Saturday, July 20, 2024

Azərbaycana aid ilklər

1) Azərbaycanın ilk operası 1908-ci il yanvarın 12-də (25-də) Üzeyir Hacıbəyovun Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur,

2) Azərbaycanın  ilk qəzeti Əkinçi (22 iyul,1875-1877) qəzeti,

3) Azərbaycanın ilk məktəbi 1829-cu il nizamnaməsinə əsasən XIX əsrin 30-cu illərində Azərbaycanda ilk dünyəvi təhsil verən məktəblər,

4) Azərbaycanın ilk teatrı Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır,

5) Azərbaycanın ilk uşaq bağçası 1907-ci ildə ilk dəfə olaraq Bayıl qəsəbəsində “Dəcəllər məktəbi” adlanan uşaq bağçası təşkil olunub,

6) Azərbaycan ilk bayrağı ilə bağlı ilk hökumət qərarı 1918-ci il iyunun 24-də qəbul edilib,

7) Azərbaycanın ilk üzv olduğu təşkilat ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə 1992-ci ilin 30 yanvarında (BMT-yə martın 2-də) qəbul olunmuşdur,

8) Azərbaycanın ilk xalq yazıçısı (1930-cu il) milliyyətcə erməni Aleksandr Şirvanzadə,

9) Azərbaycanın ilk bankı 1919-cu il 30 sentyabr tarixdə,

10) Azərbaycanın ilk filminin (kinematoqrafiya) tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət idi,

11) Azərbaycanın ilk Milli Qəhrəmanı ("Qızıl ulduz" medalı) Məhərrəm Seyidov (6 iyun 1992),

12) Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov (5 fevral 1991 – 6 mart 1992),

13) Azərbaycandan ilk general Səməd bəy Mehmandarov,

14) Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirov (25 oktyabr 1921, Dərbənd – 27 may 2012, Bakı),

15) Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov (28 may 1918 – 17 iyun 1918),

16) Azərbaycanda ilk avtomobilə sahib olan şəxs ölkədəki ilk şərab sənayesinin təməlini qoyan helenendorflu (hazıki Göygöl) sahibkar Kristofer Forerin (Christopher Vohrer) oğlu Adolf Gottlob Vohrer olub. O, Hamburqda yerləşən "Adler" firması ilə müqavilə bağlayaraq, 1913-cü ildə Azərbaycana bu fotodakı Mercedes markalı maşın gətirib. Müqaviləyə əsasən o, Mercedesin Qafqazdakı təmsilçisi idi.

17) Azərbaycanın ilk  kitabxana-qiraətxananın əsasını 1894-cü ildə Nəriman Nərimanov qoyub,

18) Azərbaycanın ilk müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır,

19) Azərbaycanın ilk çap mətbəəsi, 1879-cu ildə “Ziya” qəzetini nəşr etmək üçün Səid Ünsizadə mətbəə açır. Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə hesab edilən bu mətbəədə “Ziya”nın 76 sayı çıxır. Ardınca “Ziyayi-Qafqaziyyə” qəzeti 1880-cı ildən etibarən çap olunur.

20) Azərbaycanın ilk apteki (əczaxanası) 1850-ci ildə Neftçalanın Bankə qəsəbəsində balıqçılar arasında vəba, taun, yatalaq, qızdırma xəstəliklərinin yayılmasının qarşısını almaq üçün yaradılıb

No comments:

Post a Comment