Thursday, June 6, 2024

"Monqol" politonimi və etnik kimliyi

Uyğur yazısı ilə olan sözləri iki leksikanı (hazırki və əski türk dillərinin leksikasını və hazırkı "monqoldilli" xalqların leksikasını) nəzərə almaqla fərqli formalarda oxumaq mümkündür. Məsələn: "yekə" sözü (monqol sözü hesab edənlər var) qədim türkcə sözdür, onu Əhməd Cəfəroğlu da böyük səhv edərək "monqol" (əslində xalxa dilini nəzərdə tutur) sözü hesab edib, halbuki bəsit bir araşdırma aparıb belə olmadığını müəyyən edə bilərdi. 

"Monqol" sözü 1212-ci ildən öncə Çingizin rəhbərlik etdiyi xalqlar, tayfalar içində yox idi. Zin sülaləsi (https://en.wikipedia.org/wiki/Jin_dynasty_(1115–1234)) ilə müharibəyə başlayanda ordan qaçan Curçen kökənli ağa dəyişdirmiş saray adamları yeni xidmətinə girdikləri Çingiz xana tövsiyyə ilə o adın qəbuluna zəmin yaradırlar. Bu haqda çox sayda müxtəlif dillərdə ilkin mənbələrin müqayisəli tənqidi təhlilini aparmış Pavel Rıkin çox detallı yazıb: https://www.avetruthbooks.com/tag/pavel-rykin

Çingizin ordusunda əksəriyyət etnik türklər idi, bunu bir-çox ilkin mənbədən də bilmək mümkündür. 

Hazırki monqoldilli xalqların tarixi ermənilərdən betər saxtadır. Xalxalarda isə saxtakarlıq pik həddə çatıb.

----

+ ən şərqdə olan üçüncü qədim türk ləhcəsi ilə bu müəllifin son kitabında tanış ola bilərsiz: https://www.avetruthbooks.com/tag/orcun-unal


Material toplansa da hələki əlçatan deyil deyə göstərə bilməyəcəyik, amma saxtalaşdırmalarla bağlı xeyli araşdırma əsərlər var, zamanla hamısını görəcəksiniz.

Sənəd məsələsində sənədləri yazan katiblərə önəm verilmir, halbuki bu çox önəmlidir. Məsələn, qazax xanları ilə mancurların qoşun komandanları və Şərqi Türküstan valiləri arasında yazışmalar indiki dillə desək "monqol" dilində aparılıb, sənədlər nəşr edildiyi üçün görmək olur ki, qazax xanlarına əsir düşən Oyrat/Cunqar kökənli katiblər xanın adından Şərqi Türküstanda da Mancur valiyə xidmət edən Oyrat/Cunqar kökənli katiblər də valinin adından yazıblar.

1368-ci ilə aid çincə bir əsər var, həmin əsərdə iyerarxik bölünmə ilə, azad ağa, azad və asılı toplumların Yuan sülaləsi dövründə (sona doğru) təsviri verilir. Həmin əsərdə xalqlar siyahısında Curçenlər (daha sonra Mancur adlanacaqlar) də təsvir edilir, onların bölündüyü tayfa siyahısında (aşirət deyək, tayfa eləcə hissə deməkdir) 30-cu sırada "Xalxlar" durur. Curçenlər asılı xalqlar siyahısındadılar və monqol olaraq verilməyiblər. Bunu ilk dəfə qazaxlardan sosial şəbəkədə oxudum, sonra yazan qazaxın dissertasiya işindən həmin yeri tapdım (tanışlıq məqaləsi kimi sayta əlavə edilmişdi), doğurdan da belə adam varmı deyə adı çincə yazmağa çalışdım, çox əlləşdim adı tam olaraq əslinə uyğun yaza bilmirdim, sonda türkoloq (rusiyalı) dostumuz Vladimir Tişin əsərin adını və müəllifin adını dəqiqləşdirməyə yardım etdi, çincə bir sayt göstərdi, məlumatı dəqiqləşdirəndən sonra əsərin hissələr formasında ingilis dilinə tərcümələrini, çincə mətni və əsərin əlyazmalarını (iki fərqli siyahıdır) əldə etdim. Bunları təbii axtarmağa xeyli vaxtım getdi. Təbii o hissələr də mətn də bizi maraqlandıran hissə də əlyazmalar da əlçatan olacaq. 

Etnosun formaşalması ümumiyyətlə çox mürəkkəb bir prosesdir, ancaq saxta "xalxa tarixi"ndə hərşey çox bəsitdir, çünki süni yolla sadəcə indiki və ya müasir (19-20-ci əsrlər) deyə biləcəyimiz yazılar üzərində baş verib.

Mancurlarla yeni dövr xalxa xanlarının da yazışmaları var, Mancurlar yazırlar ki, biz ki eyni xalqıq niyə bizə qarşı vuruşursunuz?

Çingizin sarayında indi danışılan heçbir "monqoldilli" xalqın dili danışılmayıb. Monqol dili (13-14-cü əsr) abidələri dili adı ilə soxuşdurulan mətnlərin dili indiki "monqol dillərindən" tamam fərqlidi və dəhşətli həcmdə türkizmləri var. Dilin türkizmlərlə zəngin olmasından əlavə qaydaları da türk dilinə oxşayır. Rıkin bütün nəzəriyyəni yerin dibinə çox əsaslı formada soxub. Çurçenlərin Zin sülaləsi dövləti ilə xeyli müharibə ediblər: hazırki quzey Çində. Çurçenlər də əvvəl Kidan (bunların qərbə doğru qaçanları öz dövlətini Qara Xitay adlandırırdı) dövlətini işğal etmişdilər. Çurçenlərin sarayında xeyli adam Çingizin gücü görüb ona sığınır və xidmətinə girir. Çurçenlərin yaxşı bildiyi bir xalq olub əvvəl: Oxot dənizi sahilində yaşayıb ancaq Çurçenlər onları müharibələrlə son nəfərinə kimi öldürüblər: onların adını qorxuduculuq üçün qəbul etməyi yeni gələn məmurlar 1211-1212-ci illərdə Çingizə təlqin edirlər. Bu adı qəbul etməyə razı olur. Çurçenləri məğlub edəndən sonra bütün saray adamları (sağ qalanlar: çinli, çurçen, kidan və ilaxır) keçdilər Çingizin xidmətinə. Çingizin çoxlu sayda məmuru oldu: indi dəqiqləşdirmək lazımdır ki, o məktubları Kidan əsilli məmurlarmı yazıb, yoxsa kim yazıb.

Hazırki xalxalar curçenlərin bir qrupu idi, Çingizin oğullarından qalan az saylı hissə Min sülaləsi dövründə Çindən qovulmuşdu və stepə sığınmışdı, sonra boşluqda stepdə güclənmiş tayfa birlikləri və Çingizin Yuan sülaləsindən olan davamçıları arasında çox sərt mübarizə başladı, nəticədə bütün şahzadələr öldü. 

Çaxar adlı qrup Yunan sülaləsinin davamı olan Min sülaləsinin himayəsində saxta yolla bir xan seçdi və onun Yuan sülaləsinin davamçısı adı ilə soxuşdurdu. Rıkin 13-cü əsrdə monqol toplumunun etnogenezi haqda və monqol termininin 13-cü əsrdən öncəki və 13-cü əsrdəki anlamı və tarixi haqda yazıb.

Rıkinin yazıları: https://www.avetruthbooks.com/tag/pavel-rykin

Soxuşdurulan xanın adı Dayan xan oldu.

https://en.wikipedia.org/wiki/Dayan_Khan

Xalxalar keçmiş monqolların yerinə yerləşdirdilər, çox az sayda monqol qaldığından onlarla qarışanda üstün oldular. 

Rıkinə o iki yazısına görə böyük məbləğdə pul olan mükafat (rüşvət) vermişdilər Ulan Batorda. Ondan sonra o mövzuda yazmağı dayandırdı.

Fəzlullah Rəşidəddin də yazıb ki, monqol sözü ləqəbdir (saxta ad) və hər tayfanın öz adı var idi.


© Feyzullah Mardanov

No comments:

Post a Comment