasiya edin.

Axırıncı dəfə nə vaxt gözlərinizi yumub arzularınızın gerçəkləşdiyi bir anı təsəvvür etdiniz?  Xatırlaya bilmirsinizsə, yəqin ki, çoxdan olub... Müntəzəm olaraq meditasiya edərək, xəyallarınızı vizual olaraq canlandıra və enerjinizi zehni diqqət və daxili dinclik vasitəsilə istiqamətləndirə bilərsiniz.  Meditasiya edərək, istəklərinizə diqqət yetirə və onları həyata keçirə bilərsiniz.

5)-mış kimi davranın

"Fake it until you make it" deyimini heç eşitmisinizmi?  Biz bunu dilimizə “edənə qədər təqlid et” kimi tərcümə edə bilərik. Arzunuz, məqsədiniz, istəyiniz artıq varmış kimi davransanız, sanki bu artıq həyatınızdadırsa, onu "həqiqətən" həyatınıza cəlb etmək sizin üçün çox asan ola bilər. Bu, enerjinizi istəklərinizlə uyğunlaşdırmağa və təsdiq və vizuallaşdırmaları daha yaxşı tətbiq etməyə kömək edə bilər.

Nəhayət, təzahür edən təcrübələri həyata keçirərkən heç vaxt, heç vaxt şübhə etməyin. Özünüzə, gücünüzə, enerjinizə, kainata güvənin və təslim olmayın.  İstəklərinizin “baş verməməsi”nin “mümkünlüyünə” deyil, “olma” ehtimalına diqqət yetirin. Çünki,nəyə diqqət edirsinizsə, onu böyüdür və təcrübədən keçirirsiniz.

3 6 9 Təzahür Metodu: Fikirlərinizi Gerçəkliyə Çevirmək Sənəti

3 6 9 Təzahür Metodu: Fikirlərinizi Gerçəkliyə Çevirmək Sənəti

Yazan: Aynur Tümən

Bu gün biz çox məşhur fərdi inkişaf və təzahür texnikası olan "3 6 9 Təzahür Metodu"nu ətraflı müzakirə edəcəyik. Bu üsul düşüncələrinizi gerçəkləşdirmək gücünə əsaslanır və universal enerji qanunları ilə əlaqəli olduğu düşünülür. Bəs, bu üsul necə tətbiq olunur və həqiqətən işləyirmi? Bu maraqlı üsulun təfərrüatlarına nəzər salaq.

3 6 9 Təzahür Metodu nədir?

3 6 9 Təzahür Metodu müəyyən bir məqsəd və ya istəyə diqqəti yönəltmək, düşüncələrinizi və niyyətlərinizi kainata göndərmək, beləliklə də istədiyiniz şeyləri həyatınıza cəlb etmək məqsədi daşıyan təzahür üsuludur. Bu üsul müəyyən bir niyyətin hər gün müəyyən sayda təkrarlanmasını nəzərdə tutur: səhər 3 dəfə, günortadan sonra 6 dəfə və axşam yatmazdan əvvəl 9 dəfə.

3 6 9 Təzahür metodunun əsası

Bu üsul Nikola Teslanın “3, 6 və 9 rəqəmlərinin kainatdakı əhəmiyyətini bilsəydiniz, kainatın açarı sizdə olardı” sözünə əsaslanır.  Tesla inanırdı ki, bu rəqəmlər universal əhəmiyyətə malikdir və enerji, tezlik və vibrasiyaya dərin təsir göstərir. 3 6 9 metodu bu rəqəmlərin təkrarından istifadə edərək şəxsi məqsəd və arzulara enerji göndərmək və onları reallığa çevirmək məqsədi daşıyır.

3 6 9 Təzahür metodunu necə tətbiq etmək olar?

1)Hədəf müəyyən etmək: əvvəlcə aydın bir məqsəd və ya arzu qoyun. Bu, karyera məqsədi, münasibət statusu və ya hər hansı şəxsi məqsəd ola bilər.

2)Təsdiqlərin yazılması:məqsədinizə uyğun təsdiqlər yazın.  Təsdiqlər müsbət və indiki zamanda olmalıdır.

3)Səhər 3 dəfə təkrar edin: səhər oyandığınız zaman seçdiyiniz təsdiqi 3 dəfə yüksək səslə və ya ağlınızda təkrarlayın.

4)Günortadan sonra 6 dəfə təkrarlayın: Günün ortasında təsdiqi 6 dəfə təkrarlayın.

5)Axşam 9 dəfə təkrarlayın: yatmazdan əvvəl təsdiqi 9 dəfə təkrarlayın.

3 6 9 Təzahür metodunun effektivliyi

Bu metodun effektivliyi insandan insana dəyişə bilər və heç bir elmi sübut yoxdur. Bununla belə, bir çox insanlar bu metodun özlərinə fokuslanmağa və müsbət düşünməyə kömək etdiyini bildirir. Təsdiqlərin təkrarlanması insanın məqsədlərinə doğru şüuraltı inanclarını gücləndirə və motivasiya verə bilər.

3 6 9 Təzahür metodu düşüncələrinizin və niyyətlərinizin gücünə inanmağın bir yolu kimi görünə bilər. Bu üsul diqqəti və konkret məqsədlərə nail olmaq niyyətini artıra, həmçinin gündəlik iş rejimində müsbət psixi vərdiş yarada bilər. Lakin unutmaq olmaz ki, bu cür üsullarla yanaşı, qarşıya real hədəflər qoymaq və konkret addımlar atmaq da uğurun vacib komponentləridir.