Sunday, April 14, 2024

Təzahür nədir?

Təzahür nədir?  Düşüncənin gücü ilə yaratmaq olarmı?

Təzahür, görünməyən bir şeyi görünən etmək hərəkətidir. Deməli, bu, müəyyən mənada mücərrədin konkretləşdirilməsi və ya potensialın reallığa çevrilməsi deməkdir.

Daha geniş mənada; istənilən şeyləri həyata keçirmək üçün insanın öz şüurunun, ruhunun və universal tamamlamalarının daxili yaradıcı enerjisi ilə birlikdə yaradılan, eyni vaxtda və bir-birini dəstəkləyən əlaqənin qurulmasını təmin etməkdir.

Təzahür; öncədən anlaşılmaz, gözlənilməz və hətta müəmmalı şəkildə baş vermiş kimi görünməkdədir. Və bunun ölçüləri intensiv şəhər mərkəzində ən yaxşı parkinq yerini tapmaqdan tutmuş, heç bir gəliriniz olmadığı zaman hesablarınızı ödəmək üçün kifayət qədər pul qazanmağa qədər dəyişə bilər. Və ya "təsadüfən" sizə uyğun işi tapmaq və ya xəyallarınızdakı insanla tanış olub ona aşiq olmaq da ola bilər.

İşimizin, yaradıcılığımızın, inancımızın, arxayınlığımızın, təsdiqləmələrimizin və ya müsbət düşüncələrimizin gücü ilə məsafənin və ayrılığın yaratdığı bütün maneələri birtəhər aradan qaldırmalıyıq. Başımıza gəlməsini istədiyimiz şeyi dizayn etməliyik. Biz əslində istədiyimizi "almırıq", istədiyimizə çevrilirik. Bütün təzahür aktlarında biz həqiqətən özümüzün yeni bir görünüşünü təzahür etdirməkdəyik.

Təzahür necə baş verir?

Bu şəbəkə kortəbii olur, çünki biz öz enerjimizi və niyyətimizi təzahürlər üçün bir model kimi istifadə edirik; o, təzahür olunanın təbiətinə xidmət edən insanların, hadisələrin və əlaqələrin birləşməsi olan görünüşün qarşılığını yaradacaqdır.

Müəyyən bir təzahür layihəsini qiymətləndirərkən, hədəfinizi tərtib edərkən bədəninizin necə hiss etdiyi, bu məqsədə çatmaqda doğru şeyi edib-etmədiyinizi müəyyən etmək üçün yaxşı bir göstərici olacaqdır. Elə bir vaxt gələ bilər ki, ağlınız və ya duyğularınız bir şey istəyir, ancaq vücudunuz gərginlik və ya enerji itkisi ilə cavab verə bilər. Bu, "bir şey düzgün deyil" deyə bədənin reaksiyasıdır.  Təzahür etdirmək istədiyiniz şeyin varlığı ilə fiziki və mənəvi birləşərək, onunla birləşərək onu enerji ilə doldurursunuz.

İstəyirsinizsə, təfəkkür və ya tam zehni sükut vəziyyətində olarkən təzahür etdirmək istədiyinizi təsəvvür edə və suallar verə bilərsiniz.  Aldığınız bütün cavabları, təəssüratlarınızı, intuisiyalarınızı və hisslərinizi yazın.

Pulu təzahür etdirmək…

Pul əslində özlüyündə bir məqsəd deyil. Çox vaxt pul başqa məqsəd üçün lazımdır: məsələn, borcunu ödəmək, bizə fayda verəcək material almaq və ya layihəni maliyyələşdirmək. Borcu ödəmək üçün 5000 dolları təzahür etdirə bilərsiniz.  Pulun özünü məqsəd kimi istifadə etməkdənsə, borcdan qurtulmağı təsəvvür etmək sizə daha yaxşı nəticə verəcəkdir. Nəticə etibarı ilə hansı effekti göstərmək istəsən, ondan məqsəd kimi istifadə etmək daha təsirli olacaq.

Həyatınızla Təzahür Olacaqların Harmoniyası

Təzahür etdirmək istədiyiniz şey fiziki sağlamlığınıza, psixoloji sağlamlığınıza, mənəvi xəttinizə, münasibətlərinizə və imkanlarınıza uyğundurmu? Daxili varlığınızı sıxırmı? Yoxsa genişlədirmi? Bunları araşdırmaq vacibdir. Əgər bərabərində gətirəcəyi dəyişikliklərə istəkli olmadığınız bir şeyi istəyirsinizsə, onda varlığınızın bir hissəsini təzahürünüzdən geri çəkməlisiniz. Çünki, uğurunuzun qarşısını alacaq,blok edəcək. Məsələn, bir şəxs dost,sevgili təzahür etdirmək istəyə bilər. Əgər bu şəxs də azadlığından əl çəkmək istəmirsə, bu istəksizlik təzahürə maneə yaradacaq.

Sizi bu arzuya yönləndirən nədir? Bu bir ehtiyacdırmı?  Bu, həqiqətən sizin daxilinizdə yaranan bir istəkdirmi?  Yoxsa ətrafınızdan gələn əksolunmadırmı? Əgər bu əksolunmadırsa, təzahürdə layihənizi dəstəkləmək üçün lazım olan "Öz"ə sahib olmaya bilər. Məqsədinizi yazmaq sizə təzahürünüzü ayırd etməyə və onu olmasını istədiyiniz konkretə qədər distillə etməyə imkan verir.

İndiki gerçəkliyinizi çox bəyənməyə bilərsiniz. Onu yaratmaq üçün öz məsuliyyətinizi və reallığınızın həyatda seçimlərinizi necə əks etdirdiyini qəbul etmək; bunu qəbul etsəniz və buna uyğun olaraq uyğunlaşsanız, bu sizə öz enerjisini verəcəkdir. Unutmayın, dəyişmənin açarı inkar etmək deyil, qucaqlamaqdır.

Təzahürü reallıq formasına gətirmək

Özünüzü və təzahürünüzün mövzusunu fiziki olaraq birlikdə təsəvvür edin. Bir insanı təzahür etdirirsənsə, özünü o insanla gör. Təsəvvür edin ki, onunla gəzirsiniz, onunla danışırsınız, birlikdə nahar edirsiniz və s. şeyləri təsəvvür edin. Bir obyekti təzahür etdirirsinizsə, onu özünüzə aid edin. Əgər daxili vəziyyətinizi təzahür etdirirsinizsə, özünüzü bu vəziyyətdə görün.  Məsələn,özünüzə inam üzərində işləyirsinizsə;  özünüzü özünə güvənən biri hesab edin. Hər şeyi rəngli və təfərrüatlı görün. Səhnənin bir hissəsi ola biləcək hər bir detala yer verin. Səhnə sizin üçün aydın və sabit olduqda, təhlil etmədən ona uyğunlaşın. Bu reallığı hiss edin. Onun içinə addımlayın və bir müddət onun gerçəyində qalın.

Təzahür layihənizdə məqsədinizə hörmət etməklə, onun içindəki ilahiliyi salamlamaqla və onun mənəvi mahiyyətini həyatınızın bir hissəsi olmağa dəvət etməklə, siz ona həyatınızda bir gerçəklik verirsiniz. Bu da ona ehtiyac duyulan bir şey kimi deyil; bu o deməkdir ki, siz hörmət edilməli olan bir şey kimi davranırsınız. Təzahür layihənizdə siz indiki gerçəkliyinizi hansısa şəkildə dəyişməyin yollarını axtarırsınız. Bunun yolu, mövcud reallığınızı qəbul etmək və onu inkar etmədən ona daha dərindən uyğunlaşmaqdan keçər. 

Təzahür üçün təsdiqlər

Dəvət: “Mən uca Allahın yaradıcı ruhunu bu zamana və məkana dəvət edirəm. Mən müqəddəsləri, ruhumu daha dərin hikmətə və uyğunlaşmaya apara biləcək işığı dəvət edirəm. Mən bu ruhun bərəkətini, nurunu təcəlli və azad dünyama dəvət edirəm”.

Sükut: “indi mən sadəcə olaraq sükutla oturub özümü sakitləşdirməyə vaxt ayırıram. Hər şey yaradıcı bir sükutdan ortaya çıxar... Səssizlik içindəykən diqqətimi zamanın və məkanın enerjilərindən çəkirəm. Özümü bunlardan ayırdıqca heçliyə addımlayıram.  Düşüncələrim, hisslərim, planlarım, arzularım, narahatlıqlarım, qorxularım və s. olaraq dünyaya səpələdiyim bütün hissələrimi geri çağırıram. Mən özümü yenidən toplayıram və özümü vahid mərkəzə gətirirəm ki, bu anın ruhu üçün bütövlükdə mövcud ola bilin.

Uyğunluq: “indi həyatımda mənə problem yaradan və həyatımın reallığını tam şəkildə qəbul etməyimə mane olan hər hansı elementləri və ya şərtləri xatırlayıram, xüsusən də onlar mənim təzahürlərimlə əlaqədardırsa. Mövcud olduğum sülh dolu yerdən bu problemin ünsürlərinə sevgini layihələmdirirəm. Mən onları dəyişməyə, anlamağa və ya düzəltməyə çalışmıram. Mən sadəcə müşahidə edirəm və onların məni inkarla doldurmasına və ya reallığıma uyğunlaşmamı azaltmasına icazə vermirəm. Beləliklə, mən gerçəkliyimin tamamını bütün nümunələri ilə qucaqlayıram."

İstəyinizlə bağlı lazımi təxəyyül və niyyəti Kainata göndərdikdən sonra, geri qalanı universal enerjilər və hər kəsin xeyrinə ola biləcək şəkildə və ən uyğun zaman gəldiyində "olduğu kimi" gerçəkləşəcəkdir.


(Devid Spanqlerin “Kosmik rəğbət” kitabından götürülmüşdür)

No comments:

Post a Comment