Tuesday, June 23, 2020

Səfi xan Muğanlı


Səfi xan Muğanlı

Səfi xan Muğanlı  — Şahsevən elinə mənsub olan Cavad xanlığının dördüncü xanı, sərkərdə.

Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir.

Sunday, June 21, 2020

Muğanlı Məhəmmədsalah xan


Məhəmmədsalah xan
Muğanlı Məhəmmədsalah xan və ya Qalaqayınlı Məhəmmədsalah xan — Şahsevən elinə mənsub olan xan, sərkərdə.

Məhəmmədsalah xan tarix kitablarında Qalaqayınlı Məhəmmədsalah xan kimi tanınır. Cavad xanlığının hökmdarı Həsən xan Muğanlının oğludur.

O dövrdə xanlıqlar diplomatik nikahdan istifadə edirdlər. O, öz qızları Xeyrənisəni Lənkəran xanı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanı Mustafa xana ərə vermişdir. Xeyrənisənin Mir Abdulla bəy, Cavad bəy və Хanlar bəy adlı оğlanları, Nisə хanım və Zəhra хanım adlı qızları olmuşdur.
Pəricahan xanım 1789-cu ildə ərə getmişdir. 1795-ci ildə vəfat edib, Qurd kəndində (Qarayazı) dəfn еdilib . Teymuraz bəy (1794-1842) adlı oğlu olmuşdur, Qurd kəndində (Qarayazı) dəfn еdilib. 1820-ci ilə qədər Qəbristan mahalı ona məxsus olmuşdur. Teymuraz bəy də 1829-ci ildə İsmayıl bəyin qızı Hacıxanım xanım (vəfatı 1847-ci il, Qarayazıda dəfn еdilib) ilə, 1833-cü ildə isə Ağarazi bəyin qızı Dürrətünisa xanım (vəfatı 1852-ci il, Qarayazıda dəfn еdilib) ilə evlənmişdi.





Həsən xan Muğanlı


Həsən xan Muğanlı

Həsən xan XVIII əsrin ikinci yarısında Muğanın, Cavad ərazisinin hakimi olmuşdu. El içində Həsən xanla bağlı bir deyim var:
Dünya, fanisən, fani,
Səndə olan canlar hanı?
Həsən xan deyirdi Muğan mənimdi,
Muğan durur, bəs Həsən xan hanı?
Həsən xan bəzi mənbələrdə "Talе Həsən xan", "Tala Həsən xan" kimi xatırlanır. Həsən xan 1768-ci ildən Fətəli xan Qubalıın vassalı olmuşdu. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Hətta 1769-cu ildə Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin ləğv edilməsinə xüsusi xidmət göstərmişdir.

Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi. Bir çox döyüşlərə qatılmış, Quba xanının tərəfini tutmuşdu.
Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya,Qacarlar, Osmanlı) arasında diplomatik manevr siyasətini Quba xanlığının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlanna birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının mənafeyinə uyğun gəlmirdi. Belə ki, yuxarıda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan,Ərdəbil, Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi. Əvvəllər Quba xanlığına qarşı diplomatik fitnəkarlıqla məşğul olan bir sıra Cənub xanlıqları Fətəli xanın 1774-cü ildəGavduşan vuruşmasındakı məğlubiyyətindən bir qədər sonra açıq hərbi müdaxiləyə başladılar. Bu işdə Gilanlı Hidayət xan xüsusilə canfəşanlıq edirdi. O, keçmiş Şamaxı xanı Ağası xanvə Qaraqaytaq usmisi ilə ittifaq bağladı.1778-ci ildə Gilan xanlığının hakimi Hidayət xan Kərim xan Zəndin göstərişi ilə Cavada hücum edib Həsən xanı əsir aldı. Həsən xan bir müddət sonra əsirlikdən azad oldu.

Şamaxılı Məhəmmədsəid xan və qardaşı Ağası xan Xançobanlı, şəkili Hacı Əbdülqadir xan, muğanlı Tale Həsən xan,Tarku şamxalı II Murtuzəli, lənkəranlıQara хan, Buynaq hakimi Bamat, Qaytaq hakiminin qardaşı Ustarxan, Canqutay hakimi Əhməd xan, Tavlin hakimi Xazbulat Əlibəyov, Əndəri hakimi Fətəli xanın düşərgəsində idilər. 1783-cü ildə Fətəli xan Qarabağ xanlığına hücum etdi. Qraf Voynoviçin tapşırığı ilə xanın yanına gedən tərcüməçi Mustafa Murtazaliyev Fətəli xanı Ağdamda tapmışdı. Fətəli xanın yanında nə qədər qoşun olduğunu öyrənə bilməmişdi. Lakin bu qədər çox hakimin bir yerə toplaşması xeyli qüvvə cəmləşdirildiyini göstərirdi. Deyilənlərə görə yalnız muzdluların sayı 13 min nəfərə çatırmış. Bu qüvvəyə müqavimət göstərməyin imkansızlığını anlayan Qarabağlı İbrahimxəlil xan Şuşaya sığınıb işin sonunu gözləyirdi.

Qubalı Fətəli xan 1784-cü ilin may ayında o, vassallarının və müttəfiqlərinin qoşunları ilə birlikdə hərəkət edib Ərdəbili, sonra da Meşkini aldı. Qoşunların ön dəstələri cənuba hərəkəti davam etdirdilər. Fətəli xan 1784-cü ildə Həsən xanı Ərdəbilə hakim təyin etmişdi.Fətəli xanın nailiyyətləri II Yekaterinanın siyasi niyyətlərinə uyğun gəlmirdi. O, Cənubi Qafqaz və Dağıstanda kifayət qədər gücü olan Fətəli xanın daha da güclənməsini istəmirdi. Buna görə də knyaz Q.A. Potyomkin 1795-ci ilin fevralında Fətəli xandan Cənubi Azərbaycanı tərk etməyi tələb etdi. Bu hərəkətlər Fətəli xanı başladığı yürüşü dayandırıb geri qayıtmağa məcbur etdi.

Abbasqulu ağa Bakıxanov yazır: "Həmin il, Fətəli xan gedib Ərdəbili aldı və Şahsevən əmirləri ona tabe oldular. Muğanlı Həsən xan da ona səmimiyyət göstərməkdə idi".
Həsən xan 1789-cu ildə vəfat edib. Atasının adı Qiyas xan, anasının adı Pəricahan xanım olmuşdur.

Cavad xanlığı


Bir çox Azərbaycan xanlıqları kimi Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Salyan sultanlığının arasında yerləşirdi. Cavad xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Cavad qalası idi.

Cavad xanlığının mərkəzi Araz çayının kəsişdiyi nöqtədə, Kür çayının sol sahilində və Şamaxının cənub-qərbində yerləşən Cavad qala şəhəridir. Çulkova görə "Cavadın bu əsas ərazisi böyük yaşayış yeridir".

Xanlıq qərbdə Qarabağ və Qaradağ xanlığı,şimalda Şamaxı xanlığı,cənubda Talış xanlığı,şərqdə isə Salyan sultanlığı ilə əhatə olunmuşdur.Muğan əsasən Cavad xanlığına aid idi. Q.B.Abdullayevin yazdığına görə "Cavad xanlığı nisbətən kiçik idi və əslində sultanlığın ölçüsünü aşmırdı".

Cavad xanlığı könüllü surətdə Quba xanlığından asılılığı qəbul etdi. Lakin Cavadda xan hakimiyyəti saxlanıldı. 

Bu hadisə Quba xanlığın ərazisinin genişlənməsi ilə yanaşı onun əhalisinin say dinamikasına da müəyyən təsir göstərdi. Tarixi qaynaqlar Cavad xanlığının könüllü olaraq Quba xanlığına birləşməsinin bu xanlığın əhalisinin kəmiyyət və keyfiyyətinə müsbət təsir göstərməsini qeyd edir. Muğan əhalisi XVIII əsrin 60-80-ci illərində stabil siyasi mühit şəraitində yaşamağa müvəffəq oldu. Cavad xanlığının tarixi qısa dövrü əhatə edir və hər hansı diqqəti cəlb edən hadisələrlə seçilmir, lakin, buna baxmayaraq XVIII əsrdə Azərbaycanda mövcud olmuş xanlıqlar sistemində onun mövcudluğunu inkar etmək mümkün deyildir. Cavad xanlığının tarixi mənzərəsini müəyyən etmək üçün tarix ədəbiyyatında və arxiv sənədlərində çox müxtəsər, məhdud və dağınıq məlumatlar saxlanılmışdır. Cavad xanlığının əhali tarixi haqqında qaynaqlar olduqca məhdud və epizodikdir. Buna baxmayaraq, əldə olan tarixi materiallar əsasında Cavad xanlığının Şimal-Şərqi Azərbaycan siyasi birliyində olan əhali payını müəyyən etməyə cəhd etmək olar. XVI əsrdə, hətta bir qədər ondan əvvəl siyasi vahid kimi tarix səhnəsinə çıxan Cavad XVIII əsrin ortalarında yarımmüstəqil xanlığa çevrilmişdi.Xanlığın mərkəzi Kür və Araz çaylarının qovuşduğu yerdə yerləşən Cavad şəhəri idi (Hal-hazırda həmin yerdə Sabirabad rayonunun Cavad kəndi yerləşir). Cavad xanlığı şimaldan Şamaxı xanlığı, cənubdan Talış xanlığı, şərqdən Salyan hakimliyi, qərbdən isə Qarabağ xanlığı ilə həmsərhəd idi. Şahsevənlərin və digər türk elat tayfalarının daimi qışlaq yeri olan Muğan düzənliyinin Cavad xanlığının tərkibində olması bu xanlığa xüsusi mövqe qazandırırdı. Qeyd etmək lazımdır ki, mənbələrdə Cavad xanlığı bəzən Muğan xanlığı kimi də göstərilməkdədir.

Muğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilan xanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. P.Q.Butkov yazır ki, 1768-ci ildə Şamaxının ardınca "... Cavad xanı (Fətəli xan) da ondan asılı vəziyyətə düşdü".

Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi. Cavad Quba xanlığın bir hissəsi olandan sonra Quba xanı Fətəli xan Taleh Həsən xanı şahsevənlərin başçısı təyin etdi. İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi. Xanlığı birləşdirməklə Quba xanı cənubi Azərbaycan xanlıqları, döyüşkən elatları, həmçinin ŞəkiQarabağQaradağ və Ərdəbil könüllüləri ilə təmasda ola bilərdi. Muğan uzun illər müxtəlif xanlıqlar arasında mübarizə obyekti olmuşdu. 1758-ci ildə Qarabağın və Şəkinin birləşmiş qoşunları Muğan uğrunda Astrabad və Mazandaran hakimi Məhəmmədhəsən xan Qacar ilə döyüşmüşdülər. Muğanın Quba xanlığının himayəsinə daxil olaraq özü üçün xarici basqınlara qarşı etibarlı dayaq əldə etdi. 

Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (RusiyaQacarlarOsmanlı) arasnıda diplomatik manevr siyasətini Quba xanının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlarına birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının mənafeyinə uyğun gəlmirdi. Belə ki, yuxanda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi. Əvvəllər Quba xanlığına qarşı diplomatik fitnəkarlıqla məşğul olan bir sıra Cənub xanlıqları Fətəli xanın 1774-cü ildə Gavduşan vuruşmasındakı məğlubiyyətindən bir qədər sonra açıq hərbi müdaxiləyə başladılar.