Azərbaycanın rəsmi dili -
Vətənimiz Azərbaycanda dilimizin necə adlandırılacağı haqda fikir ayrılığı var;Azərbaycan dili,azəricə,yoxsa Azərbaycan türkcəsi?
Tarixən dilimiz türk dili olub. Bu dili "Azərbaycan dili" adlandırmaq bizi tarixi bağlardan qoparır və bizim xalqın 30 il öncə formalaşdığı təəsüratı yaradır.
Bugünkü dil adı keçmişdəki adla üst-üstə düşməlidir,yəni,türk dili olmalıdır. Dilin original adı budur. Azəricə isə qədim irani bir dilin adı olub. Qonşunun bizə ad seçməyi,onu da bizim qəlib etməyimiz özümüzə hörmətsizlikdir.
Dərd ondadır ki, "Azəricə" ləhcəsi adlanma olaraq cəmi üç qaynaqda keçir. Eyni ləhcəyə 80 civarı qaynaqda "Azərbaycanca" deyilir, bu da pəhləvi dilinin Adurbadaganda danışılan ləhcəsinin adıdır. Türk dilinin "Azəricə" ya da "Azərbaycanca" adlandırılması onların etnik zəmində aşağılanmasından başqa birşey deyil.
Azərbaycanda danışılan türkcə 1918-ci ildə də müstəqil dil idi, 1926-da da (1-ci Türkoloji qurultay) Türkiyədə dövlət dilinin adının rəsmiləşdiyi ildə də.
Azərbaycanca da, Azəricə də qədim pəhləvi/pəhləvi dili ləhcəsinin adıdır. Bizim dilin adı türkcədir. Yazıda işlədəndə: Türkcə/Türk dili (Azərbaycan/Az), Türkcə/Türk dili (Türkiyə/Tr) yazmaq olar.
Təmsil misal əl-Biruni Fars dilinin (əski farsca=Orta farsca deyirlər indi, keçmiş adı ilə fəhləvi/parsiq/partav/pahlavi) ləhcələrini sayır: içində biri Azərbaycan ləhcəsidi (luğa Əzrə bican) və ondan nümunələr verəndə sözlərin əs-Səcistan (https://en.wikipedia.org/wiki/Sakastan_(Sasanian_province)) ləhcəsi ilə tutuşduğunu=eyni olduğunu göstərir.
Danışdığımız Azərbaycan türkcəsi səlcuqlularlamı gəldi, yoxsa səlcuqlular gəlib bu dilə adaptasiya oldu? Çünki,eyni vaxtda bölgədə yazılan əsərlərdə iki fərqli dil müşahidə olunur. Birinci dil İmadəddin Nəsiminin işlətdiyi bu gün danışdığımız türkcə, ikinci dil Xarəzm oğuzcasına daha yaxın olan və bir az da Qaraxanlı türkcəsinin təsirinə məruz qalan Kitabı-Dədə Qorqudun yazıldığı türkcə.
Bizim dil ayrıca dilə 14-15-ci əsrlərdə indiki halına çevrilib. Səlcuqlulardan başlamaqla müəyyən bir inkişaf yolu keçib. Elxanlı (Hülakülər) hakimiyyətinin təsisi ilə ayrı dil olma yoluna qədəm qoyulub. Səlcuqlu dövrü ortaq Oğuz türkcəsi olan dövrdür, o vaxt bizim dilimiz ayrıca dil deyildi, çünki elə ayrıca "biz" yox idi, oğuzların bir hissəsi idik. Bizim dili fərqlənmə yoluna itələyən Elxanlı vaxtı baş verən demoqrafik dəyişmədir. Buddist uyğurlar daxil Qarluq qrupu, Qıpçaq qrupu və təbii ki, yenə əlavə Oğuz qrupundan olan çox sayda insan Azərbaycana köçüb.
Hazırda Azərbaycanlı sözü endoetnonim, demonim və politonim kimi üç anlam yüklənməsi ilə işlədilir. Arazın quzeyində yaşayan əhaliyə özəlliklə IX əsrin sonu və X əsrdə yazan müəlliflərin qeydlərindən başlamaqla nəzər salsaq (Arazın quzeyində müəyyən coğrafi adlar: çay, dağ, iri yaşayış yerləri adları qeyd edilməklə həmin yerlər Azərbaycan ərazisi kimi verilib) Azərbaycanlı sözünü demonim kimi həmin dövrdən (885-ci ildə Armenia əyalətinin: Abbasi Xilafətində inzibati-ərazi vahidinin ləğvindən sonra) başlada bilərik. Politonim kimi 1918-ci ildən (daha öncəyə aid müəyyən qaynaqlara istinad edib xeyli əvvələ də çəkə bilərik bu tarixçəni, fəqət əski İslam Şərqi dövlətlərində rəsmi dövlət adı, rəsmi dövlət dili kimi məhfumların olmadığını, belə şeylərin əsas etibarı ilə məşrutə hərəkatlarından sonra anayasa qəbulu ilə oturuşduğunu göz önündə tutmalıyıq) etibarən yarandığını deyə bilərik. Azərbaycanlı sözünün bizə etnonim kimi yamanması isə Böyük Terror vaxtı 1937-1938-ci illərdə baş verib. Və hazırda Rusiyanın bizə tətbiq etdiyi kolonial düşüncəsindən qurtula bilmədiyimiz üçün yaşamağa davam edir. Mənə görə kökündən yalnış birşeydir.
No comments:
Post a Comment