Thursday, June 6, 2024

Şah İsmayıldan öncə "Xətai" təxəllüsündən istifadə edənlər

Şah İsmayıldan öncə "Xətai" təxəllüsündən istifadə edən Xətai Təbrizinin (Təbrizli Xətai) doğulduğu və vəfat etdiyi illər məlum deyil.  Şairin həyatı haqqında da az şey məlumdur. XV əsrdə Xətai Təbrizi “Yusif və Züleyxa” məsnəvisi (poeması) yazaraq onu Ağqoyunlu dövlətinin hökmdarı, özü də Azərbaycan türkcəsində şeir yazan Sultan Yaquba ithaf etmişdir.  “Yusif və Züleyxa” poeması Azərbaycan türkcəsində ilk şeirlərdən sayılır. Əsərin dili sadədir və Xətai Təbrizinin həm xalq şifahi ədəbiyyatına, həm də klassik şərq ədəbiyyatına bələd olduğunu göstərir.  Azərbaycan Elmlər Akademiyasının əlyazmalar fondunda şeirin əlyazmasının altı nümunəsi saxlanılır. Bu əlyazmalar əsasında poemanın elmi-tənqidi mətni tərtib edilmişdir.


Mənbə:

1)H. Javadi and K. Burrill. Azeri Turkish Literature (ing.) // Encyclopædia Iranica. — 1988. — Vol. III. — səh. 251-255. 

2)Хәтаи Тәбризи / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии (rus), 1987. — Т. X. — С. 80.

"Xəta" sözü ərəb dilinin kökündən olan χṭA, χaṭāˀ خطاء, "səhv, günah" mənasını verən alınma sözdür.  Bu söz "χṭy" kökündən gələn və eyni məna daşıyan arami/suriya və ivrit χāṭā, χeṭˀā, χeṭyāyā חָטָא sözlərindən alınma sözdür.

Yəni,fars sözü deyil.

No comments:

Post a Comment