Wednesday, June 5, 2024

Gürcülərin fəxr etdiyi döyüş

"Kartlis Çxovreba" kitabı açıq aşkar yazır ki, David 40.000 qıpçaq ailəsini ölkəsinə köçürtdü. Qıpçaq xanı Atrak xanın qızı ilə evlənənden sonra Atrak xan öz kürəkənini qorumaq üçün ona 40.000 nəfərlik ordu verir. Gürcülərin buna qədər heç düz əməlli ordusu yox idi.

Yəni, əslində Didqori döyüşündə 60.000 gürcü ordusunun yarıdan çoxu elə türklər idi. Köməyə gələn Avropa səlibçilərini də çıxsaq orda 10.000 gürcü vuruşub ya yox.

Didqori döyüşü qıpçaqlarla oğuzların uzun illər sürən müharibəsinin sadəcə növbəti mərhələsi idi. Həm də onlar təkcə Azərbaycan ərazisində yox, Səlcuq-kuman sərhədi boyu hər yerdə savaşırdılar, Gürcülər də bu müharibə də sadəcə oyuncaq idi. Sonra da Atabəy Eldəniz gürcülərin payını verdi. 

Bu da "Kartlis Çxovreba", yəni, "Kartlinin həyatı" kitabı, gürcülərin öz mənbəsi yazır.

https://archive.org/stream/kartliscxovreba_201409/Kartlis%20Cxovreba%202012%20Eng#page/n0/mode/1up

© Jafar Jafarli

No comments:

Post a Comment