Tuesday, March 5, 2024

Şah İsmayılın ulu babasının türk olması

Şah İsmayılın ulu babası olan Şeyx Səfiyəddinin atası üçün sənəddə deyilir  "Seyid Cəbrayıl ... keçdikdə səfərə çıxmağı qərara alaraq Şiraz səmtinə hərəkət edib dərviş qılığında özünü Şiraza daxil etdi. Dərvişlərin gözü onu aldığında elə bir türk dərvişini gördülər ki ..."


Bu ailə kasıb və dərvişlik edən ailə olub, türk idilər. Gerçəkdə əcdadlarını bilməyiblər. Haqlarında ilk şəcərə kitabını yazdıran adam (sifarişçi) Səfinin oğlu idi, bu zaman onun 19 yaşı vardı və atası dünyasını dəyişmişdi. Səfinin təkcə babasının adını bilirdi. Səfiəddindən düz Firuza qədər olan şəcərə də tamam xəyal ürünüdü, ondan öncəkilər də. Elə adamların varlığını təsdiq edən ikinci qaynaqlar yoxdu (yəni o adamlar dövründə yazılmış). Səfiəddin varlanmaq üçün uzun müddət münasib ustad axtarıb və sonda Şeyx Zahidi tapır. Adı tarix qaynaqlarına keçən ilk nəsil nümayəndəsi də Şeyx Səfidir.


Bu nəslə aid heç bir tarixi mənbələr yoxdur, tək mənbə var: Səfvətüs-səfa. Sultan Yaqub Səfinin nəsli ilə düşmənlik edəndə o əsərin çoxaldılmasını təmin edib və çoxaldılan nüsxələrə onun əcdadının kürd olduğunu (şəcərə qismində adın sonuna "əl-Kürdi əs-Səncani") yazdırıb. Mənqibəni oxuyanda görürsən ki, tərtəmiz gopdu. Bu əl-Kürdi əs-Səncani yazılan və Yaqub Sultanın istəyi ilə yaradılan nüsxələrdə belə Səfiyə türk deyilir, qardaşına və atasına türk deyilir, Səfinin doğulduğu kəndə türk kəndi deyilir. Yəni o kürd əlavəsinin mətnə yad daxil etmə olduğu açıq hiss olunur, əsərin başqa tarixlərdə olan nüsxələrində həmin hissə yoxdur.

No comments:

Post a Comment