Friday, April 12, 2024

Azərbaycan dili (türkcəsi)

Azərbaycanın rəsmi dili -

Vətənimiz Azərbaycanda dilimizin necə adlandırılacağı haqda fikir ayrılığı var;Azərbaycandili,azəricə,yoxsa Azərbaycan türkcəsi? 

Tarixən dilimiz türk dili olub. Bu dili "Azərbaycan dili" adlandırmaq bizi tarixi bağlardan qoparır və bizim xalqın 30 il öncə formalaşdığı təəsüratı yaradır. 

Bugünkü dil adı keçmişdəki adla üst-üstə düşməlidir,yəni,türk dili olmalıdır. Dilin original adı budur. Azəricə isə qədim irani bir dilin adı olub. Qonşunun bizə ad seçməyi,onu da bizim qəlib etməyimiz özümüzə hörmətsizlikdir. 

Dərd ondadır ki, "Azəricə" ləhcəsi adlanma olaraq cəmi üç qaynaqda keçir. Eyni ləhcəyə 80 civarı qaynaqda "Azərbaycanca" deyilir, bu da pəhləvi dilinin Adurbadaganda danışılan ləhcəsinin adıdır. Türk dilinin "Azəricə" ya da "Azərbaycanca" adlandırılması onların etnik zəmində aşağılanmasından başqa birşey deyil.

Azərbaycanda danışılan türkcə 1918-ci ildə də müstəqil dil idi, 1926-da da (1-ci Türkoloji qurultay) Türkiyədə dövlət dilinin adının rəsmiləşdiyi ildə də.

Azərbaycanca da, Azəricə də qədim pəhləvi/pəhləvi dili ləhcəsinin adıdır. Bizim dilin adı türkcədir. Yazıda işlədəndə: Türkcə/Türk dili (Azərbaycan/Az), Türkcə/Türk dili (Türkiyə/Tr) yazmaq olar.

Təmsil misal əl-Biruni Fars dilinin (əski farsca=Orta farsca deyirlər indi, keçmiş adı ilə fəhləvi/parsiq/partav/pahlavi) ləhcələrini sayır: içində biri Azərbaycan ləhcəsidi (luğa Əzrə bican) və ondan nümunələr verəndə sözlərin əs-Səcistan (https://en.wikipedia.org/wiki/Sakastan_(Sasanian_province)) ləhcəsi ilə tutuşduğunu=eyni olduğunu göstərir.

No comments:

Post a Comment