Tuesday, March 26, 2024

Qədim dövrdə türklərdə oğuz adının fərqli mənası,dəyişilməsi və parçalanması


"Türk" adı politonim kimi iki hun qəbiləsinin ittifaqı olaraq 5-ci əsrin əvvəlində ortaya çıxıb. Hunlar ümumiyyətlə, çox şanlı xalqdırlar. "Türk" sözü söz kimi əvvəldən mövcud idi hun dilində. Sadəcə etnonim deyildi. Güclü-qüvvətli mənasında Türk xaqanlığından öncəki dövrə aid hunları təsvir edən bir Bizans mənbəsi var, orda məhz bu mənada işlədilir. 

Hunlar haqda yayğın olmayan çox şeylər aşkarlanıb. Skiflər ümumiyyətlə, yunan terminidir və Krımın sahilində yaşayıblar. Skiflər haqda qeydləri keçmiş coğrafiya bilgiləri əsasında işlətmək lazımdır, üstəlik gərək yaddan çıxmasın ki, Skiflər haqda yazılı qaynaq sayı barmaqla sayılan qədərdir. Qədim tarix ümumiyyətlə, problemli məsələdir. Hunların doğu qanadı Çin tərəfindən işğal ediləndən sonra quzey Çinə aparılıblar. Bir müddət keçəndən sonra Doğu hunları təkrar yüksəlib və quzey Çini işğal etmiş sülalələr yaradıblar.

Oğuzların müsəlman türkləri "türkəm mən" adlanması ərəblərin dilinə "türkmən" formasında keçib. Türkmən/türkman termin kimi ərəblərin icadıdır. "Türkman" forması yəqin ki, sonra fars dilinin "torkeman" formasının təsiri ilə oturuşur. Bəzi mənbələr yazır ki, taciklər (əvvəl farslar da tacik adlanırdı) o cür adlandırıb. Yəni,dillərində "torke manənd" (türkə bənzər)  deməkdir. Oğuzların üz quruluşu qıpçaqlardan fərqli olduğuna görə belə deyiblər. Bu cür bəzi əlaqəsiz izahlar ortaya çıxır. Amma Mahmud Qaşqarlıdan öncə o cür məhfum keçmir. Ən qədim əlyazmaya sahib Qaşqarlıdır,o da fərqli formada izah edib. 

Oğuzlara gəldikdə "oğuz" tayfa adıdır. "Qıpçaq" sözü təxminən 9-cu əsrdə peyda olur. Əvvəl mövcud olmayıb,əfsanəyə görə oğuzlardan ayrılıblar. Hər halda qədim türk ləhcələrinin bölgüsündə eyni ləhcədə danışırmışlar. "Bulqar" qolu isə ayrı ləhcədə danışırdı. Üçüncü ləhcəni də Orçun Ünal adlı araşdırmaçı tarixçi yeni aşkar edib. Həmin ləhcə Uzaq Şərqdə yaşayan türklərin ləhcəsidir. Bəzi xalqların kateqoriyalaşdrılması problemlidir, misal üçün xəzər və suvar xalqların dilləri. Qaşqarlının əlyazmasına göz atanda görürük ki, onun dövründəki suvarlar oğuzlara yaxındılar. Yəni, bulqar qrupu deyillər. "Bulqar" adı isə bulqanmaq-qarışmaq mənasındadır. Xəzərlər də ayrıca xalq idi,yoxsa politonim idi,bu da bəlli deyil. Dillərindən əslində yüzlərlə söz qalıb. Ancaq çalışırlar ki, ona aid etməsinlər. 

Salurlar/salırlar oğuzların bir boyudur. 12-13-cü əsrlərdə Türkmənistan tərəfdən köçüblər Çinə.

Türklər ümumiyyətlə, qədimdə iki ana qola ayrılıb: Oqur və Oğuz. Oqur qrupuna bulqar qrupu da deyilir. 

On oqur, Otuz oqur, Kurt oqur; belə adlarda tayfalar qarışaraq "bulqar"a çevrilib. On oqurlar sonralar qoşulur qalan hər ikisinə. Macarıstanın adı da məhz bu "On oqur"lardan gəlir. Bu ad o dövrdə yayılmış ad idi. Macarıstanın özünüadlandırması təbii ki, "maqyar"dır. 

Bu iki ana qoldan başqa üçüncü də varmış. Orçun Ünal onu aşkar etdiyini deyir. Fikir vermisizsə biz şərq türklərini normal tanımırıq. Bu da İslamın tarixi yaddaşımıza təsirlərindən biridir. İndi o şərq türklərini yamayırlar cəfəng "monqol tarixi"nə. Bütün bilinən türklərin hamısı demək olar qədim oğuz qoluna aiddir. Bulqar qolu əksəriyyət olaraq assimilyasiya olub. İndiki akademik mühitdə türk dillərinin bölgüsünü türklər aparmayıb. Ona görə belə dövrü adlandırmanın oxşarlığından qaynaqlı qarışıqlıq var. Qıpçaq dilləri də qədim bölgüdə oğuzdurlar. İndi təkcə suvaş/çuvaş dilini oqur qrupuna aid edirlər. Xələc dili də qədimdə oğuz olub. Onu da ayrırırlar Arqu adı ilə. Ona görə indi oqur/bulqar, oğuz, qıpçaq, arqu, qarluq qrupları var. İndiki çuvaş dili əslində tam olaraq oqur dili deyil. Dəhşətli dərəcədə yan təsirə məruz qalıb. Keçmişdə Qazandakı İtil bulqarları ilə birəbir eyni xalq idilər. Amma indi tatarlardan çox fərqlənir dilləri. 

Yeri gəlmişkən "ermənilik" bulqarların içində də olub. Yəni,din erməni, dil isə türk. Başdaşı yazıları mövcuddur. Amma kütləvilikdən söhbət getmir. 

Qarluq dilini də qarluq qrupu ilə qarışdırmayaq. Keçmişdə qədim uyğur dili də vardı. Qədim uyğur dilində təkcə sarı yuğurlar danışır indi. Həm qarluq, həm də uyğur dilləri (indiki uyğurların dili əslində qarluq dilidir) qədim bölgüdə oğuzlara aid idi. 

https://www.avetruthbooks.com/tag/yugurs

No comments:

Post a Comment