Friday, April 12, 2024

Türklər arasında fərqlilik,dinçilik,məzhəbçilik

Altın Orda dövlətinin axırına da misal üçün İslamın rəsmi qəbulu çıxdı. İslam kütləvi yayılmayıb,amma nəticəsi Rusiyanın ortaya çıxması oldu. Bərkə xan yüzlərlə qohumunu, bəyləri edam etdirirdi. Çünki, İslamı qəbul etmirdilər. Onlar da bu repressiyadan qaçıb Moskva ulusuna sığındılar. Sonra indiki rus xalqı oldular. 

İlk müsəlman türk ölkəsi sayılan Qaraxanlılar on minlərlə türkü müsəlman etmək üçün qətlə yetirib. Uyğurlara qarşı qətliamlar ediblər. Onlar da ya Çinə qaçıb, ya da öldürülüblər. Sağ qalanları sonralar sadəcə "düşmənin düşməni mənim dostumdur" prinsipi ilə avtomatik Çingiz xanı dəstəklədilər.  Yəni,daha əvvəl isə türk dövlətləri belə deyildi. Uyğurların başçısı Çingiz xanın qızı ilə evlənir və oğulları səviyyəsinə çıxır. 

Bəzən hər şeyi Şah İsmayılın üzərinə o qədər yıxırlar ki,zərrə qədər tarixdən xəbəri olmadığına əmin olursan. Şah İsmayılın dövründə əgər sırf məzhəb üzərindən qətliam olsa da türk dili dövlət səviyyəsinə qalxdı,türklərin mövqeyi gücləndi. Şiəliyə qalanda azad türklər arasında yayğın məzhəb deyildi. Məmlük sinfinə daxil olan türk ordular içində müxtəlif İslam dövlətlərində şiəlik fərqli nisbətlərdə türklər arasında yayğın olub. Türklər Babəkin üsyanından sonra bütün Abbasi coğrafiyasında sonrakı mərhələdə qurulan yarımüstəqil sülalə dövlətlərində hakimiyyət bölgüsündə yer almışdılar: Büveyhilərdən düz Fatimilərə qədər.

Dünya tarixini az-maz bilənlər o dövrdə başqa ölkələrdə edilənlərlə müqayisə edə bilər. Osmanlı sultanı Sultan Səlim Qahirəni zəbt edir, Osmanlı ordusu Məmlüklərin müqavimət göstərəbiləcək əhalisindən silahsız 50 min adamı qılıncdan keçirdir. Osmanlı tərəfindən ümumi Azərbaycanda I Şah İsmayıldan Nadirin qələbəsinə qədərki dövrdə öldürülən və əsir edilən,zorlanan müsəlman əhalinin sayı isə aşağı hesabla 500 min civarıdır. Mustafa Akdağ Anadoluda Osmanlıların etdiklərini yazmışdı. Yəni,Anadolunun indiki sərhədləri çərçivəsində edilənləri o 500 minə qatmırıq. Leydendən bir əlyazma tapmışdıq. 1588-ci ilə aid türkcə bir tarix kitabı var, Şəkiinin Dəhnə kəndindən biri yazıb. Osmanlıya xidmət etmişdir.

No comments:

Post a Comment