Wednesday, March 20, 2024

Erməni uydurmaları

Ermənilər 18-ci əsrdən bəri etnik xalq sayılır. Əvvəl erməni adlı dini (fərqli dilləri danışan) icma mövcud olmuşdur. Ancaq ermənilər özlərini həmişə "erməni" deyə adlandırıblar. Kilsədə isə qədim İran dilində (pəhləvi dilində) ibadət edirdilər. "Hay" sözü 17-ci əsrin sonunda uydurulub. Şiltberqerin əsir olarkən gördükləri haqda yazdığı bir kitab var. 1470-ci illərə aid onun yazısı mövcuddur.  Orda olarkən ona yaxınlaşan ermənilərdən eşitdiklərini kitaba yazmışdır. Şiltberqer kitabında ermənidən xahiş edir ki, "pater nosteri" desin. Erməni buna "pater nosteri" sözünü iki dildə deyir: biri kilsə dilində, ikincisi türkcə. 

Ermənilərin ən çox danışdığı dil türkcə idi. Onların xalq dili yeni yaranıb və 19-cu əsrdə tamamlanmış sayılır. Ancaq indiki erməni dili daha da fərqlidir. Dillərində arındırma ediblər,ona görə ermənilərdə qədim xalq yaradıcılığı yoxdur. Ermənilərin kilsə dili var idi,onların dili onun əsasında formalaşdırılıb. 

Bu müəllif erməniləri ilk dəfə etnik adlandırır və onları necə yoldan çıxarmaq, istifadə etmək üçün sxem çəkir və detallı izah edir bu kitabda: https://www.avetruthbooks.com/2023/10/thomas-charles-fleuriau-darmenonville-estat-present-de-larmenie-tant-pour-le-temporel-que-pour-le-spirituel-1694.html

Problem ondadır ki, fransızca o vaxtkı söz indiki mənası ilə eyni deyil. Osmanlı da ermənini millət adlandırırdı. Müsəlman milləti də vardı, yunan da, yəhudi də. Misal üçün erkən yəhudilər (Yəmən, Məkkə, Mədinə) etnik ərəblərdir. Problem "etnik" terminin məna sürüşməsi yaşamasındadır. 17-ci əsrin sonuna doğru fransız izahlı lüğətləri var. Hətta 18-ci əsrin sonu və 19-cu əsrin əvvəlinə aid mövcud lüğətlər də var. Bu lüğətlərdə "erməni" adı də qeyd edilib. Hamısında izah edilib ki, erməni dini icmanın adıdır.

Ermənilər özlərini çox vaxt Uratuya aid edirlər. Urartu dövrünə aid xalqlar isə yox olub gediblər. Yeni xalqlar yaranıb. Ermənilər İran və Sami xalqların qarışığıdır. Və təbii ki, qafqazdillilərdən (məsələn,udinlər) də assimilyasiya olanlar var onların tərkibində. Urartunun müasir varisləri əsas etibari ilə əgər dil əsas götürülsə vaynaxlar hesab olunar. Ondan sonrakı mərhələ isə Nax-Dağıstan dil qrupuna aid xalqlardır. 

Miladdan öncə Urartunun bütün əhalisini skiflər yerindən qovub və ya qırmışdır. Yalnız Urartu çökəndən sonra tədricən sami xalqlarından aramilər bölgəyə yerləşmişdir. Skiflərin hakimiyyəti uzun çəkmir və şərqə çəkilirlər. Göyçə-Şəmkir arasından Urmiya gölünün şimalına kimi Azərbaycana yayılırlar. Ehtimal edilir ki, Heredot təsvir etdiyi Saspirlər elə o Urartunu məhv edən skiflərin yeni formalaşmış ittifaqının adıdır. Ondan sonra erməni adlanan icma (etnik mənada, toplum kimi) sonradan yaranıb. Bir çox şeyləri başqasından əxz ediblər. Adicə o Anahit dedikləri ilahə İran mədəniyyətindən oğurlanıb. 

"Böyük Ermənistan" nəzəriyyəsi isə Vatikan tərəfindən 17-ci əsrin sonu 18-ci əsrin əvvəlində ortaya atılıb. Mxitarist ordeni qurulur və bu iş nizama düşür. Əvvəl paylaşdığımız kitabda (1694-cü ilə aid) var, bu kitabda ermənilərdən plan üzrə "bir şey" düzəltmə istəyinin ilk cəhdi təsvir olunub. 

Sovet tarixçisi Dyakonov isə bütün təhlillərdən sonra kimlikləri haqda demək olar heçnə bilinməyən muşkları nəzərə alaraq Xorenatsinin saxta əsərinin tək qaynaq qəbul etməklə muşkları protoerməni elan etmişdi. Friqlər yunanlara oxşar xalq olub, dil baxımdan. onlara aid yazılar tapılmış və buna görə Dyakonov 1967-ci ildə yazdığını təkzib etməli olmuşdu.

Erməni əlifbasına gəldikdə isə bu bildiyimiz arami əlifbasıdır. Ermənilərin qədim kilsələri yoxdur,qədim yazıları yoxdur. Efiop əlifbası kimi arami əlifbasından götürülmüş hərflərdir. Nestorian uyğur türkləri də bu əlifbadan istifadə ediblər. Ermənilərə aid qədimliyi dəqiq olan mətnlər 16-cı əsrə aid daşbasma üsulla hazırlanmış kitablardır. Demək olar hamısı istisnasız dini mətnlərdir. Onlara aid ilk tarix kitabı 1669-cu ildə çap edilən təbrizli Arakelin kitabıdır. Arakel deyir ki, ermənilərin qədim tarix kitabları yoxdur.

Bunlarla yanaşı baktriyalı, pəhləvi, Sasani soylu valiləri öz milli sərkərdələri və ya dövlətləri kimi qələmə verirlər. Yüzlərlə qədim kitablar var ki, "Armenia" əhalisinin xalqlarını siyahı ilə təsvir edib. Heç birində nə hay, nə də armen adlı xalq mövcud deyil. Xristianlığı qəbul etmədən öncə də adları mövcud deyil. 

Şultsun yazısını oxuyarkən uydurmaların, quramaların necə əmələ gətirildiyinin şahidi oluruq. Ermənilərin dini icma olması haqda daşbasma üsulu ilə hazırlanmış 60 kitab var. Və bu məlumatların hamısı burda təsvir olunub: https://www.avetruthbooks.com/tag/armenian-demonym-religionym

Əvvəl erməni dini icmasının dilinə bu icmaya daxil olan xalqların dillərindən müəyyən təsirlər olub. Filip Ekozyants adlı bir etnik erməni bu sirləri açmışdır. Onun bu mövzuda bir məqaləsi də budur: https://www.avetruthbooks.com/2020/10/ekozjants-f-v-pjer-daviti-ob-armjanakh-2020.html

Filip Ekozyants özü qədim mənbələri əsas götürərək bunu təsvir etmişdir. Biz əvvəl Arakeldən bəhs etdik. Ermənilər qədim ermənicə yəni,kilsə dilini bilmir. Demək o əsərin əslini oxuya bilmirlər. Sonrakı tərcümələri: fransızca, rusca, yeni ermənicə, ingiliscədir. Bu tərcümələrdən yalnız fransız dilində olanı etnik erməni tərcümə etməyib. Filip Ekozyants bu dörd tərcüməni qədim erməni kilsə mətni ilə müqayisə etmişdir.

Marcel Erdal adlı türkoloq İsraildə qədim erməni qaynaqlarında 15-16-cı əsrin türkcəsinə aid sözlər tapmışdı. Bu məsələdən sonra o daha əlyazmalarla tanış olmağa buraxılmadı. Guya əsərlər miladi 5-7-ci illərdə yazılıb. Amma içində 16-cı əsrə aid türkizm var. Beləliklə, ermənilərin cəfəngiyyatları sərhəd tanımır. Xorenatsi dedikləri tarixçi də uydurma şəxsiyyətdir. Onun əsərində adına istinad etdiyi süryani müəllifi heçbir süryani, latın, yunan müəlliflər tanımır. Xorenatsi ilə guya eyni müəllimin tələbəsi olmuş bir yunan var, onun da əsəri mövcuddur, orda da Xorenatsinin adı keçmir. Üstəlik o əsərdə 1898-ci İstanbulda ildə bir erməninin yunancadan tərcümə etdiyi mətn var. O əsəri o qədər əlavə ya ixtisar ediblərsə hər yeni nəşrdə o əsərin mətni böyüyüb.

https://www.avetruthbooks.com/tag/criticism-of-movses-khorenatsi

Erməni etnik amili 1700-cü illərə qədər mövcud deyildi. Və bunu sübut etmək çox asandır. Bunun üçün Volfqanq Şultsun məqaləsini oxumaq lazımdır.

https://www.avetruthbooks.com/2023/01/kollektive-sprachen-volker-und-phantome-sprach-und-kulturwissenschaftliche-studien-zur-ethnizitat-2018.html

Təbrizli Arakelin çap etdirdiyi kitabında ermənilik birincisi dini, ikincisi isə coğrafi anlayışdır. Çap etdirdiyi kitab qrabar dilindədir. Bu dilə kilsə ermənicəsi deyirlər. Pəhləvi dillə eyni dildir,ya da ləhcəsidir. Yəni,ona görə teqin adı demonim və religionim idi. Korikoslu Haytonu da əlavə edəcəyik. Onun yazısında da ermənilik dini anlayışdır,xalq deyil. Və dili də, adətləri də təsvir edib. Çamçiyanın 18-ci əsrdə hazırladığı bir qrammatika kitabı olacaq, səhv xatırlamıramsa. Onun belə adı ermənicədir, ancaq dil kilsə dilidir. Yəni,qrabar dilidir. 70-ə qədər çap olunmuş kitab toplanıb. Onların izahlı lüğətində ermənilik haqdadır. Kilsə sözlükləri də daxildir. Hamısında xalq olmadıqları yazılır. Bunu alman, fransız, rus, italyan, ingilis, portuqal ispan da qeyd edib.

“Qədim erməni dövləti” adlanan dövlət Əhəmənilər dövründə, eləcə də Roma, Parfiya, Bizans və Sasanilər dövründə vali olub.  Düşünürəm ki, Şultsun məqaləsini incələməliyik. "Qədim" adı verilən siyasi vahidlər haqqında kitabları oxuyub mənbələri nəzərdən keçirməliyik.  Görəcəyik ki, yazılı materialın 90%-dən çoxu erməni mənbələrinin (ilk məbədlərin) materialıdır.  Əvvəllər erməni mənbələrini bilmədiklərindən erməni tarixi haqqında heç nə yazılmırdı.  İlk sistemli erməni tarixini Çamçiyan (1784-86) yazmışdır. "3 min illik tarix"i yazıb, amma nağıl kimi. Monoqrafiya kimi də deyil. Konkret erməni tarixi yox idi. 1818-ci ildə Avropadan yazan ilk akademik yazıçı Şon Martin olmuşdur.

Ermənilərin yenə  uydurduğu xəyali Moisey Kaqankatvatsinin (Musa Kalankatlı) əsərinin guya ən qədim nüsxəsi səhv etmiriksə 1289-cu ilə aid edilir. Bir erməni tədqiqatçı həmin nüsxədən bəhs edəndə yazır ki, orda hadisələr 1754-cu ilə qədər davam edir. O əlyazmanı da ermənilərdən başqa heç kim görməyib. Müzakirə düşəndə bir-neçə dəfə o məqaləni nümunə gətirmişik ki, bəs bu erməni tör-töküntüsünün əlyazmasının başqa adamlara göstərilməməsinin səbəbi var, ehtimal ki, elə bu dediyimiz məqalədə yazılan səbəbdir. Ancaq müzakirə edənlər "alban nağılı"na dörd əlli yapışıb öz xəyali dünyalarında yaşayırlar.

"Vatikan Apostol Kitabxanası", 1591. 

__________________

Burada ağ-qara yazılmışdır ki, erməni əlifbasını Con Chrysostom/Ioanne Chrysostomo yaratmışdır. 

Erməni əlifbasının Con Xrizostom tərəfindən yaradılması onun 1591-ci ildə yaradıldığı anlamına gəlmir. Con Xrizostom (Zlatoust) eramızın 347-407-ci illəri arasında yaşayıb.

Və bu fakt XVIII əsrin ortalarına qədər bütün Avropa alimləri tərəfindən tanınıb.  Amma Mesrop Maştots haqqında heç kim heç nə eşitməyib.  Üstəlik, çoxları hələ də bu fikrə sadiqdirlər.

155-ci səhifədən oxumağa başlaya bilərsiniz.

Maraqlananlar üçün link: https://archive.org/details/bibliothecaapost00rocc

Burda əsas məsələ il deyil, məsələ odur ki, ermənilərin nəyi varsa indi ortaya atıblar, bundan da Avropanın xəbəri olmayıb. Avropanın tanıdığı erməniləri (erməni adlı dini təriqət) isə indiki ermənilər tarixdən silib. Amma bu təriqət haqqında kitablar qalıb. Bunu akademik tarixdən silib ermənilər. Vatikanın yazdığı düz olmaya da bilər və elə yəqin ki, düz deyil. Ancaq iş ondadır ki, Mesrop Maştotsun adı heç yerdə yoxdur. Mesrop Maştotsun adı 1694-cü ildə uydurma şəxs Movses Xorenatsinin kitabında keçir. Movses Xorenatsi onu nəzərdə tutur ki, etnik qavram olan bir ermənilik anlayışı olub. Təbrizli Arakelin normal tərcüməsi fransızca olub. Rus və ingiliscə tərcüməni ermənilər hazırlayıb və təhrif ediblər. Məsələn, ermənilərin uydurduğu "Armeniya" (e.ə 331-b.e 428) dövlətinə aid bu dövr Parfiya və Sasani dövrləri arasıdır. Ümumiyyətlə,Armeniya adında dövlət olmayıb əvvəl. Baktriyalı (və ya Daki/Day-i) Arşaki sülaləsi idarə edirdi Armeniya ərazisini. Makedonlar muzdlu ordu saxlayırdı. Bu baktriyalılar o dövrdə muzdlu xidmətə gəlib. Çoxu Day-i olan birlikdə xidmətə başlayır. Həmin bu hərbi birlik liderə dönür,üsyan qaldıraraq hakimiyyəti qəsb edib valini öldürürlər. Sonra Baktriyadakı makedon selevkiləri Suriyaya qədər sıxışdırıb çıxardırlar. Parf dövləti Selevkiləri geriyə çəkilməyə məcbur edib, Sasanilərə qədər oranı idarə ediblər. Qalıqları da Sasanilər vaxtı idarə edib. Yəni,bu Baktriyadan olan muzdlu hərbçilərin əsas gücü Day-i ittifaqından idi. Hökmdar olanda özləri üçün şəcərə uydururlar. Və özlərini İsgəndərə məğlub olan Əhəməni hökmdarı Daranın övladları adlandırırlar. Yunanlara yaxın xalq idilər qədim makedoniyalılar. Makedonların 7 qolundan biri Armeniada hakim idi. Sasanilərdən öncə hökmdar qohumları arasında bölgələri bölüşdürmüşdü. Hakimiyyətini  gücləndirmək üçün Sasanilərdən öncə o ərazidə hakim olublar.

Sasanilər dövründə də Armeniada hansısa baktriyalı vali müstəqilliyə can ataraq Sasanilərə qarşı üsyan qaldıraraq dövlət qurub. Sasanilər uzun müddət Bizansla müharibə ediblər. Armenia gah Sasaniyə keçirdi gah da Bizansa. Arşaki əsilli valilər də bu iki dövlət arasında hakimiyyəti itirməmək üçün vəziyyətə uyğun çalışdılar. Yəni,bu xanədan vali kimi güclü hökmdarların ayaqlarını öpüb başlarını fırlayıblar. Demək,bu Arşaki sülaləsindən olan parf və ya baktiyalı valiləri ermənilər "erməni tarixi" ediblər. Erməni kilsəsini yaradan parfiyalı idi. "Erməni üsyanı" (Sasanilərə qarşı) qaldıran Mamikonyanlar da parf idi. Amma onların qriqoryan və ya nestorian olması dəqiq bilinmir. Demək,əhali parf olub. Xristiyan parflar da ermənilərin ən azı mənəvi əcdadıdır. Kimdən törədikləri erməni dilindən hiss etmək olar. Orta farsca deyilən dilin təsir payı birinci yerdədir burda. Qısa formada desək parsiq/pəhləvi dili kimi təqdim edilən Orta farsca nəzərdə tutulur. Pəhləvidillilər (orta farscada danışanlar) içində ən çox xristian olanlar nestorian idilər. Az bir qismi xüsusiylə Osroenedə olanlar qriqoryanlığa keçmişdi.

"Ermənilik" bir məzhəb adıdır. Qrabar isə dini mətnlər və ayinlər dilidir. Latın dili katolik kilsəsində işlənirdisə bu dildə o kilsədə işlənirdi. Aşxrabar (indiki erməni dili) nümunələrinə 18-ci əsrdə təsadüf etmək olur. Ermənilik məzhəb adı idisə qriqoriyanlıq isə bu məzhəbi yaradanın etnik parf Qriqorisin adıdır. Yəni, "Armenia"da yerləşməsinə görə "ermənilik" deyilir, banisinə görə də qriqoryanlıq adlanırdı. 

Məsələn, Sayat Novaya aid edilən ancaq yazılı mətn kimi 1823-cü ildə tərtib edilmiş dəftərdə olan aşxrabarda yazılı şeirlər var. Baxmayaraq ki, Sayat Novanın öz əli ilə 1765-ci ildə yazdığı dəftərdə cəmi 114 şeir var və hamısı türkcədir. Erməni liturgiya dili yəni, dini mətnlər dili yazılı formada tədris ediləndən sonra ümumxalq dilinə çevrildi. Bu təriqətdən olanlar isə ayrı xalqlardan ibarət olmuşdur. Saylarının az olması, seyrək yaşamaları və bizdən xeyli öncədən sistemli məktəb təhsilini qurmaları tez işini görüb. O vaxta qədər yalnız kilsədəki rahiblər bilirdi bu dili və müsəlmanlar necə ki, Qurandan əzbərə dualar edirsə elə bəzi duaları bu məzhəbdən olanlar edirdi. Rus işğalından sonra yeni məktəblər yaradıldı və bu dil bütün erməni dini icmasına məcbur şəkildə öyrədildi. 

Sistemləşdirilmiş ilk tarixçilik məktəblərini 18-ci əsrdə Mikayıl Çamçiyan (4 dekabr 1738, Konstantinopol – 30 noyabr 1823, Konstantinopol) yaradıb. O həm də 1780-ci illərdə erməni dilinin qrammatikasını yazıb. Amma o vaxta qədər aşxrabar (indiki erməni dili) yox kimi idi, ona görə Çamçiyan qrabarın qrammatikasını yazımışdır. 

Bu dilin minimum 50, orta hesabla 60 civarı ləhcəsi var. Pyotrla yazışmalardakı məktubların da çoxu aşxrabara oxşayır. Aşxrabar dili 19-cu əsrdən tədris olunmağa başlayıb. Aşxrabar dili indiki erməni diliylə eyni olsa da dərin və ağır ləhcə fərqi var. İndiki erməni dili varislik pozulmuş dil kimidir. Qrabarı (liturgiya dili) da bir-neçə mərhələyə bölürlər. Aşxrabar dilində ilk yazılı bədii əsər 19-cu əsrin əvvəlinə aid "Ermənistanın yaraları" adlı kitabdır. Aşxrabarda çoxlu türk, ərəb, fars dilindən gəlmə sözlər var. 

Əsl erməni dilinin özəyi hansı qədim dilin olduğu aydın deyil, amma belə müəyyən ediblər ki, hazırki erməni dilinin leksik fondunun cəmi 23 faizi ermənicədir. 

Aydın olur ki,bu təriqət ərəb və türk axını olmayanda orta farsca işlədirmiş. Sonra ərəb, sonra türk axını olandan sonra həmin xalqlardan bu təriqətə daxil olanların sayəsində dil dəyişib. Bu erməni dini təriqətinin ilkin mərkəzi Osroenedir. Əvvəl say dominantlığı arami, siyasi və güc dominantlığı pəhləvi və s. icmalar olub. Bu qarışıq etniyə sahib təriqət pəhləvi/parf olan Qriqorisdən xristianlığı qəbul etdi. Yəni,bu təriqət/kilsə pəhləvilərə aid xristian kilsəsi idi. Daha əvvəldən şərq kilsələri bir-biri ilə yaxın və oxşar idilər. Nasturi yəni, nestorian xristianlarla misal üçün. Sonra bəzi siyasi hadisələrə görə ayrılma baş verir. Bütün əfsanələri din üzərində qurulub. Dini nağılları gerçək kimi milli tarixə döndəriblər. Kilsə olaraq avtokefal deyildilər. Avtokefal isə digər yerli kilsələrdən inzibati müstəqilliyi nəzərdə tutan yerli kilsə statusuna deyilir. Avtokefal kilsəyə patriarx, arxiyepiskop və ya mitropolit tituluna (sanına) malik yepiskop rəhbərlik edir. Bu kilsə Və uzun müddət Vatikanın himayəsində olublar. O da yəqin ki, yeni Roma olan Bizansa görə idi. Erməni təriqəti 15-ci əsrdə mərkəzlərini İraq-Suriyadan Üçkilsəyə və İstanbula daşıdılar. Bundan sonra da bir müddət himayə istədilər Vatikandan. Armenovilin  1694-də kitabı vardı, o vaxtları Vatikan bu iş üzrə ciddi fəallıq edir. Bu erməni təriqətin nndiki Ermənistanda qədim daşdan tikilmə kilsələri yox idi. Cambr kitabında irəvanlı Simeon yazır ki, ilk dəfə daş kilsə 1648-ci ildə tikilib. Moisey Kaqavantskinin Aluan tarixi də onun dövründə yaranıb.

No comments:

Post a Comment