Sasanilər və Pəhləvilərdən qalan bütün mətnlər arami dilindədir.
Mətni götürürlər, aramicə oxuyurlar, transkripsiya edirlər, sonra üçüncü mərhələdə çevirirlər irani dilə.
Manixeyizmin dini mətnlərini də elə ediblər. Dərbənddə misal üçün heçbir Sasani yazısı yoxdur dil olaraq, yəni. Ola bilsin ki,Sasani dövrü aramicədir. Ya da ərəb və türk hakimiyyəti dövrü ərəb yazısı ilə olan mətnlərdir. Ancaq Əhəmənilərin hakim sülaləsinin dili zənn edilən dildə yazılandan başqa Arami dili də ikinci önəmli dil idi və bu yazı o vaxt mövcud olmuşdur. Şübhəli şəraitdə aşkarlanmış Behiştun mətnləri üç dildədir; Əhəməni dövrü dili (slav dilinə bənzər), arami və elam dili. Arami dili sami dili,elam dili şumer dili kimi izolə dil olmuşdur. Aramilər çox önəmli xalq idilər. Elə erkən ərəblər də çoxsaylı idi. Aramilər Əhəməni, Parf, Sasani dövlətlərində ən önəmli ikinci qrupu təşkil edirdilər. Hər üç dövlətdə də dilləri "lingua franca" idi. İstisnasız olaraq bütün son dövr pəhləvi və bütün Sasani mətnləri arami dilində idi.
İran xalqları böyük ehtimalla təxminən 2700 il öncə Hindistandan gəliblər. Midiyalılar 5 tayfa ilə gəlmə idi və köçəri idilər. Əhəməni dövrü qədim farsca əslində qədim slavcadır. Sasani dövrü arami mətnlərini irani dilə çevirirlər. Anlamaq olur ki, materialı bu dövrdən götürürlər: https://iranicaonline.org/articles/fahlaviyat
Pəhləvi dili (parsiq/partav/parf) yazıları olmayıb. Faktiki pəhləvi dili yazıları yoxdu, olan və o adla soxuşdurulan yazılar arameycədir (sami dilində). Farsların bu dilinə qədimdə parsi/farsi (parsiq) deyirdilər. Əhəməni sülaləsinin dili isə Haxamanişi dili protoslavcaya oxşayır. 3 dilli yazı ki, var bilirsiz çox etibar etmək olur: Behiştun yəni. ondan başqa Haxamaniş dövründən bildiyim qədəri ilə yazı yoxdur. Uydurma qədim fars dili düzəldiblər. Sasani dövründə nə varsa arami dilindədir. Dərbənd yazıları da arameycədir. Amma hamı sasanicə (orta farsca) zənn edir. Məsələn, mətndə "malka" yazılıb,yəni,"məlik". Sami-arami dilindəndir bu. Onu farscaya tərcümə edib "şah" yazırlar. Fars ləhcələrindən yazılı ən qədim olanı soğd dilidir. İndiki farsca dari dilidir əslində. Əfqanıstanda bu dil hal-hazırda mövcuddur. İndiki fars dili şərqdən, Xorasandan gəlib. Yeni farscanın yəni,indiki farscanın ilk yazılı nümunəsi 960-cı ildə yazılıb: Tərcümeyi Tarixi Təbəri (Balami yazıb, Samanilərin vəziri idi). İndiki Tacikistanın rəsmi dili də fars ləhcəsidir. Dari dili bu iki qanadda olan islahatı görməyib,yəni,dari dili təmizlənmə yaşamayıb. Əfqanıstandan farsdilli olanlar İrana "madəri İran" (Anamız İran) deyirlər. Soğd və əski xorəzm dilləri isə ayrıdır. Xorəzm əslində Məvaraünnəhr deyil,balaca ərazi olub Aral gölü sahilində. Soğdları türklər və Sasanilər ləğv etmişdir. Qalan az sayda hissəni də türklər Şərqi Türküstana köçürürlər və orda türkləşirlər. Gec dövr ərəb müəlliflərinə inansaq Sasani dili dəri dil olub.
Arami dili qəliz dildir,sait yoxdur. Transkripsiya etmək çox asan olur. Amma oxumaq çətindir. Skif,kimmerləri irani xalq sayırlar. Bu doğru deyil. Bu ad çox böyük topluma aid edilir.
Əhəmənilər dövrü saklar yunanlarla kontaktda olublar. İran xalqları kimi hesab ediblər. Sadəcə o dövrün müəllifləri o coğrafiyaları tanımırdılar. Heç miladdan öncə indiki İranın şərqini doğru tanımırdılar.
Aryançıların məqsədi sami dilli mədəniyyətin tarixini və əhəmiyyətini kiçiltməkdir. Ona görə indiki İranın cənubundakı bütün mədəniyyət abidələrini döndərərək Hind-Avropa deyilən uydurma bir dil ağacına gətirib çıxarırlar. Sonradan bu baxışın iki nəticəsi oldu.
1) Aryanizmə əsaslanan alman nasizmi yəhudilərin başında çatladı, soyqırımla nəticələndi.
2) İranda çevriliş eləmiş kazak zabiti Rza Savaduki neft pullarından xərcləyib xeyli muzdlu tarixçi və jurnalist tutaraq regiondan gəlib-keçmiş bütün imperiya və dövlətlərin tarixini İranın adına yazdırdı. Atasının belə üzünü görməyən, soyadı belə olmayan Rza isə 2500 illik sülalənin davamçısı kimi qələmə verildi və dünyadan da bir yığın siyasətçi və məşhurlar bu 2500 illiyi bayram eləməyə gəldi. Bu tarix təzədən yazılmalı, təzədən yozulmalıdır əslində. Və yazılır da. Əvvəllər belə müzakirələrdə Reza Ziya-Ebrahiminin elmi əsərləri misal gətirilib. Biri isə - Əhməd Məhəmmədpur:
https://www.academia.edu/107345842/Persian_orientalism_Raciolinguistic_ideologies_and_the_construction_of_Iranianness_?fbclid=IwAR1GWeXzPHhJN5TlSCeYB5nL-kSszi0TudlJ6nfScfyrGLz9H2CUsWefdEU
Ümumi qəbul edilmiş əfsanəyə görə farslar köçəri tayfalardan ari adlananları Midyanın Parsua vilayətində yerləşiblər. Sonra tədricən o vilayətin adını alıblar. Əvvəl qeyd etmişdik ki, qədim farsca heç də fars dili deyil. 1920-ci illərə qədər farslar tacik adlanırdılar. Orta farsca dedikləri dil də təkcə ərəbcə yazılı pəhləvi adlı bəzi balaca mətn nümunələrində bilinə bilər. o Orta farscaya yamanan mətnlər əslində arami dilindədir. "Tacik" sözü İslamın qəbulu ilə irani xalqların üzərinə oturub. Erməni mətnlərində misal eynən farscada olduğu kimi tazik sözü müsəlman deməkdir. o "tazik" sözü yunan dilinə də müsəlman mənasında keçib. İndiki fars dili və tacik dilləri əvvəl demək olar ki, eyni dil idi. Fərq islahatlardan sonra 20-ci əsrdə ortaya çıxdı. Çünki, bu dilin vətəni indiki Əfqanıstandır.
1920-ci ildən sonra Pəhləvi sülaləsi hakimiyyətə gəldi və başladı Almaniyadakı nasional-sosialistlərə bənzər islahatlar aparmağa. Hazırki farsca ilk yazılı nümunə Balaminin yazdı "Tərcümeyi Tarixi Təbəri" əsəridir. Samanilərin himayəsində 10-cu əsrdə yazıb. Sonra Firdovsinin "Şahnamə"si buna misaldır.
İranın özündə hələ də aryanist irqçilik normal şeydir. Ərəblər Abbasilərdən öncə müsəlman olan ərəb olmayan xalqlara yaxşı münasibət bəsləmirdilər. Amma Sasanilərdən qalan farslar da onlardan geri qalmırdı. Buna görə bildiyimiz bioloji mənada irqçilik nəzəriyyəsi olan Şüubiyyə yaranır. əl-Biruni məsələn öz əsərlərində fars millətçilərini harda xatırlayırdısa ələ salırdı,təhqir edirdi. Büveyhiləri vikipediyada oxusanız İran dövləti zənn edərsiniz. Gerçəkdə ərəb dövləti idi. Fars kültürünü yayan da türklər idi. Samanilər belə ehtimal ki, türkdülər.
Qədim nüsxələri olmayan antik qaynaqların mövcud əlyazmalarından hazırki akademik tənqidi mətn nəşrləri hazırlanır. O mətnlərə görə Parfiya dövründə parfiya dili olub.30 civarı yazılı abidəni parf dilinə aid edirlər: abidələr arami yazısı ilə arami dilində yazılıb, mətn oxunanda elə arami dilində olan orjinalı kimi transkripsiya edilir, sonra isə tərcümə edirlər irani bir dilə. Yəni ki, parfiyalıların öz dövründən parfca mətn yoxdur. Son dövr ərəb yazısı ilə mətnlər var. Əvvəl "Pəhləviyyə məqaləsi"ndə qeyd olunub bunlar. Ola bilər ki, o mətnlərdən yığına sözlər və ya başqa daha son dövr nümunələr hesabına aramicə mətni tərcümə edirlər. Faktiki sasanilər daxil o dövrdən irani mətn yoxdur.
İndiki İran coğrafiyasında əvvəl şəriət sistemi yox idi. Səfəvilər bu sistemi qurmaq üçün fərqli yerlərdən şiə alimləri gətirdilər. İçlərində vaxtı ilə Azərbaycandan Elxanlıların qovduğu nəsillərdən olanlar da vardı, ərəb olanlar da. Belə oldu ki, dini zümrə içində etnik farslar çoxluğa döndü. Bu birdən olmadı təbii ki. Dövlət işlərində farsları qəbul etmədiyimiz üçün onların zəngin ailələri xidmət etmək və zənginləşmək və ya elə qalmaq niyyəti ilə katibliyə həmçinin dini zümrəyə qoşulmağa çalışırdılar. Siyasətəgirişləri az qala mümkün olmurdu. Qacarlar dövründə artıq proses pik həddə çatır və dini zümrədə (din adamları, yəni) çoxluq irani xalqlar olur. Qacarlar dövründə müxtəlif səyyahlara və ya diplomatlara aid onlarla qeydlər var. Hamısı yazır ki, molla sisteminin türklərdən zəhləsi gedir,elə türklərin də onlardan.
Qərb də maşa axtaranda münbit zəmin kimi gördükləri zümrələrlə əməkdaşlığa başlayıblar.
Ona görə çox yerdə eşidə bilərsiz ki, şiəlik hər zaman fars millətçiliyinə xidmət edib deyirlər. Təbii bu düz deyil. Ancaq son 200 ilə baxıb belə fikir irəli sürürlər. Belə asan izahlar üçün tarixi proseslər həddən artıq mürəkkəbdi, bəsit izahla keçişdirmək haqsızlıqdır. İranda hazırki rejim dövlət çevrilişi edəndən sonra türklər yaşayan bölgələrdə bütün imkanları sərf edərək fanatik dindarlığı diri tutur. 1980-dən bəri sürətlə hər yerdə dini obyektlər inşa edib, ən sıx məscid inşası türklərin yaşadıqları yerlərdə olub. Addımbaşı məsciddir din-iman, məzhəb əldə getdi deyib türkləri əridirlər.bu arada vahid İran da ideyanın içinə əlavə edilir və məzhəbdən danışdıqları vaxt İranın bütöv qalması məsələsini də həmişə gündəmdə tuturlar.
İranın adı 1935-ci ildə dəyişdirilməyib,əvvəl də Persia adlanmayıb. Persia Avropada işlənən ekzonim idi, 1935-ci ildə İranın o dövrkü şahı bu ekzonimi işlədən ölkələrdən xahiş etdi ki, o sözdən imtina etsinlər və onlar da İran desin. Amma İran adı daha əvvəl də olub. Çox yayğın olmayıb amma yenə də narrativlərdə yayğın idi. Yayğın olmayıb deyəndə indiyə qədər sağ qalmış sənədlərdəri və nəşr edilmişləri nəzərdə tuturam.
Molla gücünün artımı əslində Qacarlar dövrünə düşür. Bunu də kurasiya edən Böyük Britaniya idi. Britaniya həm pars əsilli Hindistan tacirlərini Səfəvi bazarına soxdu, həm də dini zümrəni şirnikləndirməklə Qacarların hakimiyyətinə onlarda işah yaratdı. Və 19-cu əsrin sonuna İranda Mərkəzi Bank kimi birşey qurulana doğru buna felən nail olmağa başlayır. İngilislərin məqsədi Qacarları aradan qaldırmaq və yerinə marionetka rejim gətirib İranı müstəmləkəyə döndərmək idi. Qacarlar da buna qarşı gəlmək üçün Rusiya və Almaniya arasında çırpındılar. Amma artıq iş işdən keçmişdi. Məşrutə hərəkatının özü dini zümrənin ingilis barmağı ilə etdiyi çevriliş idi. Yəni,ilk cəhd idi.
No comments:
Post a Comment