Tuesday, March 26, 2024

Şiəlik sünniliyə nisbətdə

Şiə alimləri Quran təhrifi mövzusuna gəldikdə, buna etiqad etməyiblər, yəni, artırma-azaltma barədə etiqad yoxdur. Şiələrə görə ləfzi təhrif var,amma artırma-azalma yoxdur. Artırma-azalma əksinə sünni hədislərində əks olunub.

Sünniliyin İslam dini olmağı və insanların əhli-sünnə "imamlar"ına itaət etməyin dəlili haqda əsaslı cavablar yoxdur.

Hicri 2, 3, 4-cü əsrlərdən sonra dörd məzhəbin İslam aləmində fiqhi məktəblər olaraq qəbul edilməsi kim tərəfindən qanuniləşdirilib və ictihad qapısını kim bağlayıb?  Xəlifələr tərəfindənmi qanuniləşdirilib, yoxsa hansısa alimlər tərəfindənmi?


Maturudilər və əşarilər Allahın zatı və feli sifətlərində ixtilaf ediblər və Allahın zatı və feli sifətində ixtilafa düşmək bunlardan birinin yaradanı düzgün tanımamağa gətirib çıxardır, başqa bir ilaha ibadətə gətirir. Bu da şirkdir. Şirk iki cürdür; ibadətdə və itaətdə şirk. 


وَحَدَّثَنِي زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ حَدَّثَنَا أَبِي حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ عَنْ ابْنِ بُرَيْدَةَ عَنْ يَحْيَى بْنِ يَعْمَرَ أَنَّ أَبَا الْأَسْوَدِ حَدَّثَهُ عَنْ أَبِي ذَرٍّ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ لَيْسَ مِنْ رَجُلٍ ادَّعَى لِغَيْرِ أَبِيهِ وَهُوَ يَعْلَمُهُ إِلَّا كَفَرَ وَمَنْ ادَّعَى مَا لَيْسَ لَهُ فَلَيْسَ مِنَّا وَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنْ النَّارِ وَمَنْ دَعَا رَجُلًا بِالْكُفْرِ أَوْ قَالَ عَدُوَّ اللَّهِ وَلَيْسَ كَذَلِكَ إِلَّا حَارَ عَلَيْهِ


Şiələr sünnilərdən fərqli olaraq "4 fiqh məzhəbin hamısı haqdır", "hansını istəyirsən seç", maturudi və əşari kimi səhabələrin hər küfrünə ictihad edərək etiqad etmir. Şiəlik məzhəbində və imamlardan qayda budur ki, 12-dən birini inkar edən dindən çıxmış sayılır. Sünnilər zeydini, ismailini şiə bildiyi halda əksinə şiələr (isna-əşəriyyə) onları İslamdan xaric olmuş sayır. Çünki, zəmanəsinin imamını tanımadan ölən şəxsin ölümü cahiliyə halında ölmüş kimidir. Onu da qeyd edək ki, bu hədis sünnilikdə də var təvatür həddə.

İmam Cəfər Sadiq (ə.s) buyur ki, bizi qəbul etməyən Kəbə yaxınlığında İbrahim məqamında 100 il namaz qılsa da xeyri yoxdur.


Nisa 59-da Allah buyurur ki, itaət edin Allaha və rəsuluna və ülul-əmrə. Rəsula itaət Allaha, ülul-əmrə itaət Rəsuladır? Və bu itaət mütləqdir?

Quranda iki ayədə ülul-əmr keçib, Nisa 59-83, Qurana görə ülul-əmr arasında ixtilaf ola bilərmi?


Şiələrə görə sünnilər Quranı, həm də raşidi xəlifə hədisini düzgün başa düşməyib.

1. Sünnilər dəlil gətirir ki, Allah rəsulu deyib ki, itaət edin Qurana və raşidi xəlifəyə, digər ayə deyir ki, Allah Rəsulu özündən bir söz deməz, hər nə desə Allahdandır. Əgər desələr ki, bu əmri Allah rəsulu özündən deyib küfr edib böhtan atacaqlar. Raşidi xəlifəyə itaət Allah Rəsuluna itaətdir. Eynilə ayədə deyildiyi kimi itaət edin Allaha rəsuluna və ülul-əmrə. Burda üçünə də eyni itaətdir istisna yoxdur. Şiəliyə görə ülul-əmr arasında ixtilaf ola bilməz. Çünki ayədə deyilir əgər aranızda ixtilaf olarsa, Nisa 59-da bir başa ülul-əmrə qaytarmasa da,amma Nisa 83-də ixtilafı qaytarır ülul-əmrə.


İstənilən halda hədislərin mətni səhihdir. Şiələr bunu Quran ayəsi ilə izah edir və onlara görə sünnilər özündən ayədə olmayan istisna çıxarırlar və ülul-əmri mütləqdən ayırırlar. Çünki, ayədə buyur ki, açıq ləfzdə itaət edin Allaha rəsuluna və ülul-əmrə. Burada harda deyilir ülul əmrə itaət etmə və ya şərtidir? Məsələn, kimsə camaata deyir ki, mən sizə bir yol qoyuram ey camaat itaət edin Allaha, Hənifəyə və Malikə. Burda Malikə istisnanı hardan çıxardırlar sünnilər? Bir halda ki, bu misalda Malik ayrılmır.  


Keçək digər dediyimiz məsələyə, ayədə ülul-əmr kimlərdir onu sünnilər hardan çıxardır, təfsirini kimdən götürür? Sünnilərlə şiələrin fərqi həm fiqhi, həm əqidəni, həm təfsirin götürülmə mənbəyinin ixtilafındadır. Ona görə əbəs yerə soruşulmur ki, isbat etsinlər sünnilik İslam dinidir,ya yox? Bura həm Quranın təfsiri aiddir, həm əqidə, həm tövhid,həm dini müraciət ünvanı. 


Sünnilərin əlində bütün bunların götürdüyü yerin ünvanının icazəsi olaraq dəlil olmalıdır. Hansı əsasla sünnilər özlərinə aid mənbədən götürürlər? Həm də Quranda xəlifəni Allah seçir. Sünniliyin dəlili nədir ki,insanlar özlərinə xəlifə seçə bilər?


Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu yayarlar. Əgər bunu peyğəmbərə və aralarındakı ixtiyar sahiblərinə demiş olsaydılar, onların içindən onun mahiyyətini anlayan kimsələr (onun nə olduğunu) bilərdilər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyacaqdınız.


İndi bir sual verilir sünnilərə; raşidi xəlifəyə itaəti Allah rəsulu və Quran vacib buyurursa raşidi xəlifəyə qarşı çıxanın hökmü nədir? 


Biz hələ sünniliyin raşidi xəlifə hədisinin ricalını yerləşdirməmişik zəif olduğuna dair, həmçinin Quran və sünnə hədisinin ricalını bunu sonra yazacağıq. Hələ raşidi xəlifə hədisinin üzərinə sənədi səhih olan 12 xəlifə hədisini atmırıq bura hansı ki, Allah rəsulu buyurur ki, onların dövründə İslam ancaq izzətli olar.


Nisa 59-da cümlə açıq aşkar yazılıb Allaha Rəsuluna və əmr sahiblərinə. 3-ü bir yerdə nisbət edilib heç bir istisnası və ayrımçılığı yoxdur və ayə deyir ki, əgər aranızda ixtilaf olarsa, demir ülul-əmrdə ixtilaf olarsa. Nisa 83-də isə deyir onlar əmr sahiblərinə qayıtmasalar şeytana uyarlar. Demək ülul-əmrdə ixtilaf ola bilməz, çünki Allah deyir ona itaət lazımdır əks halda şeytana uyarsan. O ki qaldı sünnilərin Nisa 59-a görə Təthir ayəsi Əhzab surəsi 33-ü dəlil gətirməyinə bu onların qərəzli və ya savadsız olduğunu göstərir. Çünki,Təthir ayəsinin əvvəlini, sonunu ayırmağımız ittifaq olunan ayələrin təfsirinə əsaslanır. Sünni və şiə hədisləri bu ayənin təfsirində 5 nəfərdən danışılır, kisa hədisini dəlil gətirirlər. Bu sünnilərin "peyğəmbər zövcələri də əhli-beytə daxildir" fikrini inkar edir. Çünki, həm Ümmü Sələmədən,həm Aişədən hədis var ki, onlar kisa əhlindən deyillər. 


Sünnilər dəlillərini gətirməlidirlər ki, onlar dini səhabədən tabeindən götürməlidir.


Quran və sünnə hədisi bir neçə ravidən gəlib, onun sənədlərini gözləyirik.  Məsələn,təşəhhüddə hansı salavatı deyirlər?


Şirk ümumi sünnilərin əqidəsinə görə iki növdür, bu həm bizim əqidədə də var; 1) ibadətdə şirk, 2) itaətdə şirk. Şiəliyə görə sünnilər həm ibadətdə şirk edirlər, həm itaətdə. Şiəliyə görə Allah xəlifəni özü seçir,yəni, insanlar üzərində höccət Allahın təyin etdiyidir. Onlar Allahın təyin etdiyini qoyub özlərindən rəhbər seçdilər və Allahın təyin etdiyinin əvəzinə başqasına tabe oldular. Bu itaətdə şirkdir, itaətdəki şirk aparıb caladı ibadətdəki şirkə. Məhəmməd və ali-Məhəmmədin ardınca getmədilər, səhabələrdən din götürdüklərinə görə başqa bir yaradana,yəni, ərşdə oturan əli-ayağı olan bir ilaha başladılar ibadət etməyə.

No comments:

Post a Comment