Tuesday, March 26, 2024

Dünyanın dərin araşdırılmayan,təhrif olunan və siyasi alətə çevrilən tarixi

İrandilli xalqların Hindistandan yayılmağı dəqiqdir. Hətta avropalılar da ordan gəlmədir. Müasir farslar isə ümumiyyətlə, ayrı mövzudur. İndiki farslar qatma-qarışıq taciklərdir. "Tazik" qədimdə Sasanilər vaxtı qədim fars dilində (parsiqcə) ərəblərə deyilib. Çünki,tanıdıqları bütün ərəblər Bəni-Tayy konfederasiyasına aid idi. Həmin Bəni-Tayy adlı ərəb tayfası Ərəb-İraqı deyilən bölgədə yaşayırdı. Sonra ərəblər xilafəti quranda bu söz işğal etdikləri və sonralar müsəlman olmuş mənasında İran əhalisinə aid edildi. XI-XIII əsrdə bu ad iranilərin özünüadlandırması səviyyəsinə keçdi. "Ma tazikan" deyirdilər özlərinə. Pəhləvilərin ikinci şahı Məhəmməd Rza hakimiyyətdə olanda onların dilini normal tədqiq edib təmizləməyə başladılar. İndiki farscanın 84%-i alınma sözlərdir. Bütün dildə olan sözlərin 70%-i ərəbcədir. Uzun müddət arındırma etmişlər, hələ də sözlərinin 2/3-dən çoxu alınmadır. Ermənilərin dilindəki iran mənşəli sözlər əsasən Sasani dövrü pəhləvicəsindəndir. Orta əsrlərdə və türklərin hakimiyyəti vaxtı yeni farscadan bizim dilimizdə olan formada sözlər keçib erməni dilinə.

Farslar müasir hindlilərlə yaxından əlaqəlidirlər, fars dili qədim hind dili sanskritindən ortaya çıxıb. 

İndiki fars dilinin kökü sanskritdir, fars dili ilə Cənubi Asiyanın digər dilləri arasında sözün əsl mənasında on minlərlə ümumi söz var ki, onlar da Sanskritdəndir. Midiya,Əhəməni,Sasani dillərinə gəlincə minilliklər boyu insan miqrasiyasından danışırıq, məxrəclə eyni qədim dilə malik olan iki dil, minlərlə il əvvəl, ehtimal ki, eyni qrupa və ya hətta alt qrupa aid idilər. 

İranlılar (irandilli) gələrək Hind vadisi sivilizasiyasını yaratdılar və onların da hindlilərlə qohumluğu var.  Qədim iranlılar əslində dravidianlara olduqca yaxındırlar. Persepolis və insanların daş oymalarına baxdıqca olduqca yaxın görünürlər.  Qədim iranlılar ovçu-toplayıcılar Zaqros dağlarının yaxınlığında iki qrupa bölündülər, biri Hindistana getdi (onlar artıq ərazidə olan yerlilərlə birlikdə Hindistan vadisi sivilizasiyasını yaratdılar), digəri İran yaylası ətrafında hərəkət etdilər.

Pəhləvi dili sayılan orta fars dili qədim fars dilindən, müasir fars dili isə qədim fars dilindən çox fərqlidir. Pers imperiyasının dağılmasından sonra farsların müasir hindlilərlə az əlaqəsi var idi. 

Əlavə olaraq, Əhəmənilərin əsl adı sanskritcə "Haxamaniş"dir, yunan üsulu ilə "Əhəməni" kimi qeyd edilib. O dövrün əksər pers padşahlarının da sanskritcə adları var idi, ona görə də qədim farsca daha çox işlənirdi.  Müasir fars dilinin sanskritə bənzəməsi bu müasir fars dilinin qədim fars dilindən çox fərqli olduğunu göstərir.

Qədim fars dili eramızdan əvvəl 600-300-cü illərə aiddir, məhz bütün pers padşahlarının sanskrit adlarının olduğu dövrdür.  Yunan dünyası ilə davalarına görə dil orta və müasir fars dilinə çevrildi.

Orta fars/pəhləvi qədim fars/sanskrit dilindən uzaqlaşdı.  Sonra müasir fars dili daha da uzaqlaşdı.  Arqumentlər üçün deyək ki, qədim fars və sanskrit dilləri bir-biriylə 75% oxşar idisə,  sonra formalaşan pəhləvi/orta fars dili sanskrit dili ilə 50% oxşar oldu. İndiki müasir fars dili sanskrit diliylə 25% oxşardır. Amma indiki fars dili tamamilə sanskrit dilindən uzaqlaşmayıb, kök olaraq,qrammatik cəhətdən eynidir.

Təkcə avropalıların yox, erməni, gürcü, süryani kilsə mətnlərini və müsəlman mətnlərini də görəcəksiniz. Sözləri və ya cümlələri kontekstdən götürüb göstərəndə mənasını təhrif etmək asanlaşır. Avropada və İslam coğrafiyasında yüzlərlə sözlük tərtib edilib. Demək hamısında həm bizimlə bağlı, həm də indiki bir "bezin qırağı" olan qonşularımızla əlaqəli bizi qane edəcək materiallar var. Saxtalaşdırmaların miqyasını görəndə dəhşətə gəlmək təbiidir. Urartunun müasir Ermənistandakı guya qalıqlarının qazıntıları haqda kitablar var. Oxuyanda təəcüblənirik ki, bu araşdırmaları edənləri ciddiyə alanların həqiqətən zəka sarıdan problemi var. Eldənizlilərə aid qalanın qalıqlarını Teyşabiani adı ilə mənimsəyiblər Urartu izi deyə. 

Erməni dilində (xalq dili)-başqa bir dil tipli qədim sözlüklər (lüğət) yoxdur. Məsələn,ermənicə-süryanicə, ermənicə-farsca, ermənicə-ərəbcə, ermənicə-gürcücə, ermənicə-latınca, ermənicə-fransızca, ermənicə-almanca, ermənicə-italyanca və s. Bu tipdə ikidilli və ya üçdilli sözlüklər yoxdur. Sözlüklər 18-19-cu əsrlərdə peyda olub. Və bu da çox maraqlıdır. Çünki, hazırkı erməni dili ilə müqayisə edərək dilin necə dəyişdiyini görmək imkanı yaradır. 

Məsələn,Korikoslu Hayton var,Kilikya kralının qardaşıdır. Əslən Bretonlu fransızdır. Vikipediyada erməni kimi göstərilib. Ermənilərin qəbul etdiyi həmin şəxsin dostu olan bir fransız dilçi erməni dilini araşdıraraq yazdıqları tarix və dil kitabları vardır. Müstəmləkə imperiyalar bizim bölgədə tarixlə bağlı şeyləri çox qarışdırıb saxtalaşdırıblar. Ermənilər hər şeyə iddia edə bilərlər. Çünki, bu coğrafiyada olan xalqlardan dönüblər. Ayrıca xalq deyillər. Beləliklə, erməni dini icmasının dili pəhləvi dili olub. Və icma dilinə icmaya daxil (xristiyan) xalqların dili əlavə edilərək erməni dili yaranıb. Sonralar da münasibətdə olduğu xalqların dilləri daxil edilib, hər hissə özündən nəsə qatıb. Yəni,kilsə dili (liturgiya dili) bildiyimiz pəhləvi (orta farsca) dilidir. Onun sözləri də indi kobud formada şəkil dəyişib və danışıq dilinə keçib,bəzən anlamı da dəyişib. Süni erməni danışıq dili yaranmadan öncə icmanın ən çox işlətdiyi dil türkcə idi. Ümumiyyətlə, erməni dilində İran və sami elementi az qala bütün dilin 2/3-nü təşkil edir. Qədim dövrə dair nümunələr isə yoxdur onsuz da. Misal üçün erkən İslam qaynaqlarında erməni dili anlayışını görəcəksiniz. Ancaq dilə dair nümunələr yoxdur. Nümunələr ortaya çıxanda görürük ki, kilsə dilidir. İlk nümunələri avropalılar verirlər. Sonra qeyd edirlər ki, vulqar dilləri (sadə xalq dili) türkcədir. Bu da 14-17-ci əsrlər arasında olan məlumatlardır. İlk belə məlumatı verən Korikoslu Haytondur. Erməni icması İran xristiyanlığıdır. Korikoslu Haytona ermənilər Hetum Patmiç deyirlər. Onun əsərində çox yaxşı məlumatlar var. Onun ən qədim əlyazması var, sonrakı dövrdə bu əlyazma redaktə edilib.  Əsər keçmiş fransız dilindədir. 

Parfiya dövründə Arşakilər sülaləsi Armeniya və Qafqazı idarə edib. Məlumdur ki, onlar parf olublar. Parflar da İran xalqlarındandır. Arşakilər və son Arşaklı hökmdarının 7 oğlu,həmçinin Mehran da,Suren də o xanədandan birinin adıdır. 

Ermənilər başqa xalqların dövlət adamlarını özlərinə aid edərək qondarma tarix yaradıblar. Tiqranın özünün erməni olmaması dəqiqdir,ehtimala görə baktriyalıdır. Özündən sonra bir yazılı daş abidə qoyub və orda yazdırıb. Baqartionlar və ya Baqartidlər bunlar da əslən yəhudidir. Bizans 885-ci ildə şərqdə qalabəyi kimi onları Armeniyaya gətirib. Bizdə ona daha çox "dərəbəyi" deyirlər. 

Gürcü tarixində yalanlar az deyil. Misal üçün Məsudinin iki əsərində gürcülərin təsviri var. Gürcülər haqda Məsudi təsvirində yazır ki, öz məlikləri yoxdur. Başçılarına "mamasaxlis" deyirlər. Bu da ailə başçısı, nəsil başçısı kimi birşeydir,ya da kəndxuda uzağı. Ahısqa bölgəsi əvvəl bunların yerləşdiyi bölgənin quzeyi idi. 1020-ci ildə Abxaz taxtının yeznə sifəti ilə David Baqrationu qəsb edir. Gürcülər kilsə ətrafında birləşmiş və tədricən qarışaraq vahidləşmiş fərqli xalqların toplumudur.

No comments:

Post a Comment