Elxanilər bu bölgəyə gələndə pəhləvicə danışan əhalini qovublar,təslim olmayanı qətlə yetiriblər. Mövcud olan pəhləvilər müsəlman, xristian,hətta atəşpərəst də ola bilərdi. Yəni, qətlə yetiriblər çoxunu, sağ qalmaq istəyənlər də qaçıb Anadoluya və İraqa.
Bir araşdırma var,orda müəllif çalışır ki, Elxanilərlə gələnlərin sayını dəqiq hesablasın. Sonunda 280 min çadır rəqəmini alır. Və onların demək olar hamısı məskunlaşmaq üçün Azərbaycana yerləşib. Cüveynidə bu haqda bir izah var. Pəhləvilər indiki Salyan və Neftçala rayonları tərəfdə də mövcud imişlər, Səlcuqlu vaxtı Elxanlılar hamısını öldürüb. İndi Sabirabad, Salyan, Neftçala rayonları arasında kəndlər var. Elxanilər dövründən qalan kəndlər olublar. Orda o dövrdə geniş tikinti aparıblar. Ağqoyunlular da, Qaraqoyunlular da Elxanlılarla gəlib. Çox böyük sayda uyğur və qarluq gəlmişdir. Ona görə ən böyük ləhcə o ləhcədir bizim dildə. Onlar gələnədək Beyləqan şəhəri tamamilə pəhləvicə danışırmış. Elxanlılar şəhəri başdan axıra kimi məhv edir. Gəncəni 1075-də səlcuqlular mərkəz etdiyi üçün əvvəldən məskunlaşmışdılar. Amma yenə də Gəncədə şəhər əhalisi çoxluq olaraq irandilli olur. Bəziləri bizə öz əcdadımızı qaniçən işğalçı deyə təbliğ ediblər. Elə yalan danışırlar ki, guya yerlilər biz olduğumuza görə bizi qırırdılar.
Ümumiyyətlə, biz xalq olaraq aramsız türk məskunlaşmaları prosesi nəticəsində yaranmışıq. Öncə Səlcuqlular 86.5 min çadır,sonra Elxanlılar 280 min çadırla gəlib. Şimaldan də aşağı-yuxarı 50 min çadırlıq türk gəlib. Ən çox Şirvan müqavimət göstərə bilmişdi. 65 min çadırlıq türk köçürürlər Şirvana. Yalnız Səfəvilərin dövründə dərin türkləşmə oldu.
Türklərin məskunlaşma mərkəzi Azərbaycan idi. Hamısı tarix kitablarında keçir. Misal üçün Şikarinin Qaramannaməsi, Yazıcı Alinin yazdıqları. Osmanlı xanədanının əcdadı belə buralı idi.
Şirvanda hakim sülalə olan Dərbəndilər də eyni Məzyədilər sülaləsi idi. Dərbəndilər sülaləsi artıq türkləşmişdi. Şirvanı türk kimi göstərərək Nəsimi,Xaqani kimi və s. şairləri misal gətirirlər. Lakin Xaqani türkcə yazmırdı və türkləri təhqir edirdi. Bir sözlə sevmirdi,yəni.
X əsrdə Şirvanşahlar Deyləmi kökənli bir gəlin alırlar. O gəlindən doğulan uşaqların az qala hamısının adı farsca qoyulur. Sonra o uşaqlar ərəb olan atası ilə qohumlarının axırına çıxıb hakimiyyətlərinə son qoyurlar. Lahıc əhalisi də yeni mələz sülalənin öz mövqeyini gücləndirmək üçün köçürdüyü Deyləmi kökənli əhali idi.
Dərbənd isə türk şəhəri idi və onun Şirvana dəxli yox idi. Hətta türkləri qovmaq üçün Şirvanşah qohumu gürcü kralı ilə birgə qoşun çəkmişdi Dərbəndə.
Nizami isə türk ola bilər,çünki,Xəmsədə Axistana yazdığı sitəmdən hiss edilir. Amma İran ədəbiyyatını təmsil edirdi.
Nizaminin Qum adlı şəhərdən olması da iransevərlərin təbliğatıdır. Azər bəy Beqdəliyə aid bir Atəşgədə adlı əsərdə "Xəmsə"nin nüsxəsi var, 1712-ci ildə hazırlanıb həmin nüsxə. O nüsxədə Qum adlı yer mənfur niyyətlə akademik kitablara əlavə edilib. Və bundan istifadə edib vikipediyaya yerləşdirirlər. "Xəmsə"nin guya farsca ən qədim əlyazması 1349-cu ildə hazırlanıb. Yükləyib baxdıqda üç fərqli vərəq növü xətti olan hissəni yapışdırıblar yapışdırıcıyla, üç fərqli əlyazmanı bir əlyazmaya döndəriblər.
Təbrizdən olan Qətran Təbrizi də həmçinin,farsca yazırdı və türkləri təhqir edirdi. Nəsimi də böyük şairdir, özünü seyyid adlandırırdı, hamı da ona seyyid deyirdi. Bəlkə də türkdür, amma seyyid olmağı önəmli deyil. Türk ədəbiyyatını təmsil edir. Çünki,ədəbiyyat məsələsində əsas olan dildir. Misal üçün güney Anadoludan köçüb Tiflisdə yaşayan ailədə doğulmuş Sayat Nova. Şeirlərinin əksəriyyəti türkcədir.
Biz oğuz olsaq da özbəkləri türkmənlərdən yaxşı,ya da eyni formada anlayırıq. Çünki,bizdə çox güclü qarluq, hətta manixeyist uyğur plastı olub.
David Qareci monastrı mövcuddur indiki Gürcüstan-Azərbaycan sərhədinə yaxın Azərbaycana aid ərazidə. O monastrı 13-cü əsrin sonu,ya da 14-cü əsrin əvvəli uyğur bir bəy bərpa etdirib və içinə bir türkcə kitabə yazdırıb. Övladı olmurmuş, bu mətni oxuyanlardan övladının olmasına dua etməsinə üçün kitabə yazdırıb. Bu monastrı,kilsəni inşa edənlər süryani keşişləri olub. Gürcü və erməniyə aidiyyatı yoxdur. David Qareci kilsəsini təmir edənlər nestorianlar idi. Nestorian xristianlıq türklərin içində ən geniş yayılmış xristianlıq qolu idi.
Ukraynada isə erməni icması və qıpçaqca yazan ermənilər də eyni şey deyillər. İçində ermənilərin etnik birlik kimi miladi 17-ci əsrdən, daha dəqiq desək 18-ci əsrdən öncə varlığını iddia edən heçbir yazı, cümlə doğru deyil. Eyni məntiqlə alban cəfəngiyyatına da inanır və eyni məntiq XIII əsrə kimi pəhləvi dilinin bir ləhcə adı olan və bəzən öz başına dil kimi adlandırılan "Azərbaycan ləhcəsi (luğa Azrə bican, lisan Azrə bican və buna yaxın formalar)" dilin adını indi türk dilinin adı kimi işlənməsi gərəkdiyini müdafiə edir. İddia edirlər ki,guya erməni adlı etnik xalqın olması və onların Balkandan gəlməsidir. Halbuki, Strabonda elə konkret o formada iddia yoxdur.
Uzun müddət "Azəri" sözü haqda araşdırma aparanda bu adlı dilin var olmadığını çürüdürdük ki, qarşımıza çox yaxşı yayğın termin çıxdı: Azərbaycan dili və ya Azərbaycan ləhcəsi.
"Azəri" sözü etnonim, etnolinqvonim, reliqionim kimi 3 qaynaqda keçir. Demonim kimi isə yüzlərlə. Reliqionim mənasında Yaqubidə, etnolinqvonim və etnonim kimi Məsudi və Yaqutda keçir. Məsudi eyni dilə həm pəhləvi deyir, həm də azəri. Məsələ ondadır ki, burda pəhləvi adlı xalq mövcud imiş. Və onların sonuna Elxanlılar çıxıb.
Dilin adı Azəri deyil, dilin adı Azərbaycan dili və ya ləhcəsidir. Əsas işlənən forma "Luğa Azrə bican"dır, yəni, Azərbaycan ləhcəsi. Arami mətnlərini düzgün oxumadıqlarına görə doğru izah edilmir. Sasani və Parfiya mətnləri əslində arami yazısı ilə arami dilindədir. Onu təhrif edib İrani dilə tərcümə edirlər. Ona görə sözün "Aturpatakan" yazılması dəqiq deyil. Bizdə qəsdən Stalinin qurduğu saxta azərbaycanlı etnos etnogenezi tarixi ayaqda tutulmağa çalışılır. Fakt belədir ki, türklər buranın yerli İran xalqına aid əhalisini qırıb, onlardan sağ qalanların əksəriyyəti Ərəb-İraqına və Anadoluya, az sayda isə indiki iç İrana qaçıblar. Əsas türkləşmə yəni, türk olmayanların təmizlənməsi Elxanlılar vaxtıdır. Xüsusən Qazan xana qədər çox intensiv bir təmizlənmə gedib. Elxaniləri monqol deyə adlandırırlar. Monqol dedikləri də bizik. Çünki, o söz eləcə qızılbaş sözü kimi politonim idi. Monqol adlı xalq olmayıb o vaxtı. Məsələn,indiki xalxalar monqol deyillər. O vaxt bu ad politonim idi.
İndiki kalmıklar da Çingiz xanın vaxtından mövcuddur,adları oyrat idi.
1368-ci ildə Çində bir böyük vergi dəftəri tərtib edilmişdir. O dəftərdə 70-dən çox xalqın adı keçir. Qruplara bölünüblər,Curcen qrupu 30 tayfadır. Birinin adı kalkadır (indiki xalxa) və monqollara aid edilməyiblər. İndiki xalxa dili bir qarışıqdır,24 min civarı ən böyük,qədim türk sözləri o dildədir. Bunun səbəbi odur ki, mancurlar yerdə qalan türkləri assimilyasiya ediblər. Sadəcə olaraq curcenlər ordakı türkləri öz içərisində udub. Elxanilərin dövlət dili də mirzələrin dili kimi oyratcadır.
14-cü əsrdə kalkalar Curcen idi. Curcenlərin adını sonra hökmdarları Mancura dəyişdi. 1368-ci ildə Çində Min sülaləsi yəni, çinlilər monqolları qovdu. Onlar stepə (çöl) çəkildilər. Aralarında güclü müharibələr getdi və qırıldılar. Çingizli sülaləsi tükəndi. Belə olandan sonra oyratlar saxta bir şahzadə çıxardılar. Xanın seçilmə qaydasını pozmaqla tacqoyma edirlər. O xanın adı Dayan xan idi. 16-cı əsrdə o uzun müddət Çindəki Min sülaləsi ilə savaşır. Bir ara dəhşətli bir məğlubiyyət də yaşadır çinlilərə. Axırda mancurları gətirirlər 1644-də. Üsyanla baş edə bilmir Min sülaləsi. Oyratların qurduğu xanlıq da böyük ölçüdə zəifləyir.
Oyratların qurduğu saxta sülalə əslində Min sülaləsinin dəstəyi ilə birnöv stepdəki tayfaları tabe etməsi üçün yaradılmışdı. Amma taxta keçəndən sonra özü ağalıq eşqinə düşdüyü üşün onlara tabe olmadı.
Çingiz xanın danışdığı doğma dilinə gəldikdə,o tatarların dili olan üçüncü bir türk ləhcəsi imiş. Bu yaxınlarda o qədim ləhcəni bir türkoloq aşkarladı. Lir və Şaz türkcəsi deyilən qədim iki türk ləhcəsindən başqa üçüncü ləhcə də olub. Bunu aşkar edən Orçun Ünaldır. https://www.avetruthbooks.com/tag/orcun-unal
Bu üç türk ləhcəsindən qıpçaqlar,salurlar,bulqarlar və oğuzların yarandığı haqda dəqiqləşdirmə apara bilmərik. Təsnifatlar dəyişir,çünki bəzi dilləri dəqiqləşdirə bilmirlər. Müasir deyil, əsasən qədim türk dillərini araşdırmaq qəlizdir. Orçun Ünalın 2023-də nəşr edilən kitabında, elmi işində də monqol dillərində səhv etmiriksə 1500 türk sözünü yazılı abidlərə əsasında araşdırıb. Hər şey o qədər birmənalı,asan deyil və bu vəziyyət təhrif edilmək üçün istifadə edilir. Çingiz xandan qabaq hunların dili yəqin ki, vahid türkcə idi. Üç ləhcə sonra formalaşıb. Monqol dillərinə türk təsirini ən geniş tədqiq edən Bakatulı Bazılxandır.
Bilirsiniz ki, şərqi hunlar tez işğal edilirlər, sonra qərbdəkilər işğal edilməmək üçün köçürlər Avropaya. Çin şərqdə olan hunları kütləvi olaraq assimilyasiya etmək üçün öz ərazisinin ucqar şimalına köçürür. Amma orda hunlar dinc durmur,kütləvi olaraq orduya daxil olurlar. Və bir müddət sonra böyük sayda hun ordusu meydana çıxır. Generallarından biri üsyan qaldırır və Çindəki bütün hakimiyyəti ələ keçirirlər. Həmin sülalərdən çox sayda yazı və maddi mədəniyyət nümunəsi var.
Bu yaxınlara kimi deyilirdi ki, Qağan və Qağatun sözü guya monqolcadır. Halbuki elə şey yoxdur,olmayıb. Menva və ya Monqus dedikləri bir Şivey qəbiləsidir,onların da ayrıca dili olmayıb. Şiveylərlə də nəinki dil, heç mədəni olaraq da qohum və ya yaxın deyilik. Zorla türk olan avarları, Jujan dövlətinin əsas əhalisini monqol etməyə çalışırlar. Monqolustanın indiki rəsmi dili isə 17-ci əsrdən etibarən yaranıb. 17-ci əsrdən qabaq elə bir dil yox idi.
Sizə qarışıqlıqdan bir nümunə çəkək. Monqolların gizli tarixi deyilən bir əsər var. O əsərdə mətn çincədir. Altında balaca yazı ilə keçmiş monqol yazısı ilə sözlər verilib. Əsərin ən qədim əlyazması 1806-cı ilə aid nüsxə Peterburqda saxlanılır.
O dövrün yayılmış arami əlifbası çox çətindir,çünki sait yoxdur. Qədim uyğur yazısı, ondan da qədim monqol yazısı arami yazısıdır. Mani dini qəbul ediləndə uyğurlar o dinin əlifbasını (arami yazısı) da qəbul etdilər. Bu yazı daha sonra Çingiz xanın vaxtında rəsmi yazı kimi uyğurlardan (naymanların xanına xidmət edən bir uyğurdan) Çingizin yeni qurduğu monqollara keçdi. Həmin mətnləri oxumaq üçün bizə baza dil bilgisi lazımdır. Fikir versəniz uyğur mətnlərinin əvvəlki transkripsiyaları fərqlənir. Bu ona görədir ki, qədim dövrə aid türk dilləri yaxşı bilinmirdi. Daha çox türkcə tədqiq ediləndən sonra o yazılarda saitlərin düzgün qoyulması aydınlaşdı.
Gələk o monqolların gizli tarixinə,ilkin əsərin adı elə deyil. Altın sülalənin tarixidir. Monqolların gizli tarixi adlanması isə Min sülaləsində olan arxivin adına görədir. İçində yəni, mətndə "Altın sülalənin tarixi" yazılıb, o bir dərslikmiş. Min sülaləsi dili öyrənmək üçün öz məmurlarına qədim sənədləri oxuya bilsinlər deyə elə bir şey hazırlatdırıb. Balaca əsərdir, həmin əsəri çincə mətn əsas alınmaqla uzun müddətdir düzgün oxumağa çalışırlar. Ancaq məcbur olub monqolca mətndə düz 4 min sözü dəyişiblər. Çünki, indiki monqol dilində o sözlər yoxdur. Bir qazax alimi konkret hansı sözlərin dəyişdirilməsi, konkret sayı və s. bunu bir kitab daxilində işləyib. Jujanları misal üçün hamı əlüstü yapışdırır ora bura. Bir alman o qəbilələri tək-tək araşdırıb,konfederasiyalarında 149 qəbilə olub.
Və sonda qənaətə gəlir ki, bu dövlət türk dövlətidir,tatar adı da elədir. Açıqca deyilir ki, Dadan xan hunlardan bir bölüyün başçısıdır. Və bunu ruslar da yazıb. Sadəcə sərf etməyəndə populyar məlumata döndürülmür. Tez-tez keçmiş rus keşişlərinin "hunlar monqol idi" kimi ibarəsini işlədirlər. Eyni keşiş şərqşünaslar yazır ki, qədim monqollar türk idi. Qədim monqolun varlığı haqda məlumatı da təbii ki, hardan götürülübsə bu haqda bir qeyd yoxdur.
Monqol dili curcen/mancur dilləri türk dilinin qarışığıdır. İndiki monqol-mancur-tunquz qohum xalqlardır.
Türkmən dostumuz Cəmi ət-tarixdən (1303-1311-ci illər) Novruz haqda qeydi paylaşıb. Orda türklər ona "Kün yəngiləmisi" deyilir deyə yazılıb.
Monqol adını Çingiz xan 1212-ci ildə qəbul edir. O və əlaqəli məsələlər bu iki məqalədə çox geniş işlənib.
Рыкин П. О. Создание монгольской идентичности: термин «монгол» в эпоху Чингис-хана (2002) https://www.avetruthbooks.com/2018/03/rykin-p-o-sozdanie-mongolskoj-identichnosti-termin-mongol-v-epokhu-chingis-khana-2002.html
Рыкин П. О. Этническая идентичность средневековых монголов как политический конструкт (2014) https://www.avetruthbooks.com/2020/11/rykin-p-o-etnicheskaja-identichnost-srednevekovykh-mongolov-kak-politicheskij-konstrukt-2014.html
Azərbaycan Atabəyləri Azərbaycan adında ilk dövlət sayıla bilərmi? Amma sənəd yoxdur əlimizdə,narrativlər qalıb. Elə olanda sikkələrin yardımı olur,kimin adına kəsildiyinə baxmaq lazımdır. Ümumiyyətlə rəsmi dövlət adı 18-ci əsrin sonlarına kimi bütün dünyada (qərbdə də) yox kimi idi. Rəsmi dövlət adının olması üçün dövlətin vahid konstitusiyası olmalıdır. Orda göstərilməlidir ki, bütün sənədlər də bu ali qanuna riayət olunsun. Amma belə şey yox idi.
Eldənizlilər (Azərbaycan Atabəyləri) İraq Səlcuqlu sultanlarının atabəyləri idi. Qızılarslan da taxta çıxanda özünü sultanın yerinə çıxarmışdı. Belə götürəndə biz Səlcuqlu dövlətinin mərkəziyik. Türkmənlər deyir ki,ilk paytaxt Xorasanda olub. Xorasan da onların olub. Onlar şərqdə qalan və sonda Sultan Səncəri öldürən hissədir. Coğrafi olaraq bölgünü nəzərdə tutmuruq. Mərkəzi özək əhali (türkmənlər) biziydik.
Bizim xalqın ilk dövləti hansıdır? Və xalq kimi nə vaxt formalaşmışıq? Bu sual veriləndə biz yönəlməliyik dil məsələsinə. Yəqin ki, bu Elxanlı dövrünə təsadüf edir. Çünki, Elxanlıdan öncəki dil nümunələri hələ spesifik bölünmə xüsusiyyətləri göstərmir. İbn Mühənninin sözlüyü paylaşılmışdı. Orda ifadə edilən "Bizim ölkənin türkcəsi" bizim dildir. bizim türkcəmiz əsasən 12-ci əsr oğuz türkçəsi ilə sonradan məskunlaşan salur-qarluq-uyğur türkcəsinin qarışığı olan türkcədir. Ancaq oğuz elementi daha çox sayda olduğu üçün dil də oğuz qrupunun parçası kimi formalaşıb. Ona görə də özbək dilinə yaxındır dilimiz. Çünki,bizim dildə yüksək nisbətdə qarluq həm də uyğur qruplarının payı var. Amma təkcə Elxanlı dövrünə görə deyil, ondan sonra da Əmir Teymur və oğullarının dövründə qarluq qrupundan türklər köçə davam ediblər. Daha sonra və elə əvvəldə də Səfəvilərin ordan xeyli müridi olur. Şah I İsmayıl daxil onun oğulları xidmətində çox sayda o dövrün deyimi ilə özbəklər olub. Biri misal üçün Əli Əbdi bəy Şirazidir. Qarluq qrupunun katiblər içində çoxalması bizdə Cağatay türkcəsi ilə yazılan türkcə əsər və sənədləri artırıb. Hərçənd bu türkcə əvvəldən Elxanlılar vaxtından işlədilirdi. Ancaq sonrakı ən parlaq işlədənləri nəzərdən keçirəndə onların özbək olduğunu görmək olur. Bu dil oğuz dili ilə paralel işlənərək dilimizi formalaşdırıb.
No comments:
Post a Comment