Tuesday, March 5, 2024

İmam Hüseynin Yezidin ordusunda olması yalanı

Cavab: İlk öncə bir hadisədən danışarkən fakt ortaya qoymaq lazımdır ki,belə bir hadisə olub,səhihdir,ya yox? Yəni,hadisəni təsdiq et,sonra bu cür sualı qur.  İmam Hüseynin Yezidin qoşununda olması kökündən əsassızdır. Bu hadisəni nəql edən ibn Xəldundur. İbn Xəldun da Əli ib Mücahidin (əl Kabilin) dilindən nəql edib. Əli ibn Mücahidin haqqında əhli-sünnə alimlərinin "Cəhvətədil" (Şəxsiyyətlərin müəyyən edilməsi. Etibarlı və etibarsız olduğunu təsdiq edən) kitabında "kəzzəbun" (yalançı), Yəhya ibn Məin onun haqqında o adam özündən qondarma hədis yazır deyib. Yəni,bir insan yalançıdırsa o səhih mənbə ola bilməz. Əli ibn Mücahid kimi yalançının sözünü mənbə kimi götürməklə buna iddia etməyin mənası yoxdur.

İkincisi bu hadisəni ibn Əsakir və ibn Kəsir nəql edib. Və bu iki şəxsin dövrü o hadisələr arasında 8 əsr fərq var. Bəs öncə niyə bu hadisəni haşiyə də olsa nəql etməyiblər? Çünki,o hadisənin yalan və qondarma olduğunu göstərir. İmam Hüseynin qiyamından sonra çox hadisələr,qiyamlar baş verdi. Beləliklə,insanlar vurğulayardılar ki,İmam Hüseyn heç də Yezidə qarşı çıxmayıb. İmam Hüseynin niyyəti Yezid olmayıb. Əsas gətirərdilər ki,İmam Hüseyn əskəri olub Yezidin. Aranı o cür sakitləşdirərdilər. İbn Xaldunla o hadisənin arasında nə qədər məsafə var? Əvvəl bunu niyə nəql etməyiblər? Konstantinopola olan yürüş haqqında fakt var,amma orda İmam Hüseynin adı çəkilmir. O döyüşdə Əbu Əyyub Ənsari, Abdullah ibn Abbas, Abdullah ibn Zübeyr və başqaları iştirak edib və bunu da vurğulayırlar. Amma orda İmam Hüseynin adı çəkilmir.

No comments:

Post a Comment