Wednesday, June 19, 2024

Qafqaz Albaniyası uydurması və hunlar

Ümumilikdə Albaniya haqqında olan məlumatlar düz deyil və ya etibarsızdır. Albaniya haqqında bildiyimiz məlumatların 95%-i qondarma erməni kitablarından alınan bilgilərdir. Vali ilə bağlı bir pul tapılıb. Onu da Mehranilərdən birinə aid edirlər. Üstündə olan yazıya görə bu şəxs vali (satrap) olub. Mehranilər sülaləsi haqqında saxta erməni qaynaqlarında məlumatlara əsasən sasanilərlə qohum olan, əsilləri 7 böyük Pəhləvi sülaləsindən olan Mehranın soyundan idilər. 7 böyük Pəhləvi sülaləsi əfsanəyə görə son Parfiya hökmdarının 7 oğlundan törəyiblər. Yəni, sülalə əcdadlarını son Parfiya hökmdarının oğulları kimi qələmə verirlər. Ancaq yenə də deyək ki, bu məlumatlar etibarsız qaynaqlardandır. Təbrizli Arakelin də dediyi kimi 17-ci əsrdə qədim erməni qaynaqları yox idi. 

Məsələn,bizim o saxta "Ağuan" tarixi dediyimiz Moiseylərə aid kitab var,onun 40 əlyazması var. 38 əlyazma 19-cu əsrdə köçürülüb. Yerdə qalan biri guya 1289-cu ildə, digəri isə 1675-də yazılıb. 1289-a aid edilən hadisələr 1754-ə kimi davam edir. 1675-ci ilə aid edilən tarix yoxdur, içində qeyd edilən son il 1675-ci il yazılıb deyə o ilə aid edirlər. Nə vaxt yazıldığı bilinmir. Mehraniləri ümumi Qafqaza aid edirlər. Quqark, Girdiman, Alban arşakiləri kimi bölüblər. Bu məlumatın hamısı erməni qaynaqlarından alınmış məlumatlardır. 

Əgər Qafqazda "Albaniya" adlı dövlət olubsa onun əhalisi türk olmayıb. Adına "Alban" deyib bir etnik birlikdən bəhs edirsək əgər bu adın və xalqın antik qərb mənbələrində bir etnik birlik kimi qeyd edildiyini və qafqazlı olmadığını unutmamalıyıq. Antik qərb müəlliflərinə görə var olmuş "alban" adlı bir etnik birlik özünü Yazonun törəməsi sayırdı.

Cavanşir və Mehrani sülaləsinin Cənubi Qafqazda hakimiyyətdə olması haqda bütün məlumatlar və ya ümumiyyətlə tamamiylə yamaqlardan və təhriflərdən ibarət "Albaniya" tarixi haqda olan məlumatların 95 faizə qədəri geydirmə erməni mənbələrinə əsaslanır. 

Ermənilər 17-ci əsrdə belə etnik birlik deyildi, ona görə daha öncəki dövrdə xəyali "alban xalqını" asimilə edə bilməzdi. Qarabağın xristian əhalisinin iki qrupa bölündüyünü, XVIII əsrin əvvəlində bir qrupun özünə Hay deməyə başladığını, digər qrupunsa Nuxa tərəfdən yeni köçmüş (1620-ci illərdə) Udinlər olduğunu bilirik. (Cambr müəllifi Simeon özünə Hay deyən qrupun yeni gəldiyini deyir: Gəncəsar katalikosunun təyini ilə yaranmış problemdən dolayı iki mərkəz arasında güclü mübahisəli yazışmalar və mübarizə gedib) Erməniləşmə prosesi 18-ci və 19-cu əsrlərdə məhz bu qriqoryan udinlər arasında baş verib.

Simeonla özünü Gəncəsar katalikosu adlandıran adam arasında ağır mətnli yazışmalar olub. Cambrı rus dilinə tərcümə edən erməni birbalaca məsələyə toxunmuşdu, onun verdiyi işarə ilə başqa dillərə tərcümə edilməmiş ermənicə kilsə yazışmaları nəşrləri var. Simeonla mübarizə zamanı Moiseylərin Aluan tarixi doğulur.

Flip Ekozyantsın kitabında (https://www.avetruthbooks.com/tag/philip-vardani-ekozjants burda pdf kimi var) 18-ci əsrin əvvəlində Qarabağın xristian əhalisi haqda çox yaxşı analiz edilmiş material var.

"Albaniya" (özünüadlandırma) adlı xalqın, nə də dövlətin var olması ehtimalına isti baxmaq doğru olmazdı. Nə yazıları var, nə abidələri nə numizmatik nümunələri.

Yalnız ermənicə (klassik: qrabarda, yəni) yazılmış və Təbrizli Arakelin deməyindən anladığımız qədəri ilə onun dövründən sonra yazılmış qədim erməni tarixi kitablarında olan məlumatlara görə mövcud olub. Təbrizli Arakelin tarixi əsəri qədimliyi dəqiq olan bir-iki ermənicə əsərdən biridir (digərini Polşalı Simeonun yazdığı səyahətnaməni qəbul etmək olar). Arakel yazır ki, ermənilərin qədim tarixi haqda nə bir əsər var nə də o tarixi bilən və müasiri olan canlı insan yoxdur. Bu sözləri deyən adam əsərini Üçmüəzzində oturan katalikosun əmri və onun əlində olan arxivlərin istifadəsi ilə yazıb. Məhz bu cümlələrdən sonra Moiseylərin Aluan tarixinin guya 13-cü əsrin sonun aid ən qədim əlyazmasında hadisələrin 1754-cü ilə qədər davam etdiyini oxuyanda hər şey aydınlaşır. 

Dəqiq olmasa da ya Yeşua Stilit, ya da Efesli İohan olacaq (ikinci ola bilər) VI əsrdə bir kilsə nümayəndəsinin göllər ölkəsində (Günbatar Anadolu) hunlara əsir düşməsindən bəhs edir, onlar onu özləri ilə öz ölkələrinə aparırlar. Qarşılarına böyük bir çay çıxır, qaynaq onu açıqca Kür adlandırır, çayı keçib böyük bir şəhərə daxil olurlar. Hunların ölkəsinə Basqun deyir. Piqulevskaya bu qaynaqdan tərcümə vaxtı dəridən-qabıqdan çıxıb ki, çayı Kür yox, Samur çayı adlandırsın, yalnış deyilsə şəhərin adını Dərbənd kimi verməyib, Piqulevskaya çalışır ki, şəhəri Dərbənd eləsin, yenə yalnış deyilsə şəhər dağ ətəyində idi və dəniz sahilində deyildi. Ultranasist dilçi və revizionist erməni Yeremyan Qafqaz Albaniyasının kiçik inzibati bölgüləri göstərilmiş xəritəsini tərtib edib (əsasən Ananiya Şirakatsinin Aşxaruytsunu işlətməklə, erməni qaynaqları əsasında) və orda az insafa gələrək Basqunu Dərbənd yox Kürün sahilində Şirvan tərəfdə göstərir, balaca bir yer kimi, halbuki süryani qaynağı balaca yeri yox, çayı keçən kimi o tərəfin hun ölkəsi olduğunu yazır (yalnış xatırlamıranmırsa).

Qaynaq oxunanda elə zənn edilir ki, bu şəhər Qəbələ şəhəri olub.

O dövrdə Qafqazı hunlar idarə edirdi. Hun/suvarları prototürk adlandıraq. Prototürklərdən öncə və ya bir ara Xosrov Ənuşirəvan suvar elitasını Cənubi Qafqazdan Bizans və varhunlarla ittifaqda çıxardığı müddətdə parfiyalılar və sasanilər idarə edib. "Hun" dediyimiz hun etnik qrupu ilə ona tabe digər prototürk qruplarıdır. Sonra yerində sabir/suvar (hun ittifaqında türk xalqı) dövləti quruldu. Sabirlər 120 minlik atlı qoşun çıxara bilirdilər. Başlarında çox xaqanlar olub, bir Boğarık qağatun adında qadın. Sasanidən və Bizansdan rüşvət alıb sıra ilə digərini soyurmuşlar. Rioni çayının (köhnə adı Fazis) başladığı yerdə, Lazikadan cənubda Araz çayına qədər sərhəd idi. Arazın cənubu Sasani satraplığı Azərbaycan idi. Axırda varhunlarla stepdə müharibə fürsəti əllərinə düşdü və  Bizans-Sasani ittifaqı yarandı. Bizans və Sasani üçlüsü onları məğlub etdi. Bizans qaynaqları (Aqafias və Feofan) Bizans-Sasani müharibəsini və Arazı keçərək Biznas ordusunun Hun dövlətinə sığındığını təsvir edib. Laçına hun keçidi deyirdi Feofan. Sasani ordusu qorxudan sərhəddi bir də pozmur. Beləliklə,varxunlarla Bizans-sasani ittifaqının hücumu nəticəsində Sabir/suvar dövləti dağılır, (558-579-cu illər) Qafqazdan qovulur. Bu hadisə Sasani şahı Xosrov Ənuşirəvanın vaxtında olur. Xosrov Ənuşirəvan türklərin siyasi hakimiyyətinə son qomuşdu ancaq felən qalanlar vardı. Bir ara siyasi çəkişmədən dolayı 5 iri birlik (tayfa) daha gəlir. Xosrov sabirlər geri dönməsinlər deyə Dərbəndi inşa etdirir. Həmin vaxtı Göytürk dövləti qurulurdu və sabir elitası sağ qalan hissə yəni, Göytürklərin hakimiyyətini qəbul edib ora daxil olurlar. Varhunlar (Uar və hunni tayfaları) da sabirləri məğlub edən əsas hissə idi, Avropaya köçürlər və orda Avar xaqanlığını qururlar. Elitası (xanədan və hakimiyyət strukturu) quzeyə çəkildi və orda adını Xəzər olaraq dəyişdi. "Xvadaynamaq" adlı bir sasani qaynağı olub,orta farsca yazılıb. Ənuşirəvanın hakimiyyəti dövründən bəhs edir. O əsəri xilafət zamanı ərəb dilinə tərcümə ediblər. Və həmin tərcümə əksər ərəbcə tarix kitablarına daxil edilib. O əsərə görə Ənuşirəvanın dövründə quzeydə türklərin arasında bir üsyan çıxır və türklərin bir qismi sərhədi aşıb Ardana (Arran) girirlər. Ardan/Arran orta farscada Albaniyanın adıdır, mənası dağlıq ölkə deməkdir. İlk dəfə 3-cü əsdə Kəbeyi-Zərdüşt kitabəsində keçir. Hind-avropa dilləri oxşardır, Albaniya və ya Ar(d)an adlı dövlət ümumiyyətlə olmayıb. Yüksək ehtimalla İberiya (yəhudi dilində "qaçqın") dövləti də.

Suvar/hunların sayı çox olub. Xosrov Ənuşirəvandan tələb edirlər ki, onlara yerləşmək icazəsi versin,o da hazır olmadığı üçün döyüşməkdən qorxur və icazə verir. Beləcə Ardan və Azərbaycan ərazilərində yerləşirlər. bütün Sasani imperiyasının hardasa 3%-i qədər adam gəlib o beş tayfa ilə. Həmin tayfa başçıları İslam qaynaqlarına görə 70 minlik türk ordusunu Xosrovun xidmətinə verirlər. Birinin qəbri Qarabağda idi,1954-cü ildə daş kitabəsi ilə birlikdə tapılmışdı.  Sasani şahı Xosrov Ənuşirəvan ölən kimi (579-cu il) təkrar Qafqaza gəlib və Albania, İberia və Sisakanı ələ keçirdirlər və bura öz valilərini təyin etdilər. Ərəblər gələndə bu üç bölgə xəzərlərin idi və onun xəzər valisi idarə edirdi. 

Xəzərlər xaqan sülaləsi olaraq göytürklər idi,xəzər xalqı isə sabir/suvar. "Xəzər" yeni siyasi ad idi, ehtimala görə "azad" mənasını verən siyasi ad olub. 

Ərəb tarixçisi Məsudi anlaya bilmir, Qəbələ tərəfdə olanda farsların xəzər dediyi xalq özünə "sabir" deyir deyə qeyd edib. Faktiki olaraq əsas güc sabirlər idi. Çünki, oqur qrupları ilə bir yerdə hunların ən böyük qanadı idilər, hətta Avropada da. Oqur qrupları sonradan birləşdirildi və Bulqar birliyi yarandı. Sonra Kubratın başçılığıyla Böyük Bulqar xanlığı quruldu. Sabirlər çox böyük qanad idilər, ona görə təkbaşlarına yenilənmə keçirdilər və xəzərlər əmələ gəldi. Türk kağanlığını quran iki qəbilə də hundur.  Xəzərlərin hardan gəldiyi bəlli deyil, əvvəl də yaşadıqları yerdə olmayıblar, yalnız sabirlər şimala köçəndə yenidən təşkilatlanırlar və adları yox olub yerinə xəzər olur. Sonra Göytürk sülaləsinin hakimiyyətinə keçirlər. Xəzər adı Türk kağanlığı dağılanda ortaya çıxır. 

Yunan kitablarında hələ türk kağanlığı ortaya çıxmadan öncəyə aid "türk hunlar" (güclü hunlar) deyə bir məlumat var. Hun idarə sistemində təkmərkəzli kağanlıq/dövlət yox idi. Atillanın oğullarından biri (adı bilinmir) bu ərazini idarə edirdi. Hun dövlətləri Avropada uzun müddət qalmışdır.

No comments:

Post a Comment