Sunday, April 14, 2024

Süni kürd tarixi və millətçiliyi. Şah İsmayıl və İrani xalqlar haqqında.

Süni kürd tarixi və millətçiliyi. Şah İsmayıl haqqında.

Bəziləri Şah İsmayılın ulu babası Şeyx Səfiəddinin kürd olduğuna iddia edirlər. 

Şeyx Sədrəddinin tövsiyəsi və verdiyi məlumatlara əsasən atası və mürşidi olan Şeyx Səfiəddin haqqında İbn Bəzzaz tərəfindən fars dilində yazılmış kitabdır. Əsərin tam adı "əl-Məvahib əl-saniyə fi mənaqib əl-Səfəviyyə" və ya "Məvahibüs–səniyyə fi mənakıbis–Səfəviyyə" dir. İbn Bəzzaz bu həcmli əsəri Şeyx Səfiəddin Ərdəbilinin vəfatından 24 il sonra təxminən hicri 759–cu (miladi 1358–ci) ildə bitirmişdir. Şah I Təhmasibin əmriylə Əbül–Fəth Hüseyni tərəfindən yenidən redaktə edilmiş, bu vaxt mətnə Səfəvîlərin İmam Musa əl–Kazımın soyundan gəldiklərini ifadə edən bəzi ibarələr əlavə edilmişdir.

Bu əsərin əsli itmişdir,sadəcə Osmanlı tərəfindən dərc olunan 3 nüsxəsində (1485, 1491, 1508-ci illər) Şeyx Səfini "türkoğlu" ilə paralel "kürd" kimi də qələmə veriblər. Və hamısında İmam Musa əl-Kazıma kimi şəcərə var. Əsli yoxdur, çıxarılan nüsxələr isə bilinir. 10 əlyazma kopyası bəllidir və hamısı bizim arxivdə elektron variantı olaraq var.

Bütün əlyazmalarda Şeyx Səfiyə ayrı şəxslər "türk piri" deyirlər, yenə istisnasız hamısında Şeyx Səfi özünə "türkoğlu" deyir. Kürd olduğuna dair üç əlyazma var: Osmanlıdan katiblər köçürmə edib. Əminliklə deyə bilərik ki, kürdlük məsələsini katib əlavə edib. Çünki, hər üç nüsxədə də əsərin sonunda Şeyx Heydərdən İmam Musa əl-Kazıma (ə.s) qədər seyyidlik şəcərəsi var. Görünür saxtalaşdırdıqları əlyazma Şeyx Heydərin dövrünə aid Səfəvi nüsxəsi əsasında hazırlanıb. Deməli, kürdlük söhbəti düz əvvəlindədir.

Səfəvi sülaləsi hakimiyyəti dövründə en qədər 70 civarı və ya daha çox tarix kitabı yazdırıb. Türk olmaqları hamısında var.

Sultan II Bəyazid də Şah İsmayıla nifrət edirdi. Baxmayın ikiüzlü davranmağı və fərmanları, məktubları və s. bəllidir. Az qalır onları söyə və qızılbaşların təsbit edib öldürülməsini əmr edir. Yəni,Sultan Səlimin sülaləsi Səfəvilərə nifrət edirdi. Türkmən əhaliyə təsirinə görə güclü nifrət edirmişlər Səfəvilərə. Şah I İsmayılın anasını öldürməsi söhbəti də Osmanlının başı altdan çıxır. Bu nüsxələrdə həm seyyid,həm kürd söhbətinin aşkarcasına əlavə olduğu gül kimi göz önündədir. Köçürmə edənlərin belə oyunları adı haldır qədim dövr üçün. Seyyidlik isə bir müftə mal-mülk əldə edib havayı yaşamaq üçün iddia idi. Xüsusiylə Elxanlı hakimi Əbu Səid Bahadur xan şiəliyə keçəndə seyyidlərə bütün dövlət gəlirinin 20 faizdən çoxunu bağışlamağa başlayır. Seyyidlərin də sayı göbələk kimi artır. Sonra da düz cümhuriyyət qurulana kimi ruhani sinfin nümayədələri kimi vergi vermirdilər. Seyyidlik bir növ havayı yaşamaq yolu idi. 

Şeyx Səfi öz qardaşına, atasına türk dərviş deyir. Səfəvilərin yazdırdığı çoxlu kitablar var, öz kəndini də türk kəndi adlandırır. Qızılbaşlıq bir ehtiyyac nəticəsi kimi ortaya çıxıb. Cüneydi Ərdəbildən qovur sülalənin o biri qolu (əmisi nəsli). Bütün mülkləri əlindən çıxmışdı. Onu Qaraqoyunlu dəstəkləyir,Cüneyd də gəlir Anadoluya və Ələvi olur. Səfəvilərin seyyidlik iddiası yəqin ki, Cüneydin vaxtında başlayıb. Ağqoyunlu himayəsində qızılbaşlıq qurulur. Ağqoyunlu-Qaraqoyunlu mübarizəsinin nəticəsidir. Elə o vaxt Osmanlının diqqətini çəkirlər. Çünki, o ailənin təsir gücünü Ağqoyunlular öz lehində işlədirdilər. Qaraqoyunlu müdaxilə etməsə idi yəqin Səfəvi dövləti heç vaxt yaranmayacaqdı.

"Şah I İsmayılı ermənilər tərbiyə edib" deyən şəxslər də var. Ağqoyunlu Sultan Yaqub İsmayıl və digər iki qardaşını həbs etdirib Ağdamar adasında zindana saldırmışdı. Həmin vaxt İsmayıl 2 yaşına keçmişdi. Əgər erməni tərbiyəçisi olubsa o yaşda olan körpəyə və ən qısa zaman aralığında necə tərbiyələndirərdi? Sonra İsmayıl və qardaşlarını az müddətdən sonra dayısı Sultan Yaqub İstəxrə köçürür. O Ağdamarda məhbəs məsələsini də iki italyan və bir də Şərəf xan Bidlisi yazıb Şərəfnamə əsərində.  

Kürd olduğuna dair nüsxədə belə türk və seyyidlik var. Kəsrəvidən tutmuş Savyori və Təbrizdən olan "manqurd" Qulamrza Məcd adlı şəxs də daxil hamısı o əsəri (Səfvətüs-səfa) görüb. Şah İsmayılın əcdadını zorla türk olmaqdan çıxarmaq üçün min hoqqadan çıxmışlar. 

Eyni şeyi ərəb olan Əyyubilər xanədanı üçün də ediblər. Əyyubilərin türklərlə qadın tərəfdən qohumluğu kürdlərlə qohumluqlarındna daha çoxdur. Amma qız-almaq vermək onun ata nəslinin ərəb olmasını dəyişmir. Əyyubilər əslən Yəməndən olan Kahtanilərin qədim əl-Əzd qəbiləsinin Rəvvadi qolundandılar.  Səlahəddinin ibn Şəddad adlı katibi olub. Həmin adam əsl ərəbdir, onu da kürd adı ilə vikipediyada belə təbliğ edirlər. Kürdlər əvvəl təmiz ağını çıxarıb İbn əl-Əsiri də İbn Xəllikanı da kürd elan etmişdilər. İbn əl-Əsir ərəbdir, Xəllikansa Bərməkidir (bəlxli fars). 

Səlahəddin Əyyubinin özü haqda yazısını göstərib deyirlər ki,kürddür. Təqribən 35 ilkin mənbəyə baxılıb. Kürd yazanlar belə adamı Rəvvadi adlandırır.  Rəvvadilər isə ərəb olub. 

Əyyubilərə "kürd" deyən adam tarixdə ilk dəfə yəni onlardan heç kimi görməmiş, onlara xidmət etməmiş iraqlı İbn əl-Əsirdir. Bu adam sözü elə yazıb ki, ad Rəvvadilərlə birəbir eynidir. Üstəlik Rəvvadinin kim olduğunu da gözəl izah edir və Şəddadiləri də Rəvvadi soylu adlandırır. Bu şəxs "kürd" yox "əkrad" deyə yazıb Əyyubiləri.  "Əkrad" da ərəbcə köçəri deməkdir. Yəni, baş açmaq olmur bu şəxs etnik kürd deyir yoxsa köçəri. Görünür tarixi dəhşət siyasiləşdiriblər. Heç kimi də qınamaq olmur. Elə sahədir ki, uzun illər çox sayda material oxumaq gərəkdirir ki, az-çox ümumi təsəvvür yaransın. Belə isə tarixlə hərgün məşğul olanlar öyrənə bilər. 

Toqandan olan məlumatla səhv fikirdə idik, elə bilirdik Leyden nüsxəsində kürd söhbəti yoxdur (Səfvətüs-səfada). Sonra Toqanın işlətdiyi iki əlyazmanı da, onun görmədiyi Leyden nüsxəsini də əldə etdik. Tamamilə alt-üst oldu bildiyimiz. Nəhayət saxtakarlıq həddi adamı diksindirir. 

15-ci əsrdə Rəsuli adlı oğuz sülaləsinə dair bir əsər var.

('Aliyyu'bnu'l-Hasan 'el-Khazrejiyy. The Pearl-Strings; A History of the Resúliyy Dynasty of Yemen. Volume I (1906), p. 77

'Aliyyu'bnu'l-Hasan 'el-Khazrejiyy. The Pearl-Strings; A History of the Resúliyy Dynasty of Yemen. Volume III (1908), p. 32)

Bu əsər Rəsuli (oğuzlar) dövrü və Əyyubilərin Yəmən qolu haqda ilkin mənbədir.

Bu əsərdə yazılıb ki, Yəməndə yaşayan kürdlər Tuğtəkinin oğlu İsmayılı öldürürlər. Tuğtəkin özü Səlahəddinin (əsl adı Yusifdir, Səlahəddin ləqəbdir) qardaşıdır. Ancaq kürdlər Yəməndə heç vaxt yaşamayıblar, indi də yaşamırlar. Tərcümə edən "gerizəkalı" "əkrad" (köçəri) sözünü "kürd" kimi tərcümə edib. 

Məsələn,əslən rum olan Yaqut əl-Həməvi deyir ki, kürdlər filan xalqdır və s, axırda da yazır ki, çoxu əkraddır, qalanı isə kəndlərdə və az qismi şəhərlərdə yaşayır. Dediyimiz odur ki, hər yerdə "əkrad" görəndə onu "kürd" kimi çevirmək olmaz. Əkrad sözü sonradan kürd mənasında da işlənib, amma bu həmişə qarışıq mövzu olub.

Halaçoğlunun mükəmməl bir məqaləsi var bu haqda: https://www.avetruthbooks.com/2023/10/yusuf-halacoglu-osmanli-belgelerine-gore-turk-etrak-kurd-ekrad-kelimeleri-uzerine-bir-degerlendirme-1996.html

Osmanlı dövründə "əkrad" sözünün işləndiyi mənalar haqqındadır bu əsər. 

Eyni məqalə ingilis dilində də var: https://www.avetruthbooks.com/2023/10/yusuf-halacoglu-the-evaluation-of-the-words-turk-etrak-kurd-ekrad-as-the-appear-in-the-ottoman-documents-1996.html

Həmçinin burda "erməni"liyin din olması ilə bağlı məlumatlar da mövcuddur. 

Bu dövlət haqda erkən yerli mənbə

əl-Yami əl-Həmədaninin əsəridir: https://www.avetruthbooks.com/2023/09/the-ayyubids-and-early-rasulids-in-the-yemen-567-694-1173-1295-vol-i-ii-1974-1978.html

Bu müəllif 1302-ci ildə vəfat edib. Əsərində müəllif Əyyubiləri də, Rəsuliləri də oğuz sülaləsi adlandırır. Bu əsərin 15-ci səhifəsində yazır ki, Yəməni idarə edən ilk oğuz sülaləsi Əyyubilər idi. Ərəbcəsi "awwal man malaka al-Yaman min al-ghuzz Banū Ayyūb" kimi yazılıb. 

Kürdlər tarixən Zaqros dağlarında yaşayıblar. Kürd dili şərqi İrandakı (Gilanla Tarom arasında) deyləmilərin dilindən törəyib. Onlar da Parfiya xalqlarından biridir. Çünki,Parfiyada vahid etnik tərkib olmayıb. Bu haqda dəqiq nəsə demək çox çətindir.  X-XIII əsrlərdə formalaşmağa başlamışlar,amma hələ tam ayrılmamışdılar deyləmilərdən. Deyləmliləri də ora hunlarla və Bizansla müharibəyə görə Xosrov Ənuşirəvan köçürmüşdür. 

Parf dili/pəhləvicə haqda əvvəl yazmışıq. Kürd dili lahıc dili və bəluc dili kimi deyləm dilinin qoludur. Onlarla qohum dil olan gilək dili ayrı dildir. Osetin dili isə qədim irani soğd dilinə oxşayır. İron və Diqoron adlı ləhcələri var Osetin dilinin. İrandilli soğd dilini də sağ qalan azlığı da türklər assimilyasiya etdilər. 

Soğdların törəməsi indiki osetinlərdir. Osetinləri zorla alan hesab edirlər. Soğd olmaları sərf etmir ona görə. Osetinlər təzəlikcə Şimali Osetiya deyilən çoğrafiyaya köçüblər. Əvvəl hamısı hazırki Gürcüstanda yaşayırdı,Dəryal keçidinin cənubunda, yəni. İçlərindən gürcüləşmiş bəy ailələri də çıxıb. Misal üçün Maçabeli knyazları. Alan nəzəriyyəsi oturuşsun deyə Osetinləri soğd elan etmirlər. Soğdlar taciklər filan deyil. Boş danışırlar. Soğdların son hissəsini Uyğur xaqanlığı zamanı türklər asimilə ediblər.

Soğdak deyə xüsusi türk qrupu yaranıb. Osetinlər isə alan deyillər. Ümumiyyətlə, alanları türk hesab edirəm. Vətənləri indiki Orta Asiyadır,Xorəzm tərəfdir. Soğdların törəməsi indiki osetinlərdir. Ənuşirəvan köçürüb onları. Tarix və din anlamında da. Birbaşa varisdirlər.

Talışlar da yeni xalqdılar, kürdlər kimi hələ də formalaşmaları başa çatmayıb. 16-17-ci əsrlərdə formaşması naməlumdur. Talışlar dil olaraq fərqli, antropoloji olaraq isə qarışıqdırlar. Üstəlik sünni talışlar yüksək ehtimalla türklərdir. Gilandadır əksəriyyəti. Gilana gələn ilk gələn türk əhali irandilli əhalinin çoxluq olduğu mühitə yerləşib. 

Gilanı türkləşdirməyə çalışan xüsusilə Şah I Abbas dövründə Səfəvilər idi. 

Digər qohum xalq olan tatlar bir neçə qrupdur. Quba tatları ayrı, Abşeron ayrı, Lahıc ayrıdır. Lahıc sırf deyləmlidir. 

Ərəb müəlliflərə inansaq Şahənşah Xosrov ilk dəfə Siyasici adlı tayfanı köçürür Qafqaza. Amma onların axırına sabir türkləri (hunların bir qolu) çıxır. Xosrov ölən kimi türklər Dərbəndi təkrar tutur və sasani əhalisi qovulur. Çünki,ora Hun dövlətinin (və ya hun dövlətləri) bir hissəsi olmuşdur.  Fikrimizcə irandilli əhali içində ən qədim olan lahıclılardır. Onlar da 10-cu əsrdən öncə gəlməyiblər. 

160-192-ci illərə aid yunanca əsərlərdə hunlar artıq Qafqazda idilər. 

https://www.avetruthbooks.com/2017/12/janos-harmatta-turk-officer-of-sasanian-king-xusro-1-2002.html

Qarabağda bir kurqandan tapılan yazılı abidə haqqındadır. Xosrova xidmət etmiş suvar/sabir bəyi haqqındadır. 

https://www.avetruthbooks.com/2021/06/michael-richard-jackson-bonner-three-neglected-sources-of-sasanian-history-in-the-reign-of-khusraw-anushirvan-2011.html

Xvadaynamaqın pəhləvicə/parsiqcə orjinal mətni sağ qalmayıb. Onu əl-Müqəffa tərcümə edib ərəb dilinə, o tərcümə də yoxdur. əl-Müqəffadan da ən geniş formada İbn Miskəveyh götürüb.

No comments:

Post a Comment